“Bu, Xəzəryanı ölkələrin həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək” “WhatsApp” “end-to-end” şifrələmə texnologiyasından imtina edəcək Prezident əsgər ölümü ilə bağlı işi nəzarətə götürdü Beyləqan sahibkarları Xasay Əhmədovun oğlundan şikayət edir
 

“Sepah“ generalları İran siyasətçilərinin önünə keçir - Təhlil

Tarix 09.08.18, 12:13

Font ölçüsü : - / +
bitmap-img6


Əziz Rzazadə

“Strateq”


ABŞ prezidenti Donald Trampın rəsmi Tehran əleyhinə yeni sanksiyalar tətbiq etməsi 2015-ci ilin nüvə sazişini İran xalqı üçün böyük uğur kimi təsvir edən mötədillər və islahatçıları səhnədən endirmək üçün mühafizəkarlara fürsət yaradıb.

“Rajanews” xəbər saytında ABŞ-ın sanksiyaları “qərbpərəst” siyasətçilərə “final zərbəsi” olaraq səciyyələndirilib. Siyasi spektrin əks tərəfindəki mötədillər və islahatçılar isə Ruhaninin xarici siyasətinin qalib gəlməsi inancına sahibdirlər.

İran KİV-lərinə ötəri baxış belə sanksiyaların ana mövzuya çevrildiyini əyani göstərir. Başlıqlarda üç sözün piramidası yaranır: “sanksiya”, “dollar”, “iqtisadiyyat”.

Hər gün müxtəlif səviyyələrdə fərqli açıqlamalar verilir. Sosial şəbəkələrdə də heç kimin əli “dinc durmur”. Yaranmış vəziyyətin şərhi və qadağalardan yayınma reseptləri paylaşılır.

Rəylər bir ifratdan digərinə doğru dəyişir: Trampla masa arxasına oturmaq və ABŞ-la istənilən formatda danışıqlardan tam imtina.

Tanınmış islahatçı Mustafa Taczadə avqustun 7-də “Twitter”də yazıb: “Tramp, Obama administrasiyası kimi, eyni sanksiyalar tətbiq etdiyini elan edərkən, CNN mütəxəssisləri ABŞ-ın dünyada yalqız qaldığını etiraf ediblər”.

İran prezidenti Həsən Ruhani dövlət televiziyasının kameraları qarşısında oturub, ictimaiyyəti xatircəm etməyə çalışarkən də, təxminən eyni sözləri demişdi: “İnsanlar əmin ola bilərlər ki, hökumət digər sahələrlə yanaşı, iqtisadiyyatı idarə etmək üçün bütün səylərini cəmləşdirib. Biz dünyada yalqız deyilik, yəni bir neçə ölkə istisna olmaqla, bütün dövlətlər İranı dəstəkləyir və İranı etibarlı millət-dövlət hesab edirlər”.

Mötədil və islahatçı cinah ABŞ-la dialoqa meylli təəssürat bağışlayır, ritorika əksini desə də. Açıq görünən ehtiyatlanma, hətta qorxu var.

Hələ sanksiyaların bərpasından əvvəl ABŞ-İran ritorikası kəskinləşdikdə, Ruhaninin sərt mövqeyindən təsirlənmiş general Qasim Süleymani ona təqdiredici məktub yazaraq bildirmişdi: “Bu, tanıdığımız və görmək istədiyimiz Həsən Ruhanidir”.

İndi, vəziyyətin getdikcə böhranlı hal aldığı məqamda da, daha çox danışan “Sepah” komandanlarıdır. Məsələn, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri müavini Hüseyn Səlami “Sepah”ın ABŞ-la danışıqlara müxalif olduğunu bildirib. Səlaminin sözlərinə görə, “düşmən İran xalqının zehinlərində İslam Respublikasının zəifləməsi qəlibi yaratmaq istəyir”.

Bir neçə gün öncə tanınmış siyasətçi Əli Mütəhhəri “Sepah” komandanını xəbərdar etmişdi: “Sərdar, siyasətbazlıq etmə!” Lakin İnqilab Keşikçiləri səhnədən kənara çəkilməyi ağıllarından belə keçirmir. Keçən həftə Fars körfəzində təlimlər keçirməklə, əslində, İİKK ABŞ-a da, danışıqlar masası arxasında oturmaq istəyində olan siyasətçilərə də ismarışını çatdırıb. ABŞ ordusunun Yaxın Şərq bölməsinin komandanı Cozef Votel də həmin rəyi bölüşür: “Təlimlər Vaşinqtona da mesajdır”.

Siyasi meyllərə görə bölünmüş KİV-lərə də nəzarət gücləndirilib. Həmçinin xarici medianı ittihamlama.

“Sepah”ın mətbuat katibi Ramazan Şərif BBC-ni İran əleyhinə informasiya müharibəsinin komandanı adlandırıb.

Avqustun 7-də “Fars” Xəbər Agentliyi Kirman əyaləti valisinin ölkədən qaçarkən həbs edilməsi və korrupsiya ittihamlaması barədə məlumat yayıb. Amma qısa müddət sonra məlumat saytdan çıxarılıb. İranın tanınmış mədəni fəallarından birinin qaçışına isə Ayətullah Xamnəi rəy bildirib: “Heç bir qələt edə bilməzlər!”

Nəzərlərin ən çox yönəldiyi iqtisadiyyat və milli valyuta fırtına qabağı çalxalanma keçirir. Son bir neçə ayda dəyərinin yarısını itirilməsinə baxmayaraq, İran rialı iyulun 30-dakı 1$=110,500 rekordundan sonra məzənnəsini azca artırıb – 1$=90 min.

Əllamə Təbatəbai Universitetinin iqtisadçı professoru Mehdi Təqəvi “Middle East Eye” internet nəşrinə deyib ki, “gələcəkdə bu lütf yoxdur və biz onu düzgün proqnozlaşdıra bilmərik. Rialın dəyəri isə, əlbəttə, insanların əsas marağıdır”.

Rialın kiçik dəyər artımına baxmayaraq, bir çox iranlı qiymətlərin daha sürətlə artması, işsizlik təhlükəsi ilə bağlı narahat olur və əsas ehtiyacların təminatında  qeyri-müəyyənlik olduğunu vurğulayırlar. Ruhani bir məsələdə tam haqlıdır: sanksiyalar, ilk növbədə, yoxsul təbəqə və xəstələrə yönələcək.

Trampın 7 müsəlman ölkəsinə 90 günlük giriş qadağası ilə 5 yaşlı iranlı xəstə qızcığazın hekayəti hələ də yaddaşlarda təzədir. İndi bu hekayət toplusuna yeniləri əlavə oluna bilər.

“İranda yaşayan xəstələr cansıxıcı dərman çatışmazlığı səbəbindən sağalmaz xəstəliklərdən ölürlər. Ötən il İranın səhiyyə sektoru üçün fəlakət dövrü olub: 2012-ci ildə Amerika və Avropa istehsalçılarının dərman ixracı, 2011-ci illə müqayisədə, təminən 30 faiz azalıb və eniş davam edir.

Son üç ay ərzində problemi qiymətləndirmək üçün İranda iş təcrübəsi olan müstəqil biznes məsləhətçiləri qrupuna rəhbərlik etmişəm. Tehran və Dubayda idxalçılar, dərman və tibb avadanlıqları istehsalçıları və onların Qərb tərəfdaşları ilə geniş müsahibələrdən aydın olub ki, Birləşmiş Ştatlar və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar rejimi humanitar ticarətə imkan versə də, əslində, İrana dərman və tibbi avadanlıqların çatdırılmasında maneə yaradır.

İran hökuməti böhranı həll etməkdə qeyri-kafilik, xarici valyuta ehtiyatlarının zəif bölüşdürülməsi və korrupsion praktikaya görə ciddi tənqidə layiq olsa da, əsas təqsirkar – İranla maliyyə əməliyyatlarını tənzimləyən ABŞ və Avropa sanksiyalarıdır”.

2015-ci ilin nüvə sazişindən əvvəl “The New York Times” üçün qələmə alınmış (1 mart 2013-cü il) bu sətirlərin müəllifi Vudro Vilson Mərkəzinin sabiq əməkdaşı Siyamək Namazidir. Hazırda İranda həbsdə olan və insan hüquqlarının pozulması hallarından söhbət düşərkən, ABŞ administrasiyasının əsas gətirdiyi dəlillər və tələblərdən birinin səbəbkarı.

Yada salım, 2017-ci ilin dekabr-2018-ci ilin yanvar etiraz aksiyaları barədə konspiroloji hesabatlarda məhz Siyamək Namazinin adı keçir və nüfuzlu Namazi ailəsinin nümayişləri maliyyələşdirməsi (iddiaya görə, 50 milyon dollar) qeyd olunurdu.

İndi İrandan kənarda yaşayan mühacirlər “Twitter”-də “köhnə yaralar”ın qaysağını qoparır. Donald Tramp administrasiyasına sanksiyaların doğuracağı nəticələri etibar etdikləri ən mötəbər mənbə ilə göstərirlər.

 MilliYol.Az



Xəbərin oxunma sayı : 166

loading...

Analiz

Önəmli

Son xəbərlər

15 AVQUST 2018

23:40 Qətərdən Türkiyəyə 15 milyardlıq dəstək

23:10 Müsəlman qadın ABŞ-da Konqresə ilkin seçkilərin qalibi oldu

22:38 Ayrılığa 2 ay dözdülər

22:12 Güclü leysan tütün plantasiyalarına ciddi zərər vurmayıb

21:52 Bakıda kütləvi intihara cəhd: 4 nəfər özünü öldürmək istədi

21:38 Azərbaycan döyüşçüsü Zabit Səmədov sabah növbəti rəqibi ilə görüşəcək

21:12 Britaniyalılar Türkiyəyə axışır

19:59 Ermənistanda yüksək rütbəli hərbçi işdən qovuldu

19:40 “Bəzi təhsil müəssisələrində işə gəlməyən əməkdaşlara maaş ödənilir” – Nazirlik

19:28 Magistraturaya qəbul planının 25 faizi boş qaldı

18:20 Qətər əmiri də təcili Ankaraya gəlir – Türkiyəyə dəstək

18:00 Bakı-Tbilisi uçuşları bərpa edilir

17:54 Türkiyədə ABŞ siqaretlərinə boykot çağırışı

17:48 Lənkəranda 23 yaşlı qadın bıçaqlanıb

17:42 Mehman Hüseynov şərti azadlığa buraxılmasını istəyir

17:38 Bakı-Quba yolunda təmir işləri aparılacaq

17:33 Azərbaycanlı model dünyanın “Ən seksual qadını“ siyahısında

17:29 Avropa Super Kubokunun qalibi müəyyənləşir

17:23 Murad Aslıya evlənmə təklifi edib

17:19 Türkiyədə daha bir azərbaycanlı uşaq öldü

17:14 Az yatmağın yeni təhlükəsi açıqlandı

17:10 Rusiyada 6 yaşlı uşağı ildırım vurub

17:03 Kərim: “6 il övlad həsrəti ilə qaldım“

16:58 Oğurladığı maşınla qəza törətdi

16:52 Baxçalıdan Trampa: “Baş verənlər əxlaqsızlıqdır“

16:47 5 yaşlı uşaqlar üçün sənəd qəbulu başladı

16:41 Xələf Xələfov: “Xəzər konvensiyası ölkəmizin maraqlarına tam cavab verir“

16:35 İmişli sakini suda boğulub

16:30 Goranboyda yol qəzası: 2 yaralı

16:26 “Həyat yoldaşım olacaq kişiylə qarşılaşmamışam“

16:22 Rusiyada azərbaycanlı iş adamı öldürülüb

16:17 İmişlidə 28 yaşlı gənc bıçaqla özünə xəsarət yetirib

16:12 Magistraturaya qəbul planının 25 faizi boş qaldı

16:06 Yevlaxda yol qəzası: 3 yaralı

16:01 Türkiyə ABŞ-ı məhkəməyə verəcək

15:56 Türkiyə, Rusiya və İran prezidentləri Tehranda görüşəcək

15:51 Zəvvarlarımızın yeni qrupu yola düşdü

15:47 Bakıda avtobus azyaşlını vurub öldürüb

15:43 Şamaxıda torpaq sürüşməsi baş verib

15:39 Türkiyə amerikalı rahiblə bağlı qərar verdi

15:34 NATO generalı: “Rusiya ilə müharibə Avropa üçün faciə olacaq“

15:30 Sumqayıtda əxlaqsız yuvasına qəfil basqın - Video

15:26 Dünyada 815 milyon insan aclıqdan əziyyət çəkir

15:22 Fazil Mustafa: “Trampın istədiyi neftdir, tabeçilikdir“

15:17 Azərbaycan daha beş ölkədə Ticarət Evi açacaq

15:10 “Səməd dedi ki, Sevda yaşlanıb, cavan adam istəyirəm“

15:06 Türkiyə Ordusu PKK liderlərindən ikisini məhv etdi

15:02 Şəmkirdə 1 nəfər güllələndi

14:57 Yaponiyada vulkan təhlükəsi: əhali evakuasiya edilir

14:53 Azərbaycanda daha bir kəndə təbii qaz verilib

14:49 Manaf Ağayev: “Bəxtəvərçilik verirlər“

14:42 Paşinyana beynəlxalq təşkilatda vəzifə verildi

14:37 Cənubi Koreyadan Şimala birlik çağırışı

14:33 “İnterfax-Energy“: Türk lirəsinin zəifləməsi SOCAR-a yeni imkanlar açır

14:28 Gürcüstanda ikili vətəndaşlıq qüvvəyə minib

14:22 Əfqanıstanda 2 partlayış: 10 ölü

14:17 Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

14:13 Bakaləndə itkin düşən kişinin meyiti tapıldı

14:08 Türkiyə mediası ABŞ-a meydan oxudu

14:02 Generala rəsmi ittiham elan olundu

13:56 Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı çıqlama

13:56 Hacı Nuran Həcc ziyarətinə getdi

13:49 Moldova MDB Elektrik Enerjisi Şurasından çıxır

13:45 Qazlı içkilərin orqanizmə zərərləri

13:41 Qətər əmiri Türkiyəyə gələcək

13:32 Maşından zibil atanlar cərimələnəcək

13:27 Gəncədə kafe yanıb

13:13 İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçiriləcək

13:08 QMİ: Qurban ətinin satılması haramdır

13:03 Mumiyada öldürücü parazitlər tapıldı

12:54 Yunan nazirdən Türkiyə açıqlaması

12:49 Trampa qarşı narazılıq artır

12:45 Türkiyədə dollar 6 lirədən aşağı düşüb

12:41 Hindistanın Rusiyada yeni səfiri təyin edilib

12:38 Bitkoin 6 min dollaradək ucuzlaşıb

12:33 Bəzi xəstəxanalarda yeyinti faktı aşkarlandı

12:27 Lionel Messi Argentina millisindəki karyerasını dondurub

12:21 Ərdoğan Amerika nəşrində yazır

12:16 Türkiyədə maliyyə böhranı - Təhlil

12:13 Milli Parkı çirkləndirən şəxs cərimələndi

12:07 Polis Rihannanın evini mühasirəyə aldı

12:02 İntihar edəcəyini deyən jurnalist xəstəxanaya yerləşdirildi

11:56 İtaliyada ölənlərin sayı 38 nəfərə çatıb

11:50 Bakı şəhər Baş Gömrük İdarəsində sahibkarların malları hara yoxa çıxır?

11:45 Bakıda 19 yeni piyada keçidi tikiləcək

11:39 Zaur Hüseynov Bakı metrosunu necə məhv etdi?

11:34 Azərbaycanda balıqartırma zavodu yenidən qurulur

11:27 Deputat: “Arağa pul xərcləmək olar, Həccə yox?”

11:23 Tramp köməkçisini məhkəməyə verdi

11:18 Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlandı

11:11 Pentaqonun mətbuat katibinə qarşı istintaq başladı

11:07 Çempionlar Liqasında “play-off“ cütləri müəyyənləşdi

11:02 Azərbaycan UEFA reytinqində yüksəldi

10:55 Prezidentə sui-qəsddə şübhəli bilinən 2 hərbçi saxlanıldı

10:47 Əfqanıstanda növbəti terror: 44 ölü

10:43 Putin Kim Çen Inla görüşə razılaşdı

10:39 Yeni seçilən deputatı oğurladılar

10:34 Azərbaycanın bəzi yerlərində su olmayacaq

10:30 Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

10:26 Qurban Qurbanov: “Avroliqa haqqında fikirləşməliyik“

10:22 Azərbaycanda bir neçə qazinin rütbəsi artırılıb

10:17 Ötən gün axtarışda olan 50 nəfər saxlanılıb

10:12 Türkiyə ABŞ mallarına idxal rüsumunu artırdı

10:04 Atəşkəs 91 dəfə pozuldu

10:00 Azərbaycan nefti cüzi bahalaşıb

14 AVQUST 2018

23:40 Azərbaycan nefti ucuzlaşdı –0,33 dollar/barel

23:20 İtaliyanın Genuya şəhərində 2 günlük matəm elan olundu –Körpü uçqununa görə

22:41 Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib…

21:33 “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın maraqlarına tam cavab verir“

20:50 İrandan ABŞ-ın sanksiyasına əks-həmlə –Tehran neftin satış qiymətini aşağı endirir

20:12 “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər”

19:59 Türkiyədə 800-ə yaxın terrorçu var

19:37 İlham Əliyev İtaliya prezidentinə başsağlığı verdi

19:20 İtaliyada körpü çökdü, 10 maşın uçqun altında qaldı –30 nəfər öldü

18:44 Sumqayıtda velosipedlərin qənimi yaxalandı

18:20 Füzulidə avtomobil yollarının tikintisinə 4,7 milyon manat ayrıldı- Sərəncam

18:00 Polşanın səsvermə hüququ əlindən alına bilər

17:54 Naftalanda kanat yolu çəkiləcək

17:46 Magistraturaya müsabiqənin nəticələri açıqlandı

17:42 “Adnan Oktar kimi şəxslər bizim lojanın üzvü ola bilməz”



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016