Bazar, 23 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

İran islahatçıları Amerika ilə danışıqlar istəyirlər


Stanislav Tarasov

regnum.ru, 20.06.2018

İran hökumətinin rəsmi təmsilçisi Məhəmmədbaqir Nobəxt bildirib ki, Tehran ABŞ prezidenti Donald Trampla danışıqlar aparmayacaq. Onun sözlərinə görə, “biz milli təhlükəsizlik məsələləri üzrə heç vaxt danışıqlar aparmırıq, bununla yanaşı, dialoq bizim siyasətimizin üsullarından bir olaraq qalır”.

İranın “Fars” agentliyi dəqiqləşdirir ki, bəyanat İranın islahat məsləkli bir sıra siyasətçilərinin məktubuyla bağlı verilib – məktubda bir sıra məsələlər üzrə amerikalılarla danışıqlara başlamaq təklifi ehtiva olunub. Bu cür məktubu məhz kimin yazdığı hələlik məlum deyil, amma aydındır ki, onu az tanınan və nüfuzu az adamlar hazırlaıybsa, onda Tehran, çətin ki, qıcıq verməyi qət edərdi. Və adlar çəkilməsə də,  İranda adətən – həm də təkcə orada deyil – prezident Həsən Ruhaninin tərəfdarlarını islahatçı adlandırır və ya hesab edirlər. Yaranmış intriqanın iplərindən biri məhz bundadır. Xüsusən də ona görə ki, Britaniyanın “The Independent” qəzeti bu günlərdə niyəsə yada salmaq qərarına gəlib ki, Tehran və Vaşinqton son beş ildə “qeyri-formal” kanal üzrə gizli danışıqlar aparıb. Danışıq iştirakçılaırndan biri, Amerikanın keçmiş yüksəkvəzifəli diplomatı Tomas Pikerinq izah edib ki, bir qrup istefada olan diplomat və ekspert “ən müxtəlif yerlərdə, amma istisnasız olaraq ABŞ və İran hüdudlarından qıraqda” siyasi kurs məsələləri üzrə İran alimləri və müşavirlərilə görüşlər keçirib.

Pikerinq 12-ə yaxın amerikalı və iranlının daxil olduğu qrupların (iştirakçıların dəqiq sayı hər dəfə dəyişilir) növbəti görüşlərinə ziyan vurmaqdan ehtiyat edərək təfərrüatları danışmaqdan imtina edib. Bu qrupların İran hökumətindən islahatçıların məktubuna dəxli olub-olmadığını söyləmək çətindir. Qeyd edək ki, Vaşinqton, adətən, bu cür danışıqlar faktını yalnız saziş əldə edildiyi, ya da məsələ uğursuzluqla başa çatdığı halda car çəkir. Görünür, indiki halda İranın bəzi siyasətçilərinin İran və ABŞ arasında danışıqlara təşəbbüs göstərmək cəhdinin iflası faktını qeydə almaq olar. Proses uğurla inkişaf etsəydi, onda Tehran və Vaşinqton amerikalılar və iranlılardan savayı Rusiya, Çin, Fransa, İngiltərə və Almaniyanın da imzaçısı olduğu “nüvə sazişi”nin və ya Birgə Əhatəli Fəaliyyət Planının (BƏFP) mürəkkəb konstruksiyasından birgə yan keçməzdi. Bu, birincisi.

Və ikincisi. Vaşinqton özünün “yeni strategiya”sının bəndlərindən birini – İran hökumətinin qarışdırıcı təsirini neytrallaşdırmaq və onun “təcavüzünü” önləmək, habelə Yaxın Şərqdə köhnə alyansların qurulmasına çıxmağı praktik olaraq gerçəkləşdirə bilərdi. Bütün məsələlər bundadır ki, ABŞ-ın Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Qətər və hətta Türkiyə ilə münasibətlərindəki problemlər, Ağ Evin fikrincə, Tehranın qarşısını almaq iqtidarında olmayan sünni blokunun sabitsizliyini sərgiləyir. Sonuncunu AB, Rusiya və Çindən qoparmaq Vaşinqtonun düşünülmüş strategiyasıdır. O, Moskvanı əvəzləyə və İran və İsrail arasında münasibətlərin qurulmasında vasitəçi ola, ekzotik geopolitik ssenarilərin gerçəkləşdirilməsi üçün imkan əldə edə bilər: bölgədə nüvə silahından azad zonanın yaradıldığını elan edər, səudların Yəmənlə münaqişədən çıxması və daha nələrəsə yardım edər. “The Washington Post”un hesab etdiyi kimi, “Trampın İrana münasibətdə yanaşmasının uğur şansı var, hətta sanksiya basqısının gücləndiyinə baxmayaraq İranla danışıqların əhatəli sazişin imzalanmasına şərait yarada biləcəyi imkanlar var”.

Yeri gəlmişkən, Rusiyanın bir çox ekspertləri, o cümlədən Regnum İA hadisələrin bu cür gedişini istisna etməyib. Fikrimizcə, Tehran ABŞ və onun avropalı müttəfiqləri arasındakı ziddiyyətlərdə oynaya və siyasi dividendlər qazana bilər. Avropa Birliyi Vaşinqtonun basqısına tab gətirməyəcək və Avropanın transmilli şirkətləri İrandan gedir, Avropanın heç bir siyasəti bu gerçəkliyi kökündən dəyişə bilməz. Bundan başqa, Tehran Avropa ölkələrinə – BƏFP iştirakçılarına qarşı bir sıra şərtlər irəli sürüb və yerinə yetirilməyəcəyi halda “nüvə sazişi”ndən çıxmağı vəd edib. Bunun məğzi bundadır ki, avropalılar Amerikanın İrana nisbətdə bərpa edilən sanksiyalarının nəticələrini müvazinətləşdirməlidirlər. Amma bu, gerçək deyil.

Və daha bir önəmli məqam. ABŞ dövlət katibi Mayk Pompeo administrasiyanın bir çox mürəkkəb məsələlər üzrə düşmənlərlə danışıqlara girişməyə hazır olduğunun sübutu kimi Tehrana “Şimali Koreya ilə münasibətlərimizə nəzərə salmağı” təklif edib. Hərbi müdaxilə təhdidlərilə müşayiət olunan uzunmüddətli və kəskin siyasi atışmadan sonra yenə də Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla Trampın görüşü baş tutub. Bu, beynəlxalq münasibətlər tarixində misli görünməmiş hadisədir. İrana eyni oyunu oynamağı təklif edirlər. Cenevrə perspektiv beynəlxalq araşdırmalar və inkişaf İnstitutunun fəxri professoru Məhəmmədrza Cəlilinin qeyd etdiyi kimi, Tehran nüvə proqramı üzrə istənilən alternativ sazişi hələlik rədd edir, amma özünün bölgə siyasəti üzrə danışıqları istisna etmir, yəni körpüləri yandırmır. Gördüyümüz kimi, sərt dönüşlərə qadir güclərin var olduğu ABŞ və İranda hər şey birmənalı deyil. Və Nobəxtin sözügedən məktubu boş yerdən meydana çıxmayıb.


MilliYol.Az
Etiket:

loading...