İsmayıllı rayonun Qalacıq kəndində körpünü sel dağıdıb və 2000 nəfərə yaxın sakini olan kəndin respublika ilə nəqliyyat əlaqəsi kəsilib. Bu barədə kənd sakinləri tərəfindən “AzPolitika.info”ya gəndərilən məktubda bildirilir
Məktubda bildirilir ki, artıq üç gündür yolun bağlanmasına baxmayaraq, ciddi tədbirlər görülmür: “Kənd camaatı bu biganəlikdən narahatçılıq keçirir. Rayonun nəqliyyat idarəsinin əməkdaşları 1 maşın çınqıl daşı (şebel) gətirdilər ki, töksünlər. Ancaq haqlı olaraq Daxili İşlər Nazirliyinin əməkdaşları buna icazə vermədlər. Bildirdlər ki, bu daşların körpünün altına tökülməsinin mənası yoxdur, onsuz da çay yuyub aparacaq. Sakinlərdə arxayınçılıq yaranar, körpüdən istifadə edərlər və bu daha böyük insan faciəsinə səbəb ola bilər.
Hazırda sakinlər nə işə gedə bilir, nə də ərzaqla təmin olunurlar. Hətta digər yerlərdən kəndə qonaq gələnlər də geriyə qayıda bilmirlər. Məlumata görə, bir nəfər kənd sakini apendisit sancısından əziyyət çəksə də yollar bağlı olduğundan xəstəxanaya gedə bilməyib. Həmin şəxs hazırda türkə-çarə ilə müalicə olunur. Onu qeyd edək ki, Qalacıq kəndində aptek belə yoxdur. Bu isə vəziyyəti daha da çətinləşdirir. Kənddə həm də hamilə qadınlar var. Hadisə yerinə gələn rayon yol idarəsinin nümayəndəsi kənd sakinlərinə deyib ki, rəhbərlik əsaslı təmirə icazə verməyib. Deyib ki, havalar isinib, leysanın olması ehtimalı azalıb, çınqıl daşlarla birtəhər kosmetik təmir edin. Belə çıxır ki, icra hakimiyyəti camaatın taleyinə biganə yanaşır.
Hörmətli mətbuat nümayəndələri!
Sizdən xahiş edirik ki, səsimizə səs verin, problemimizi Prezidentimizə və 1-ci xanıma çatdırın. Ümidimiz yalnız onlaradır. Yoxsa yerli orqanlar bu işi ört-basdır eləmək istəyirlər. Şəkilləri məktuba əlavə edirik. Təşəkkür edirik”.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...