“Plastik qablaşdırma materialları qlobal problemdir”
“Bu qablardan istifadənin azaldılması istiqamətində təşəbbüslər və təkliflər var. Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazım gəlir”.
Lent.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib. O qeyd edib ki, plastik qabdakı məhsullar kimyəvi maddəni tərkibinə çəkir: “Biz özümüz bilərəkdən qablardan dəfələrlə istifadə edirik. Marketlərdə satılan sərinləşdirici içkilər günəş altında saxlanılır və zərərli maddə məhsula keçir".
Digər xəbərlər
loading...