Çərşənbə axşamı, 16 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Ərdoğanın “hər şey düzələcək” sözünə baxmayaraq lirə ucuzlaşır


Türkiyənin nümayəndə heyətinin ABŞ-da danışıqlar aparmasına və Prezident Rəcəb Tayyib Ərdoğanın iş dünyasına “hər şey düzələcək” sözü verməsinə baxmayaraq Türk Lirəsi Dollar qarşısında dəyərdən düşür

“Marja” xəbər verir ki, Bakı vaxtı ilə saat 11:10-da USD/TRY məzənnəsi 2,72% yüksələrək 5,4227 Türk Lirəsini görüb.

Dünən iş dünyası təmsilçilərini qəbul edən Prezident Ərdoğan, Türkiyə ilə ABŞ gərginliyi məsələsinə dair, “Ağlabatan müddət ərzində hər şey düzələcək. Bazarlar sakitləşəcək. Heç qorxmayın, hamısı keçəcək. Vətəndaş nəyin haradan gəldiyinin fərqindədirlər” deyib.

Keşiş Endryu Brunsonın həbsi və ABŞ-ın sanksiya qərarları ilə Türkiyə və ABŞ arasında böhran yaranıb.



MilliYol.Az
Etiket:

loading...