“Bizim nəsildə narkotikin nə olduğunu bilmirlər. Novruz nəinki narkotik, heç spirtli içki də qəbul etmirdi”
Axşam.az-ın məlumatına görə, bunu AzVision.az-a açıqlamasında Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib.
Onun sözlərinə görə, Novruzun Miryusifi evdə qətlə yetirməsi yalan məlumatdır. Hazırda saxlanılan qardaşının isə hadisələrdən xəbəri olmayıb.
"Elçin 3 gündür ki, polis idarəsindədir. O, atamgil ilə bir yerdə yaşayır və onu bu işdən xəbəri ola bilər deyə saxlayıblar. Deyirlər ki, hadisə evimizdə baş verib, yalandır. Mümkün olmayan bir şeydir. Nə olubsa, evdən qıraqda olub. Bundan mənim qardaşım Elçinin xəbəri yoxdur. Elçin zəhmətkeş adamdır. Gündüz çöldə qoyunları otarıb, axşam da gəlib evdə yatıb. Onlarla birgə gəzib dolanmırdı ki, Novruzgilin çöldə kimlər ilə haqq-hesablarının olduğunu bilsin. Qardaşım onlar evə gələndə də, gedəndə də yatılı olub. Hadisəni sabah bilib.
Narkotik qəbul etdikləri də yalandır. Novruzun yerinə and içərəm. Son vaxtlar spirtli içki də içmirdi. Gözümün şahidiyəm. Pivə nədir, onu da içmədi. Bizim nəslimizdə, kökümüzdə narkotikin nə olduğunu heç bilmirlər. Miryusifgil seyiddir. Polislər də bizə narkotiklə bağlı heç nə deməyiblər”.
MilliYol.Az
Digər xəbərlər
loading...