Slavyan Universitetində növbəti qalmaqal AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ
 

İntim dildə yaza bilmək

Tarix 29.04.16, 8:40

Font ölçüsü : - / +
bitmap-img6

“Qarabağ Dekameronu” kitabından yol alan fikir yolçuluğu
İntim məntlər reklam işıqları kimidi, adama gəl-gəl deyir. Deyir, gəl, məni oxu! Özü də yaşa filana baxmır. Hər yaşda adamı şirnikləndirir. Hərəni bir cür.

Bax, elə o gün həkimə getmişdim. Gözləmə otağındakı masanın üstünə düzülmüş qlamur sağlamlıq jurnallarını vərəqləyirdim. Cürbəcür mövzuların içində göyçək bir seksopatoloq xanımın ona ünvanlanan suallara verdiyi cavablar diqqətimi çəkdi. Oxudum! Özü də rahatca, maraqla!

Ona görə rahat deyirəm ki, oxuduğumu büsbütün anladım. İsveç dilində ucdantutma hamısını dərk elədiyin mətnə hər saat rastlamırsan. Amma burda yazılanları başa düşdüm.

Maraqlı gələnsə, oxucuların belə açıq-saçıq – bizim dillə desək, “utanıb-qızarmadan” –  suallarına həkimin ətraflı, dib-dəhnəli cavabı idi. Ta sual nə idi, cavab necə oldu, bura yazası deyiləm. Yazılası deyil!

Adamların intim yazıları oxumaq həvəsi elə həyatın özünə olan maraqları kimidi. Gənc adamla yaşlının həyata baxışı fərqlidi, bilirsiniz. Biri hələ görmədiklərini görmək ehtirası ilə alışıb yanırsa, o biri gördüklərinə sönməkdə olan ocağın son işartılarına baxan kimi baxır.

1001 gece

Yadıma gəlir ki, orta məktəbdə oxuyanda sinif oğlanlarıyla “Min bir gecə”nın hansı cildində, neçənci səhifəsində “oxumalı” yerlərin olduğunu əzbər bilirdik. Bilməyənlərə də deyirdik, tapıb oxuyurdular. Ən “maraqlı” yerlərin biri, yaddaşım məni aldatmırsa, 132-ci səhifə idi, di gəl, cildi yadımdan çıxıb.

Covanni Bokkaççonun “Dekameron” kitabına universitetin birinci kursunda oxuyanda əmimin kitabları arasında rastladım. Xeyli vaxt oxumağa cürət eləmədim – ayıb bildiyimdən. Gecələr, hamı yatanda oxuyurdum. Deyim ki, müsəlman-sovet (!) tərbiyəsiylə böyümüş bir əyalət oğlanına necə təsir edə bilərdisə, mənə də elə təsir elədi. Yəni, belə şeyləri hətta yazmaq olarmış! Sizə qəribə gələr, doğrudan o vaxtın gəncləri utancaq idi.

***

Fikrim uzaqlara getdi, əslində Rasim Qaracanın “Qarabağ Dekameronu” adlandırdığı “On bir gecə” kitabını oxuyanda elədiyim qeydlərdən danışmaq istəyirəm. Sağ olsun, kitabı göndərdiyinə görə.

Bu, Rasim Qaracanın yaradıcılığıyla ilk tanışlığım idi. Kitaba həm də son on-on beş ildə meydana gələn “inkarçı” ədəbi qövmlə tanışlıq kimi baxırdım. Bir növ bu kitabdan o ədəbi mühitin qoxusunu almağa cəhd edirdim. Bir vaxtlar onun redaktorluğu ilə çıxmış “Alatoran” jurnalı, yaranmasında müstəsna rolu olan Azad Yazarlar Ocağının havasını duymaq istəyi oxu marağımı artırırdı.

Qaraca on bir gecə

Cəmiyyətin inqibator rəngli mənzərəsi nə ürəkaçan, nə də gözəyatan olur. Mən rəngarənglikdən yanayam. Elə qafalarda, zövqlərdə də. Ömrünün 17 ilini plüralist ideyaların yayılmasına sərf eləyən (elə bil təmtəraqlı çıxdı, “İnam” Plüralizm Mərkəzində işlədiyimi deyirəm) biri kimi istərdim, Azərbaycanda çoxlu yaradıcı birliklər olsun. Bir Yazıçılar Birliyi, yaxud Azad Yazarlar Ocağı  yox, on dənəsi olsun. İsveçdə yazıçı-şairlərin neçə birliyi var, sayını bilmərsən, çoxdu.

İstəyir nəsr yazanların öz birliyi olsun, şeir yazanlarınkı ayrı. Məsəl üçün deyirəm – detektiv yazarları öz gildiyasını qursun, sevgi romançıları öz klubunu. Bir şərtlə, ədəbiyyata mühit yaratsınlar. Bir-birini aşağılamağa sərf edəcəkləri vaxt və enerjini ədəbiyyat yazmağa yönəltsinlər.

Yeri gəldi, bunu da deyim – başımızı belə şeylərə qatdığımız arada gürcülər ədəbiyyatlarını dünya dillərinə çevirməyə, xarici ölkələrdə nəşr etdirməyə başlayıblar!

***

“On bir gecə”nin bədii yükü haqda ədəbiyyatçılar, ədəbi tənqidçilər xeyli yazıblar, internetdə gördüm. Mənsə oxuduğu kitablar yazmağa ipucu nəsə verəndə qeydlərindən yazı düzəldən biriyəm. Bu yazılara “həm də bir az kitabdan yazdım” desəm, daha düz olar. Çünki onun mövzusu ətrafında fırfıra kimi dolansam da yazıda aranı dağa, dağı düzə aparmağım çox olur.

Kəsə deyəsi olsam, belə deyərdim – Rasim Qaracanın “Qarabağ Dekameron”unda istər müharibə mövzusu, istərsə də “dekameronçuluq” yarımçıqdı. Hər halda mənə belə gəldi. “Dekameronluq” söhbət üçün səngər uğurlu yer seçilsə də, o söhbətlərin səngər adamları etdiyinə inana bilmədim. Mənə sovet filmlərində arxada qoyub gəldiyi sevgilisini sentimental duyğularla xatırlayan əsgər obrazlarını xatırlatdı.

…Müharibə ekstremal həyatdı. Burada emosiyalar gərilir. Adam tez-tez affekt duruma düşür. Şəhvət də insanın emosiya halıdı. Müharibədə, həbsxanada, əsgərlikdə kişilərin baş söhbəti qadındı – kişi qadından danışır, arzulayır! Hərbi xidmətdə olanlar xatırlayar, “əsgər dəftərlərinə” çəkilən, bədənə döyülən qadın rəsmlərini.

Tarix boyu müharibələrdə əldə olunan qənimətlər arasında qadın ən əhəmiyyətli yerdə olub. Döyüşən əsgərin beynindəki düşmənin əmlakından çox qadınıdı. Ölmək qorxusundan, stressdən yığılan mənfi enerjidən, vəhşi ehtirasdan qurtulmanın iki yolunu tanıyıb əsgər – qadın və şərab! Sovet əsgərlərinin Almaniyada, yaponların Çində milyonlarla qadını zorlaması tarixin hələ bizə yaxın dönəmində olanlardı.

…Qadınlarda isə fərqlidi, onlar ekstremal vəziyyətlərdə birinci qadınlıq duyğusunu itirirlər, “kişiləşirlər”. Qadınlıq duyğusu şüurun alt qatına keçir, gizlənir. Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” kitabında müharibəni xatırlayan qadınlar deyir bunu. Orada sanki qadının “qadınlığı” donur. Bu don bir xeyli sonra açılır, özü də tədricən – hissiyyat yavaş-yavaş qayıdır. Amma necə qayıdır? Hansı ehtirasla?

nabokov lolita

Çaylar nə vaxt daşır? Aylarla yığılıb qalaqlanan buzlaqların donu açılanda!

Donu açılan qadın ehtirası da belədi!

…Fikir quş kimidi, bilmirsən hansı budağa qonacaq – budur, huşum getdi 30 il əvvələ.

Tələbə vaxtı bir dəfə Ağdama atamın taksisində gedirdik. “Bir papiros çəkim, bəlkə bir klent də düşdü”, – deyib Azneft meydanında saxladı. Çox gözləmədik, hündürboy, cantaraq, sərtüzlü bir qadın atama yaxınlaşıb Yevlağa gedəcəyini dedi. Razılaşdılar. Qabaq qapını açıb mənim yerimdə əyləşdi. O vaxtlar adətən qadınlar arxada otururdular. Qəribəmə gəldi. Onun maşına minməsi ürəyimcə olmadı, üzü, baxışı, hərəkəti, səsi adama yad gəlirdi, elə bil qadın cildində kişiydi.

Yolboyu söhbət elədilər. Atam elə də söhbətcil deyildi, amma onunla həvəslə danışdı. Qadın həbsxanadan təzəcə çıxmışdı, evlərinə gedirdi. Anladığım qədər uzun türmə həyatı varmış. O, atamla çox şeydən danışdı. Amma biri yaddaşıma həkk olub – qadın məhbuslar tez-tez onları təhqir edən bir həbsxana nadzorunu zorlayıbmışlar.

decameron kitab

“Başımıza oyun açırdı, gecə növbəsində könlünə düşəni aparırdı. Hamı onun əlindən zara gəlmişdi. Bir gecə onu ələ keçirdik. Qızlar üstünə atılıb əlini, ayağını mələfəylə bağladılar, ağzına yaylıq tıxadılar… On beşəcən qadın ehtirasını söndürə bildi. O biri nadzorlar duyuq düşəndə artıq gec idi, o, ölmüşdü”.

Fikrimi tutub gətirim yazıya, boş buraxsam, allah bilir uçub haralara gedəcək.

Erotik əsərlərin gücü tək intim səhnələrin detallı təsvirində deyil. Həm də dilindədi. “Dekameron” ədəbi yox,  o dövr İtaliyasının jarqon dilində yazılıb. Cefri Çoserin “Kenterberi hekayələri”ndən tutmuş Vladimir Nabokovun “Lolita”sınacan yazılan əsərlərin özünəməxsus erotik dili var. Ta libertinizmin (cəmiyyətdə qəbul olunmuş əxlaq normalarının inkarı) ideoloqu Markiz de Sadın dilindən danışmıram heç.

Bizim dilimiz də bu mənada kasıb deyil. Vaqifdən üzübəri nə qədər aşıq-şairimizdən uğurlu nümunələr gətirmək olar. Şamxal Rüstəmin şifahi dilimizdə qalan şeirlərini xatırlayıram. Amma nəsrimizdə bu alınmır, mənə belə gəlir. Nəsə vulqar çıxır. Bəlkə də uğurlu əsərlərimiz var, mənim xəbərim yoxdu.

Maraqla gözləyirdim, görüm dilimizdə intim söhbət necə alınacaq. Olmadı! Rasim bəy də kitabı elə ədəbi dildə yazıb. Cavan, enerjili əsgərlər qadın haqda ehtirasla yox, sönük xatirə kimi danışırlar.

Onillərdi oxucu böhranı yaşayan cəmiyyətin mütailə vərdişlərini bərpa etməkdə kiçik həcmli maraqlı kitablar xüsusi rol oynayır. Bu baxımdan, kitabın lakonikliyi bəyəniləsidi. Amma bəzən elə səhnələr olur ki, orada “söz xəsisliyi”nə yer yoxdu. Oxucu tək oxumaqla kifayətlənmək yox, o səhnəni görmək, gördüyünü məhz özü yaşamaq istəyir.
de sade (2)

Kitabda çoxlu maraqlı hadisələr var, təəssüf, yarımçıq yazılıb. Məsələn, “Poxludərədə öpüşmə” hekayətində inəyin mazut gölməçəsində batması səhnəsi. Yaxud, “Yol azmış iki nəfərdə” yaşlı qadının təzəcə soyulmuş buğlanan inək dərisində basdırılması kimi. Tam subyektiv fikrimdi, bu yerlərin geniş təsvirini istərdim.

Elə təsvirlər də var ki, zövq alırsan. Məsələn, bunu “Fəxrinin hekayəti”ndən götürdüm, kitabın bəyəndiyim ən yaxşı yeri kimi işarələdim:

“Aylarca ağladım. Fermamız magistral yolun yaxınlığında idi. Yolun kənarındakı qoç heykəlinin üstündə oturub gəlib keçən maşınlara baxırdım. Gecə gec saatlara qədər buradaca oturub qalardım. Uzaqdan bir işıq görünər, yavaş-yavaş yaxınlaşar, gurultu salaraq yanımdan ötüb keçər, gözdən itincəyə qədər arxasınca baxardım. Boş məşğuliyyət idi, ancaq maraqlıydı. Həyatın özü kimiydi bu əyləncə. Bir ümid kimi üfiqdə işıq doğar, yanına gələr və sonra yoxa çıxardı. Yeni bir işığın doğmasına qədər dəqiqələrcə gözləyərdin”.

Əsərin həcmi, mövzusu elə də önəmli deyil, təki sözün birbaşa mənasında Əsər olsun!

Mənimçün isə əsas şərtlərdən biri onun dilidi, yaxşı əsərin həm də çəkici təhkiyəsi olmalıdı – kişini başdan eləyən şirin qadın dili kimi. Belədə sehrə düşüb gedəcəksən, heç bilməyəcəksən hansı dildə yazılıb.

Şirindil ədəbiyyat sorağıyla…

Vahid Qazi



Xəbərin oxunma sayı : 25

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

16 YANVAR 2017

14:54 Rəfael Cəbrayılovla Eldar Mahmudovun biznes sirləri

14:37 Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri

15 YANVAR 2017

14:25 Bütün kəndin kişiləri əqli qüsurlu qadına təcavüz etdi - ŞOK HADİSƏ

13:26 Azərbaycanlı qızın videosu rekord qırır

13:22 Şəhid Fikrət Bəşirov harda dəfn olunacaq?

12:27 Kamran Ağayev Portuqaliyada dala saldı - FOTO/VİDEO

11:58 Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

11:30 Cəbhədən acı xəbər gəldi: Şəhidimiz var

11:00 Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı

14 YANVAR 2017

16:02 Ramil Usubov 2 rəisi işdən çıxartdı

14:43 İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

13:35 Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat: həbs olunanlar var

12:43 Bakıda vəzifəli şəxs özünü niyə asdı? - TƏFƏRRÜAT

11:37 Supermarketdə təcavüz ŞOKU - Sahibkar qadın işçisini zorladı

11:03 Nokia 8-in ilk görüntüsü sızdırılıb - VİDEO

10:30 Azərbaycanda yol terroru: 6 ölü, 19 yaralı

10:05 Əqli-qüsurlu kişi ilə dəfələrlə əlaqədə olan çilingər... - Mingəçevirdə dəhşət

13 YANVAR 2017

20:23 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

14:59 “Eldar Mahmudovla danışmışam, dedi ki,...”

13:52 İlham Əliyevin məqaləsinin TAM MƏTNİ

13:40 Bakıda supermarket müştəriləri necə aldadır? - FOTOFAKT

13:30 Məktəb direktorunun səs yazısı yayıldı - “Gəl yanıma...”

12:36 General əmlak tələb edir, azadlıq vəd edir - İş adamının vəkilindən Prezidentə müraciət

12:28 “Aİ-92“ markalı benzinin qiyməti qalxacaqmı? - DİQQƏT

12:14 Məşhur aparıcı “Lider“dən getdi

12:00 Bakıda toydan çıxan tanınmış müğənnilərin pulları əllərindən alındı

11:00 Azərbaycanda benzin bahalaşdı

12 YANVAR 2017

20:08 DİN Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırdı

18:56 Prezident sərəncam imzaladı: vergi borcları üzrə faizlər silinir

16:57 “Bunu direktor xoşlayırdı və dəfələrlə ərimə...“ - Seks qalmaqalının qurbanı olan xanım müəllim

16:47 “Ərim məni vururdu, fiziki təcavüz...” - Azərbaycanlı müğənni

16:39 Bu raket İrəvanı yerlə yeksan edə bilər - Dağıdıcı silahlarımız

16:30 Daha bir türk klubu “Qarabağ“ın futbolçusuna elçi düşdü

15:38 Pensiyalar niyə gecikdirilir? - Rəsmi açıqlama

14:01 “Avropa haradır?“ -Orxan Pamukun essesi

13:48 Prokuror vitse-admiral Sultanova ağır cəza tələb etdi

13:32 Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR

12:27 “Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi“ - Məktəb direktoru

12:20 Nazir müavini təyin edilən Mətin Eynullayev kimdir?

12:15 Sami Yusif Bakıya gəlir

11:25 Prezident yeni nazir müavini təyin etdi

10:44 Slavyan Universitetində növbəti qalmaqal

10:35 Bakıda yol faciəsi: 3 nəfər maşının altında qalıb öldü

10:25 Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı

9:30 Mario Varqas Lyosa: Romanlar yalan danışır

9:20 “Taliban” girovların görüntülərini yaydı - VİDEO

9:17 Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

11 YANVAR 2017

21:48 İlham Əliyev hansı oliqarxları və niyə hədələdi?

21:37 Türkiyədə çevriliş baş tutsaydı Ərdoğanın yerinə bu şəxs gələcəkdi - İDDİA

21:28 Mehriban Əliyeva dövlət katibi ilə görüşüb

21:15 Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA

19:34 Şəmkirdə direktorla müəllimə arasında seks videosu QALMAQALI

18:25 Vüsal Kərimli vəzifəsindən qovulur - BNA fiaskosundan sonra...

18:10 Banklara “yaşıl işıq“ - ŞAD XƏBƏR

16:06 Prezident yeni hərbi texnikalarla tanış oldu - FOTO

15:40 AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı

15:30 “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir” - DİN

13:53 İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti

13:44 Daha bir generala cinayət işi açılıb

13:18 “Bizə ən böyük zərbəni bank sektoru vurdu“ - Prezident

12:46 Telekanallar Flora Kərimovaya qadağa qoyub

11:37 Lənkəranda bacısı öldürüb dənizə atdığını deyən qardaş azadlıqda

11:27 Neftçalada pambıq reketi - İcra başçısı sahibkarlara divan tutur

10:40 Mübariz Mənsimov 35 tanker aldı

9:55 Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!

9:50 Maşın bazarında vəziyyət necədir?

9:17 “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” - İlham Əliyev

9:01 Bakıda nəvəsini öldürən baba: “Məni söydüyü üçün onu boğdum”

10 YANVAR 2017

20:08 “İkinci toyumu Bakıda edəcəyəm“ - MÜSAHİBƏ

19:47 Dollar 1.89-a manat oldu - Azərbaycanda

19:45 Əli İnsanovla bağlı qərar verildi

19:31 Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ

19:15 Çavuşoğlu çevriliş gecəsi Kəmaləddin Heydərova niyə zəng edib?

19:00 Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?

16:32 Beynəlxalq Banka yeni rəhbər seçildi

16:20 69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF

15:18 “Maaş və pensiyalar yenə də artmalıdır“ - Prezident

15:11 Kəskin soyuqlar Azərbaycana gəlir - XƏBƏRDARLIQ!

14:49 “Böhrandan çıxış yolu tapılıb“ - İlham Əliyev

14:07 ANS-in keçmiş aparıcısının əri ilə özəl videosu yayıldı

14:00 Nurayı ağladan məhkəmə icraçıları haqda araşdırma başladı

13:31 Bir neçə illik borclar da yeni tariflə ödəniləcək - “Azəriqaz”dan Yeni İl “sürprizi”

13:00 İlham Əliyev nazirləri topladı

10:48 Lotu Quli Bakıdakı atışmadan danışdı

10:31 Tramp qələbə qazandı, azərbaycanlı milyarder 1,8 milyard varlandı

10:23 Bu gün Beynəlxalq Banka yeni rəhbər təyin olunacaq

9:53 Bakıda müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib

09 YANVAR 2017

15:45 Rüstəm Usubovdan ANS-lə bağlı danışdı

15:30 “İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür“ - Azərbaycanlı müğənni

15:08 Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - VİDEO

15:03 “Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı

14:34 Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA

13:53 Bakı və Moskva arasında GİZLİ SAZİŞ

13:23 “Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin!” - Ekspert

13:11 “Dağıstanda kimi tapdılar, gətirib millidə oynadırlar“ - MÜSAHİBƏ

12:52 Azərbaycanlı milyarder Türkiyəni ayağa qaldırdı

12:37 Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

12:18 Kriminal qruplaşmalar arasında atışma oldu - Bakıda

12:00 Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub - FOTOFAKT

08 YANVAR 2017

14:47 Sərxoş Lisa yenə özünü rüsvay etdi - FOTO

14:30 “Bəlkə Tramp Rusiyanın casusudur?”

12:42 Baş nazir “offşor“lara qadağa qoydu

12:24 Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTOLAR

12:18 Millət vəkili və komitənin sədr müavini Nurayla görüşdü

11:43 Naxçıvanın 2017-ci il dövlət büdcəsi təsdiq edilib

11:38 Azərbaycanlı müğənni mikroinfarkt keçirdi - FOTO

11:24 Qənirə Paşayevaya yeni vəzifəyə verildi

11:10 Prezidentin qızı 113 dollarlıq libas geyindi - FOTOLAR

07 YANVAR 2017

17:21 “Qarabağ məsələsində artıq məğlub olmuşuq” - Sarkisyan

17:06 Nurayın atası danışdı: “Uşaq məndən imtina etdi“

17:00 Bakı-Şamaxı yolunda təhlükə

15:50 Nurayın doğma atası Əvəz Bayramov doğum evinin həkimi imiş

14:48 “Atamı ilk dəfə məhkəmədə gördüm” - 10 yaşlı Nuray danışdı

14:09 Həbsxanada dəhşət: məhbusların başları kəsildi - FOTO

13:43 Məşhur şirkətin sahibinin erməni ilə biznes əlaqəsi - Mahmudovun imzası ilə araşdırılıb

13:12 10 yaşlı Nurayı yerdə sürüyən icraçılarla bağlı qərar verildi - VİDEO

13:00 Azərbaycanlı qadın avtobusda zorlandı

12:03 10 yaşlı Nurayı ağladan icra məmuru DANIŞDI

11:52 “Lənkəranskiyə atəş açanlar arasında İŞİD-çi olub”

11:41 “Nurayın atası dedi ki, arvadımla qızımı buraxın kanalizasiyaya”



loading...
8 yaşında varlandı, heç vaxt evlənmədi - Milyonçu mason üzvünün qəribə həyatı

O, dünyaca məşhur çay brendinin yaradıcısıdır. 8 yaşından işləməyə başlayıb. Amerikanın müxtəlif ştatlarında ən qara işlərdə işləyib. 25 yaşında iş adamına, 35 yaşında böyük bir markanın sahibinə çevrilib. Söhbət Tomas Liptondan gedir.
Rusiya səfirini öldürən polislə bağlı maraqlı faktlar


Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb.
Məşhur aparıcı “Lider“dən getdi
"Lider TV"nin məşhur aparıcısı kanalla vidalaşıb.
Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA
Millət vəkili Qənirə Paşayevanın Azərbaycan televiziyaları haqda sosial şəbəkələrdə fikirlərinə televiziya kanallarından münasibət bildirilib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016