«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya Ərəb Respublikasının (SƏR) Prezidenti Bəşər Əsədin oğlu Suriyada baş verən bütün dəhşətləri gördüyünü bəyan edib
O, Brazilyada keçirilən riyaziyyat olimpiadasının iştrakçısı olaraq, atası haqqında müsahibə verib.
15 yaşlı Hafiz Əsəd Braziliyanın «O Globo» qəzetinə verdiyi müsahibədə atasının necə adam olduğundan danışıb. Onun fikrincə, insanlanın bir çoxu Bəşər Əsəddən danışarkən, «kor» olur və onu diktator adlandırırlar.
Suriya Prezidentinin oğlu hesab edir ki, hazırda onun ölkəsində vətəndaş müharibəsi yox, işğalçı müharibə gedir və bu savaşın gedişində xalqla hakimiyyət ümumi düşmənlə mübarizə aparmaq üçün birləşib.
Hafiz Əsəd etiraf edib ki, heç vaxt Suriyanı tərk etməyəcək və hər bir suriyalı kimi, özünü də bu dövlətin vətəndaşı adlandırıb. O, ümid etdiyini bildirib ki, ölkəsində davam edən münaqişəyə tezliklə son veriləcək.
Hafiz Əsəd Suriya Prezidentinin 3 övladından biridir. O, artıq ilk dəfə deyil ki, ölkəsinin yığma komandasının üzvü kimi, riyazayyat olimpiadasında iştirak edir.
MilliYol.Az
Digər xəbərlər
loading...