Azərbaycanda direktor toya pul əvəzinə diplom saldı: “İxtisası özün seç“ Ağdamdan Səlim Müslümova müraciət: “Gəlin özünüz yoxlayın və görün ki…” Sabirabadın icra baçşcısı haqqında yayılan malumat yalan çıxdı Avropada qadın müəllim azyaşlı azərbaycanlıya dəhşət yaşatdı (FOTO)
 

“Palmali”nin gəmi daşımaları sektorunda qlobal miqyaslı rolu yüksəkdir“ - MÜSAHİBƏ

Tarix 17.10.16, 18:37

Font ölçüsü : - / +
bitmap-img6

"Palmali" Şirkətlər Qrupunun regional ofisinin rəhbərinin birinci müavini Tuyqun Nadirov Trend-ə müsahibə verib. Həmin müsahibəni tədim edirik.


- Ötən həftə “Klarksons” tərəfindən tərtib olunan reytinqdə “Palmali Shipping”in 7-ci pillədə qərarlaşması xəbəri kifayət qədər rezonans doğurdu. Öncə reytinqi tərtib edən şirkət barədə sizdən daha ətraflı məlumat almaq istərdik.
- “Klarksons” şirkəti gəmiçiliyin müxtəlif seqmentlərində fəaliyyət göstərir və dünyada bu sahə üzrə aparıcı şirkətlərdən biridir. Şirkət artıq uzun müddət ərzində London fond birjasının FTSE 250 indeksində yer almaqdadır ki, bu da sırf gəmiçilik profili üzrə ixtisaslaşan bir biznes üçün kifayət qədər ciddi nüfuz göstəricisidir. 150 ildən çox tarixi olan “Klarksons”un fəaliyyət istiqamətlərindən biri də dünya miqyasında gəmiçilik sektoru üzrə araşdırmaların aparılmasından ibarətdir. Sözsüz ki, onlar tərəfindən tərtib olunan reytinqlər, eləcə də mütəmadi şəkildə dərc olunan hesabatlar çox ciddi və önəmli xarakter daşıyır. “Palmali”nin də son reytinqdə ilk onluqda yer alması şirkətimizin gəmi daşımaları sektorunda qlobal miqyaslı rolunun nə dərəcədə yüksək olduğunu növbəti dəfə nümayiş etdirdi.

- Bu reytinqdə tutduğunuz mövqe nəyin hesabına əldə edilib? Ümumiyyətlə, bu mövqedə olmaq “Palmali” üçün hansı əhəmiyyət daşıyır?
- Tərtib olunan reytinqə nəzər saldıqda gəmiçilik sahəsində ixtisaslaşan aparıcı şirkətlərin adlarını görə bilərsiniz. Ümumilikdə isə, gəmi daşımaları biznesində dünya üzrə minlərlə şirkət fəaliyyət göstərir. Bu sektorda uzunmüddətli tərəfdaşlar qazanmaq və yeni müştərilər cəlb etmək üçün biznesin istər regional, istərsə də dünya miqyasında güclü rəqabətə davam gətirməsi şərtdir. Bazara daxil olan yeni oyunçular möhkəmlənmək üçün müəyyən müddət gözləməli olurlar. Biz artıq bu işdə yeni deyilik, lakin reytinqdə geridə qoyduğumuz bir çox şirkətdən daha sonra bazara daxil olmuşuq. İyirmi ildən az müddət ərzində Türkiyə, Rusiya və Azərbaycanda uzunmüddətli tərəfdaşlar qazanmışıq, eləcə də digər regionlarda uğurlu nəticələr əldə edə bilmişik. “Palmali”nin yarandığı dövrdən bu günə kimi gəmiçilik çox inkişaf edib və biz hər zaman bu sahənin trendləri ilə ayaqlaşmağı bacarmışıq. İki il bundan öncə “Armada” zavodunun fəaliyyətinə start verərək özümüz də gəmi inşaatına start vermişik. Artıq yeni qütblər barəsində düşünməliyik, qarşımıza qoyduğumuz hədəfləri və bu hədəflərlə birgə özümüzü də inkişaf etdirməliyik. Bu gün qlobal bir reytinqin yuxarı pillələrində olmağımız nailiyyətlərimizin layiqli qiyməti və yeni hədəflərə çatmağımız üçün çağırışdır.

- Bəs sırf biznes baxımından bu reytinqin ilk onluğunda olmağınızın şirkətiniz üçün hansı dərəcədə əhəmiyyəti var?
- Hər bir işdə bir sifarişçi hüquqi münasibətləri rəsmiləşdirməkdən öncə icraçının fəaliyyətini geniş şəkildə analiz edir. Və əgər söhbət on minlərlə ton yüklərin su yolları ilə daşınmasından gedirsə, bu araşdırma ən detallı səviyyədə aparılır. Bizim çalışdığımız sahədə bu tip araşdırmaların ən əsas mənbəyi olaraq məhz “Klarksons” kimi nüfuzlu şirkətin hesabatlarını qeyd etmək olar. “Palmali”nin bu reytinqdə yerləşdiyi mövqe istənilən potensial müştəri üçün ən yaxşı portfoliodur. Hazırkı iqtisadi reallıqların və güclü rəqabətin fonunda belə nailiyyətlərin rolu danılmazdır.

- “Palmali Shipping”in baş ofisinin yerləşdiyi Türkiyədə bu xəbər nə dərəcədə əks-səda yaratdı?
- Əvvəlcə Azərbaycan mətbuatına bu vacib xəbərə diqqətlə yanaşdığı üçün şirkətimiz adından təşəkkür edirəm. “Palmali” üçün Azərbaycanda həyata keçirilən hər bir layihənin xüsusi əhəmiyyəti var və fəaliyyətimizin sosial yüklü tərəfinin əsasən ölkəmizdə həyata keçirilməsi bizə böyük qürur verir. Bu səbəbdən dövlətimizin vətəndaşlarının uğurlarımız haqqında bilgi alması vacibdir. Bəli, ölkəmizlə yanaşı, Türkiyənin nüfuzlu media resursları da bu xəbəri diqqət mərkəzində saxladı. Qeyd etmək istərdim ki, Türkiyə hökuməti bizə bununla əlaqədar məmnunluğunu ifadə etdi. Türkiyə iqtisadiyyatının dünya miqyasında təbliği və iqtisadiyyata verdiyimiz töhfəni nəzərə alaraq, bizə xüsusi güzəştlərin olacağı bildirildi. Əlbəttə, bu dəstək bizim fəaliyyətimiz üçün əlavə stimul olacaq. Ümumiyyətlə, hesab edirik ki, bu reytinqə düşməklə “Palmali” olaraq biz həm Türkiyənin, həm də Azərbaycanın adını ucaltmış oluruq.

- Yaxın keçmişdə bəzi mətbu orqanlarda “Palmali” barədə mənfi xarakterli məlumatlar dərc edilmişdi. Bu baxımdan yəqin ki, əldə etdiyiniz uğura həm də imic qələbəsi kimi yanaşırsınız.
- “Palmali”nin imic və ictimai reytinqlə bağlı heç bir problemi olmayıb. Buna istənilən sosial sorğu həyata keçirməklə şahid ola bilərsiniz. Şirkətimizin rəhbəri Mübariz Mənsimovun da dediyi kimi, biz işimizi tam şəffaf şəkildə görürük və bütün böhtanlara öz işimizlə cavab veririk. Dərc olunmuş həmin yazıların qarayaxma və qeyri-sağlam rəqabət vasitəsi olduğunu müəyyən etmək çox rahat idi. Zamanında bütün o yazıların böhtan olduğunu bildirmişik və öz yolumuza davam etmişik. Bu gün də biz irəli gedirik, nailiyyətlərimiz göz qabağındadır və bu nailiyyətlərimizi Azərbaycan xalqı ilə bölüşməkdən fərəh hissi keçiririk. Böhtan atanlar isə ortalıqda yoxdur, çünki əsası olmayan heç nəyin ömrü uzun ola bilməz. Bizim dayaqlarımız möhkəm, vicdanımız təmizdir. Odur ki, yolumuza davam edirik.

- “Palmali”nin Azərbaycanda gəmiçiliklə bağlı hazırkı fəaliyyəti nədən ibarətdir?
- Azərbaycanda əvvəlki illərdə olduğu kimi fəaliyyətimiz davam etməkdədir. Hazırda Bakı ofisimizin əsas fəaliyyət istiqaməti gəmilərə agentlik xidmətlərinin göstərilməsindən ibarətdir. Agentlik dedikdə gəmi sahibinin tapşırığına əsasən limanda və ya müəyyən ərazidə göstərilən kompleks xidmətlər nəzərdə tutulur. Bu xidmətlərə əsasən gəminin limana daxil olması ilə bağlı sənədləşmənin aparılması, yüklərin boşaldılması və yüklənməsi ilə əlaqədar dəstək, gəmi sahibi ilə liman administrasiyası arasında vasitəçilik və digər xidmətlər daxildir. Hər ay Bakının limanlarına daxil olan 40-dan çox gəmiyə bu xidmətlər tərəfimizdən göstərilir.

- “Palmali” Azərbaycanın qida sektorunda da “Palsüd” brendi ilə təmsil olunur. Bu sahədə işlər hansı səviyyədə gedir?
- Cari il “Palsüd” brendi üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. İyun ayında məhsullarımızın qonşu Gürcüstana ixracına start verildi. Bundan əlavə iki ay öncə şirkətimizin məhsulları Rusiya Federasiyasının Ekoloji, texnoloji və nüvə nəzarəti üzrə federal xidməti (“Rostexnadzor”) tərəfindən müvafiq şəkildə sertifikatlaşdırıldı. Bu isə o deməkdir ki, artıq məhsullarımızı Rusiya bazarlarına da çıxarmaq imkanı əldə etmişik. Hazırda dövlətimiz tərəfindən qeyri-neft məhsullarının ixracına dair atılan önəmli addımların fonunda şirkətimizin öz ixrac potensialından istifadə etməsi bizim üçün prioritet məsələlərdən biridir.

- Yeniliklər təkcə ixracla əlaqəlidir, yoxsa daxili bazarlarda satışla bağlı da hər hansı addımlar atılıb?
- Bəli, daxili bazara hesablanmış vacib qərarlar verilib. Ölkə ərazisində bütün market şəbəkələri və digər pərakəndə satış mağazalarına mallarımızın satışını müqavilə əsasında yerli şirkətə həvalə etmişik. Hotellərə, ictimai iaşə obyektlərinə və müəssisələrə məhsulun satışı öz komandamız tərəfindən həyata keçirilir və bu kateqroiya üzrə son 9 ayda satış dövriyyəmiz 17% artıb. “Palsüd” olaraq biz əsas diqqətimizi istehsalın təkmilləşdirilməsinə, məhsulların çeşidlərinin artırılmasına yönəldəcəyik. Alıcıların məhsullarımızdan məmnunluğunun əsas səbəbi “Palsüd”ün yüksək keyfiyyətidir və biz bu keyfiyyətə daim ciddi nəzarət etməliyik

MilliYol.Az



Xəbərin oxunma sayı : 265

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

21 OKTYABR 2017

19:55 Maria Şarapova necə reklam dünyasının simasına çevrildi?

14:26 Prezident mükafatları artırılır: ayda 500 manat...

14:14 Azərbaycanda direktor toya pul əvəzinə diplom saldı: “İxtisası özün seç“

14:00 Türk yazar Azərbaycan xalqından üzr istədi (FOTO)

12:30 Zakir Həsənov odruya tapşırıq verdi: təxribatların qarşısı dərhal alınsın (FOTO)

12:23 İcra başçısı yeni klub yaratdı (FOTO)

12:03 Ramil Usubov xidmət rəislərinə tapşırıq verdi

11:16 Artur Rəsizadə Dövlət Komitəsinin 3 xidmətini ləğv etdi

11:09 İnanılmaz iddia: öldükdən sonra da beyniniz işləyir

11:00 Bakıda biabırçılıq: 14 yaşlı qız evli kişidən uşaq dünyaya gətirdi…

20 OKTYABR 2017

17:55 “Dəniz Baykal yanlış müalicə edilib, əks halda o, indi...” -şok iddia

17:47 “Avtobusda yaşlı adama yer vermək ona ziyandır”

17:42 Ərdoğan Məsud Bərzani ilə görüşmək istəmədi

17:38 “İran Suriyada hərbi baza qurmaq planı üz rində işləyir“

17:33 Leyla Şıxlinskayanın 30 min manatlıq üzüyünü satmaq adı ilə alan qadına şərti cəza verilib

17:23 “Kreditə görə 2 illik həbs edilənlərə xərclənən vəsaitlə 2 min ailəni mənzillə təmin etmək olar”

17:18 İspaniya Kataloniya parlamentini buraxır

17:13 Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan prezidentinə məktub göndərib

17:09 Dünyanı gözləyən qorxunc təhlükə: Əsl rəngi sarı olmayan Günəş sönsə...

17:05 Azərbaycanın makroiqtisadi sabitliyinə təsir edə biləcək risklər açıqlanıb

16:50 "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"

16:43 “Yoldaşımın aparıcılıq etməsinə icazə vermirəm“ - Elvin

16:38 Moskvada ermənilərlə taciklər arasında kütləvi dava

16:33 Putin ABŞ-ı hədələdi –Yeni silahlanma yarışı başlayır

16:17 Avropa Birliyi Kataloniya məsələsinə qarışmayacaq – Donald Tusk

16:05 “Azərbaycanın xarici dövlət borcu ÜDM-un 20 faizindən azdır”

15:50 Dövlət qulluğu sahəsində 8 minədək boş yer var

15:43 Oksanadan İslama cavab: “Səndə kişilik deyilən şey varsa...”

15:38 Uşaq hüquqları ilə bağlı seminar keçirildi (FOTOLAR)

15:32 Qaradağda satıcı mağazadan 30 min manat pul oğurladı

15:27 "Ərim evə gəlmirsə, əcəb edir" - Elnarə

15:23 Yeni modeldə buraxılış imtahanında maksimum bal 300, qəbulda 400 bal olacaq

15:18 Hay-küyə səbəb olan layihə Milli Məclisin gündəliyindən çıxarıldı

15:12 İŞİD-dən alınan Raqqada Öcalanın portreti asılıb: “SDG ilə çalışırıq…”

15:05 Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatdı

14:53 Pensiya və müavinətlər üçün dövlət büdcəsindən ayrılan vəsait artırılır

14:47 Salyanda fermer 40 qadını pambıq sahəsində işlədib, pullarını vermir

14:40 Hökumət borclanma siyasətini sərtləşdirir

14:35 BMT Kərküklə bağlı bəyanat verdi

14:30 “Qalatasaray” adını dəyişdirsin - Bahçeli

14:25 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrılıb

14:20 “Lənkəranski”nin varidatı uğrunda savaş gedir - “Qanuni oğru”lar nəyi bölmək istəyirlər?

14:16 İspan nəşri “Qarabağ“la bağlı “erməni” səhvini düzəltdi

14:12 Gələn il büdcədən sosial ipotekaya 250 milyon manat ayrılacaq

14:05 Bibiheybət yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

13:52 Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?!

13:49 “Şanxay“ sakinləridən Mehriban Əliyevaya müraciət: “Bəzi işbazlar...“

13:40 Avropanın ən ucqar və ən gənc paytaxt şəhəri - Astana

13:35 2018-ci ilin dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsaitin həcmi açıqlanıb

13:17 Gələn il Azərbaycanda 1,5%-lik iqtisadi artım olacaq - Rəsmi

13:12 “Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

13:05 Parlamentdə Avropa Şurası müzakirələri: “Onlara heç “cənab” sözü də yaraşmır”

13:00 Azərbaycana gətirilən avtomobillərin sayı 70% artıb

12:55 Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollardan götürülüb

12:50 “Ukraynanın hakim partiyasının deputatlarının Azərbaycanla bağlı qətnaməyə bitərəf qalması doğru deyildi”

12:45 Sumqayıtda iranlı tələbəni öldürən dəstənin qadın üzvü həbs edilib

12:40 İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başlayıb

12:35 Hava yağmursuz keçəcək, duman olacaq

12:23 ABŞ səfiri Marneulidəki insidenti qəbulolunmaz zorakılıq adlandırıb

12:19 “Lənkəranski”nin varidatı uğrunda qırğın: göy bazarı, Türkiyə və İtaliyadakı əmlaklar...

12:17 Türkiyə parlamentinin üzvü Çavuşoğlunu İlqar Məmmədova dəstək verməyə çağırdı

12:12 "AŞPA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq bizim üçün o qədər də asan keçmədi"

12:05 Xatunla Elşad davasına Oksana qoşuldu: "Xosenin dırnağı qədər ağlın yoxdur"

11:55 Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir

11:50 Çakır "Eşkiya"dan ayrılır? - Müəmmalı paylaşım

11:42 Neft fondunun aktivləri 36 milyardı ötdü

11:38 Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılacaq

11:34 Azərbaycan ərəb ölkələrinə birgə investisiya fondları yaratmağı təklif edib

11:26 Azərbaycanın Fransadakı səfiri etimadnaməsini Emanuel Makrona təqdim edib

11:22 Azərbaycan hərbi xərclərini artırdı

11:13 Putinin xüsusi Xəzər nümayəndəsi: məqsəd nədir?

11:09 Balların hesablanması qaydası dəyişəcək – DİM

11:05 İctimai işlər cəzasına məhkum edilmiş şəxslər hansı işləri görəcək?

10:57 ADPU-nun Ağcəbədi filialında maxinasiylar-İxtisar adı ilə 20 min manat yığılıb

10:56 Gənc qız kürəyindən bıçaqlandı – Oğlan dostu tərəfindən

10:52 Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişiklik edilib

10:47 Hindistanda nəqliyyat deposu uçuldu - 8 nəfər öldü

10:42 Təhsil sahəsinə 2.5 milyard pul ayrılacaq

10:38 Avropa Parlamentində erməni təxribatının qarşısı alındı

10:33 İran islam dünyasını ABŞ-a qarşı birləşməyə çağırıb

10:29 Bu günə olan məzənnələr – Rəsmi

10:24 Bakıda 23 yaşlı oğlanı ölümcül hala saldılar

10:20 Gələn ilin büdcəsində neçə milyon manat kəsir olacaq? - Rəsmi

10:15 Putin Rusiyanın əsas səhvini açıqladı

10:05 Neft fondundan büdcəyə köçürmənin həcmi artırılır

10:02 Bələdiyyə üzvü həbs edilib - Narkotikdən istifadə etdiyinə görə

10:00 Yaşar Həsənovun 7 milyonluq “səhvi” – Hesablama Palatası açıqladı

9:58 Şəmsəddin Hacıyev istintaqa çağırılıb

9:54 Atəşkəs 143 dəfə pozuldu

9:50 Milli Məclis bu gün toplanır

9:45 Biznes sektoruna yeni nəfəs: prezident yoxlamaları daha 4 il dayandırır

9:41 Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələnib

9:36 Bakıda binaların eyvanları sökülür

19 OKTYABR 2017

17:50 “Kriminal aləm”in “adamı”, atasının “yolu”nu davam edən 20 yaşlı gənc

17:42 “Apple”dan 5 min dollarlıq yeni kompüter

17:38 Prezident general rütbbəsi verib

17:33 “Bu qədər susqunluq yetər“

17:27 “Bu il minlərlə məcburi köçkün ailə yeni evlərlə təmin olunacaq”

17:22 Avropa İttifaqının Azərbaycandakı səfirinin avtomobili qəzaya düşüb

17:22 Vergi orqanlarında işləmək istəyənlər test imtahanı verəcək –DİM-dən açıqlama

17:17 Dolların rəsmi məzənnəsi dəyişmədi

17:13 Sarkisyan baş nazir, Karapetyan isə müavini olacaq

17:09 Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib

17:05 “Mübarizə hüquqi və siyasi müstəvidə davam edəcək“

16:55 XİN: Amerikalı şoumenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır

16:47 Telefon xətlərinə qanunsuz daxil olmaq cinayət məsuliyyəti yaratmayacaq

16:43 Palata: İpoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydası indiyədək təsdiqlənməyib

16:37 "Bu il 228 nəfərdən ibarət 99 qrup zərərsizləşdirilib, 223 bağlı cinayət açılıb.."

16:32 Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

16:27 Putinin gələn ay Tehrana səfəri bir çox suallara cavab olacaq – Təhlil

16:22 Nazir müavini nazirlə quda oldu - Azərbaycan reallığı

16:17 Moskvada erməni taksi sürücüsünün atası da müştəriləri zəhərləyirmiş

16:05 "Biri səhvini etiraf edib"

15:55 "Avropa Kataloniyanın müstəqilliyini tanımayacaq"

15:50 İraq mərkəzi hökuməti Bərzaninin köməkçisi haqda həbs qərarı çıxardı –Səbəb

15:38 "Bakıda qışda havanın temperaturunun 0 dərəcədən aşağı düşdüyü günlərin sayı azalıb"

15:34 Yeni türk dövləti yarana bilər – Ukraynalı siyasətçi

15:30 Nazir qrip və kəskin respirator virus infeksiyaları ilə bağlı əmr imzaladı

15:25 BNA "Qarabağ" - "Atletiko" qarşılaşmasından sonra daşınan sərnişinlərin sayını açıqlayıb

15:18 Bakı-Ağsu-Yevlax yolunda sürüşmə olub –Magistral yol çöküb



loading...
Maria Şarapova necə reklam dünyasının simasına çevrildi?

Maria Şarapova, bu yaxınlarda “Qarşısıalınmaz. Mənim həyatım” adlı avtobioqrafik kitabını ictiamiyyətə təqdim edib. Forbes bu kitabda rusiyalı tennis ustasının biznes karyerasında dair maraqlı təfərrüatlar tapmışdır.
Türkiyə parlamentinin üzvü Çavuşoğlunu İlqar Məmmədova dəstək verməyə çağırdı

Türkiyədə kürd partiyası HDP-dən olan millət vəkili (İzmir), Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Ertoğrul Kürkçü xarici işlər naziri Mövlud Çavuşoğluna məktub yazaraq onu Avropa Şurasının Nazirlər Komitəsində Azərbaycanda həbsdə olan REAL lideri İlqar Məmmədova dəstək verməyə çağırıb
Tia.az saytı 8 yaşında

Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 8 yaşı tamam olur.
“Turan“a qarşı vergi sanksiyası ləğv olundu

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016