Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

“Sənin kimi gözəl sona...”


Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərində prezident İlham Əliyevin yenidən xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilməsi ölkəmizin hər yerində bayram əhval-ruhiyyəsi yaradıb

İlham Əliyevin bu növbəti parlaq qələbəsi münasibətilə Bakıda da kütləvi şənlik mərasimləri keçirilib.

Virtualaz.org xəbər verir ki, belə şənliklərdən biri də Xətai rayonu dairə seçki komissiyasının qarşısında olub. Seçkinin nəticələrinin elan edilməsindən sonra ora toplaşanlar şən musiqi sədaları altında rəqs ediblər. Bunların arasında deputat Hadı Rəcəbli də olub. O, İlham Əliyevin qələbəsindən duyduğu sevinci rəqs etməklə ifadə edib. Deputat aşıq Əhlimanın oxuduğu “Sənin kimi gözəl sona, hansı dəryada, göldə var...” mahnısının sədaları altında rəqs edib. Hadı Rəcəblinin digər deputatların əhatəsində bayram rəqsinin videogörüntüləri sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb. Həmin kadrları təqdim edirik.



MilliYol.Az
Etiket:

loading...