Suriya ətrafında vəziyyətin gərginləşdiyi bir zamanda bu ölkədən olan general Zahir əs-Sakat sensassiyalı iddialarla çıxış edib.
MilliYol.Az cebhe.info-ya istinadən xəbər verir ki, general Bəsərin kimyəvi silah anbarının olduğunu deyib. Generalın sözlərinə görə, bu silah anbarı kimyəvi silahların qadağan edilməsinə nəzarət edən mütəxəssislərdən gizli saxlanılır.
2013-cü ildə Suriyadan qaçan general Sakatın sözləri “Daily Telegraph”da yer alıb. Sakat bildirb ki, Əsəd hökuməti mütəxəssislərə həmin il ancaq 1,3 min tonn silah göstərib. “Halbuki biz bilirdik ki, hökumətdəki silah bundan azı 2 dəfə çoxdur”,- deyə 53 yaşlı general deyib.
Söhbət ilk növbədə aviasiya bombalarından, “Skad” raketləri üçün kimyəvi başlıqlardan gedir. Generalın sözlərinə görə, Əsədin adamlaır silahı Cəbladan çıxarıb və mütəxəssislərin yoxlamaya gəlməsinə bir neçə həftə qalmış Hüms yaxınlığındakı anbarda gizlədib. Bu tapşırığı isə prezident Əsəd verib.
Qeyd edək ki, Bəşər Əsəd 2013-cü ildə kimyəvi silah arsenalından imtina etdiyini və indi ölkəsində kimyəvi silah olmadığını bildirib.
Zahir əs-Sakat Suriya ordusunun təcrübəli generallarından hesab edilirdi.
MilliYol.Az
Digər xəbərlər
loading...