Şənbə, 22 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

“Qarabağ” - “Olimpiya” matçının biletləri satışa çıxarılıb


Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır

 "Qarabağ" klubu Çempionlar Liqasında I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi cavab oyununun biletlərini satışa çıxarıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaya ən ucuz bilet 1 manatadır. Digər biletləri sektorlara uyğun olaraq, 2 manat, 3 manat, 5 manat və 10 manata almaq olar. VİP biletlər isə 50 manatadır. 

Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Onları onlayn olaraq, iTicket.az saytından və 9 satış məntəqəsindən - Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə küçəsi, 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti - Nizami küç. (Nizami k/t yaxınlığı) və Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) almaq mümkündür.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" matçı saat 21:00-da başlanacaq. 
Etiket:

loading...