“Qarabağ” Cənubi Kiprin “Anortosis” klubuna daha 100 min dollar (bu günkü məzənnə ilə 162 min 800 manat) ödəcəyək. Buna səbəb Dino Ndlovun ağdamlılarla birgə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması olub.
"Qarabağ" Dino Ndlovu bir müddət əvvəl transfer edib. İddialara görə, Ağdam klubu bu transferə görə “Anortosis”ə 350 min avro (bu günkü məzənnə ilə 569 min 800 manat) öəyib.
Cənubi Kipr mediasının məlumatına görə, tərəflər arasında müqaviləyə xüsusi bənd salınıb ki, "Qarabağ" Dino Ndlovu ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansa, daha 100 min dollar ödəməlidi. Bu şərt reallaşdığından, Ağdam klubu qrupa düşdüyü üçün qazandığı 2,6 milyon avronun 100 min dollarını qarşı tərəfə verməlidi.
Qeyd edək ki, hazırda "Transfermarkt" CAR-lı futbolçuya 700 min avro qiymət qoyub.(Fanat.Az)
MilliYol.Az
Digər xəbərlər
loading...