“Kontakt Home“ mağazalar şəbəkəsi müştəriləri necə aldadır? Xocavənd DSMF-nin müdiri “rüşvəti salam əvəzinə alır”.. Beyləqanın icra başçısı meydan sulayır... - Qarşısına çıxanı əzir... dağıdır... Xocavənddə Məmmədovların “musiqi bazarı“
 

“Normal qadın içkili vəziyyətdə klubdan çıxmaz...” - MÜSAHİBƏ

Tarix 15.11.16, 16:28

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan millisinin və Portuqaliyanın “Boavişta” klubunun qapıçısı Kamran Ağayevin “Qafqazinfo”ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik.



- Sizi Azərbaycanın ən maraqlı, məzəli futbolçusu kimi tanıyırıq. Adama elə gəlir Kamran olan yerdə ancaq gülüş var.
- Yox, elə deyil. Yəni hər yerdə gülmək, “hi, ha” etmək olmaz. Bu mümkün deyil. Hər zaman gülmürəm. Ailəmdə fərqli oluram. Düzdür, onlarla da zarafat edirəm. Amma hər şeyin həddi var. Elə yerlər var ki, çox ciddi olmalıyam. Razıyam ki, mənim günüm zarafatla keçir. Hər kəsə maraqlı gəlirəm və özümü də maraqlı insan sayıram. Heç kimin xətrinə dəyən nəsə etmərəm. Aciz biri də deyiləm. Yeri gələndə çox ciddi hərəkət edirəm və arxasında da dururam. Hər adamla zarafat edə bilərəm. Məhləllədə də bunu bilirlər, millidə də, artıq “Boavişta”da da...

- Adətən çox zararatcıl insanların gülən üzünün arxasında ya ciddilik, ya da böyük kədər gizlənir. Sizdə necədir vəziyyət?
- Tək böyüyən adamam. Kədər hər insanda var. Qəm çəkmək, xəyallara dalmaq hamıda olur. Hər kəs öz dərdini böyük sayır bəlkə də. Lakin bəzən baxırsan ətrafına və görürsən ki, dərdi dağlar qədər olan insanlar var. Onda mənimki heç nədir deyib şükür edirsən. Dərdsiz adam yoxdur. Amma onlara bağlanıb yaşamaq lazım deyil. Bu barədə çox düşünmürəm, Allah sevgisi mənə bəs edir.

- Portuqaliyadakı ilk oyununda uğursuz çıxış etdiniz. Amma sonradan əsas qapıçıya çevrildiniz...
- Heç kəs heç nədən sığortalanmayıb. Bunu həmin vaxt səhv edəndə də demişdim. Futbolda belə şeylər qaçılmazdır. Bəlkə də sabah Portuqaliyaya qayıtdıqdan sonra oyunum heç alınmayacaq və yeni səhvlər edəcəm.

- Elə bu yaxınlarda oyunların birində qələbəni azarkeşlərlə çılğın şəkildə qeyd etdiniz. Həmin görüntülər Azərbaycanda müzakirə mövzusu oldu...
- Onlar ani baş verən şeylərdir. Hisslərə qapılıb edirsən. Təki qələbələr olsun. Qalib gəldikcə insan daha çox sevinir. Qələbəni də ürəkdən qeyd etmək istəyirsən.

- Portuqaliyada yaşamaq çətin deyil ki?
- Bu barədə danışmaq özü də çətindir. Çünki vətən başqadır. Sən doğma torpaqda hiss etdiyin kimi özünü heç yerdə yaxşı hiss edə bilməzsən. Doğmaların, qohum-əqrabanın yanında insan başqa cür yaşayır, üzülmür, darıxmır.

- Darıxırsız?
- Bəli, darıxıram. Çətinlik çəkmirəm, çünki çətinliyə öyrəşmişəm. Düzdür, arxamca ağlayanım yoxdur. Amma vətəni heç nəyə dəyişmək olmur. Nə qədər yaxşı ölkədə də yaşasan da, doğulduğun yerin həsrətini çəkirsən.

- Bəs, dil problemini necə həll edirsiz? Portuqal dilini öyrənirsiz?
- İngilis dilində danışmağa çalışıram. Düzdür, Portuqaliyada ingilis dilini az adam bilir. Yerli dildən bəzi sözləri öyrənmişəm. Loru dildə izah edim: “ovçarka itlər kimi başa düşürəm, danışa bilmirəm”.

- Yaxın dostunuz Ruslan Əmircanov da demişdi ki, Kamran Ağayev ingilis dilində danışa bilsə “qulağımı kəsərəm”...
- Ruslan çoban itidir ki, qulağı kəsilsin? (gülür). Doğrudan, Ruslanın qulağının biri qalxır, biri qalxmır. Kəsmək olar. İkisi də eyni cür olsun. Təbii ki, mən qrammatika ilə ingiliscə danışa bilmərəm. Ruslan qrammatikanı yaxşı bilir. Amma öz bildiyim kimi başa salıram. Düzdür, ingilisin özü ilə danışanda elə söz deyir ki, anlamıram. Gözlərimi döyürəm. Əmircanov özü türk dilini bilmir. Buna görə onu qınamıram. Ümumiyyətlə, son zamanlar o ustadının (özünü nəzərdə tutur) üzünə ağ olur.

- Yeri gəlmişkən, Ruslan müsahibəsində sizinlə bağlı “Qadın şubası” zarafatı maraqla qarşılanmışdı. Məsələni şişirtmişdi, yoxsa həqiqətən elə idi?
- Yox, şişirtməyib. Mənim iki eyni şubam var. Biri kəsilmişdi, digəri isə yox. Birlikdə toya getmişdik. Adam çox idi və qarderobda yer az qalmışdı. Şubaları bir-birinin üstünə asmışdılar. Toydan çıxanda gördüm ki, bir xala mənimkini geyinib gedirdi. Qaçıb saxladım və bildirdim ki, səhv şubanı geyinmisiniz. İndi xalaya deyirəm ki, gözlə gedim sizin şubanızı gətirim. Mən qarderoba tərəf gedirəm, xala da aradan çıxmaq istəyir. Nəsə birtəhər məsələni yoluna qoyduq. Ruslan da bu məqamda xalaya deyir ki, bu qadın şubasıdır, sizi qınamıram.

Sizə bir şey danışım. Dostumuz Nakim var. Özünə cırıq-cırıq cins almışdı. Aparıb evə ki, nənəsi yusun. Nənə də yuyandan sonra görüb ki, hər yerində cırıq var. Başlayıb şalvarı tikməyə.

- Ruslanla maraqlı əhvalatlarınız çoxdur?
- Onunla başımıza o qədər hadisələr gəlib ki... Hansını deyim? Gələn kimi onunla görüşdüm. Dünən də, bu gün də bir yerdə idik. Birlikdə böyümüşük, 20 ildir ki, bir-birimizi tanıyırıq. Bir qabda yemək yeyib, eyni paltarları geyinən adamlarıq. Çörəyimiz, suyumuz bir olub.

Bir dəfə Saşa Yunisoğlunun toyu olmalı idi. Məşq edirdim. Ruslan da zəng etdi ki, gəl, toya gedək. Dedim ki, toy sabahdır, az zəng elə. Çox dedi ki, bu gündür, gəl gedək. Mən də hazırlaşdım getdik. Maşını dayanacaqda saxladıq və söhbət edə-edə yuxarı qalxdıq. Girdik içəri. Bizi qarşıladılar və apardılar stola. Baxdım ki, stolda heç kimi tanımıram. Amma hamı mənimlə salamlaşır. Məşqdən də çıxmışdım, çox ac idim. Oturan kimi çörəyi əlimlə böldüm və başlayırdım ki, yeməyə. Ruslan böyrümdən vurdu ki, bir bəyə bax. Gördüm Saşa deyil. Dedim ki, “yandırma”, yavaş-yavaş aradan çıxaq.

- Ruslan deyir ki, Kamran Portuqaliyadan gecə saat 3-də səs yazısı ilə qafiyə açıb Vatsapda mesaj göndərir...
- Bizim münasibətimiz hər kəsdən fərqlidir. Çox zarafat edirik. Hə, düz deyir belə şey olub. Qafiyə də belə idi:

“İndi salam Portuqaliyadandır
Həmin adam Portuqaliyadandır”.

Tam yadımda qalmasa da, Ruslan da belə bir şey göndərmişdi:

Yeyirsən balıq dəniz okean qırağında 
Kürü də vardır qabağında
Bizə də gətir 300 qram Portuqaliyadandır

Mən də bu cür cavab verdim:

Bizim ikra əladır çıxıb imtahandan
Burda guya ikra var başlamısan yalandan
Qoz-fındıq Azərbaycana gəlir İrandan
Püstə-badam Portuqaliyadandır.

Bir-iki dənə dedik. Sonra başladı ki, “ayə, saat bax sonra səs göndər”. Portuqaliyada saat 11 olanda burda gecə 3 olur. Mən də yatanda bekarçılıqdan səs atıram. Ruslan da 3 gün sonra cavab yazır. Onunla maraqlı şeylər o qədərdir ki... Ümumiyyətlə, futbolçularla münasibətimiz əladır. Onlar hər zaman ya bura (öz məkanını nəzərdə tutur) gəlirlər, ya da Mirhüseyn Seyidovun yanına gedirlər. Bura gəlirlər və deyib-gülür. Kənar adam olmur.

- Qadını döydüyün barədə çıxan söz-söhbətlər nə dərəcədə doğru idi? Düzü, inanmaq çətin idi ki, Kamran kimi mülayim adam belə bir iş görsün.
- Mən o qadına əl qaldırmamışdım. Sadəcə burda olanda özünü apara bilməmişdi. Lazım olanlar da onu “saçlayıb” atmışdılar çölə. O da jurnalistə ağzına gələni danışmışdı. Heç təlim-məşq toplanışı vaxtı da hadisə baş verməmişdi. Hamı şişirtdi məsələni. Mənə görə normal xanım saat 11-də içkili vəziyyətdə klubdan çıxmaz. Xanım ola bilər ki, həmin an küçədə olsun. Qohumunun evindən, ailəsi ilə restorandan gələ bilər. Amma bunun kimi yox. İçib söyüş söymək olmaz. Mən bu məkanın sahibi olsam da, icarəyə vermişəm. İcazə ilə gəlib otururam. Xoşuma gəlməyən nəsə olanda əmioğlum məndən qabaq həll edir. Kimsə artıq-əskik danışanda o “saçlayıb” atır küçəyə. O xanım da hadisədən sonra deyib ki, gör sizi nə edəcəm? Hər şeyi jurnalistə danışıb. Burda kameralar var. Əgər lazım olsa, hüquq-mühafizə orqanları da gəlib baxa bilərlər. Yəni xanım gedib polisə desəydi, gəlib baxacaqdılar. Ona görə də hamısı yalan idi.

Haqqımda qərəzli çox yazırlar. Mən də Azərbaycan vətəndaşıyam, jurnalistlərin də qardaşıyam. Sabah müharibə olsa, gedib eyni səngərdə döyüşəcəyik. Məni xalqın gözündən salmaq istəyirlər. Amma alınmır. “Qəbələ”də oynayanda avtobusda gəlirdik və gənc bir komanda yoldaşım yanımda oturmuşdu. Jurnalistlərdən biri zəng etdi ki, filan qədər pul ver, səni reklam edim. Aldım telefonu cavabını verdim. Həmin o komanda yodaşım da dedi ki, bunun ““başı qaçıb”, jurnalist adama belə söz deyər?”. O dönəmdən sonra həmin adam mənim haqqımda qərəzli yazır. Mən ideal adam deyiləm və səhvlərim var. Xarakterim bir az çətindir. Özümdən tez çıxıram, tez əsəbiləşirəm. Ola bilər ki, hansısa qadını vurum. Elə söz deyərlər ki, çarəm qalmaz. Bir dəfə hansısa qadına əl qaldırmışam. Çoxdan olub. Bərk döyməmişəm, sadəcə itələmişəm. O da məni pis təhqir etdi. Haqqımda yazdılar, danışdılar.

Mən bir ara büdrəmişdim, amma yıxılmamışdım. Karyeramda bir az eniş oldu, zədə aldım. Hər şey keçdi. Bir gün idman həyatı bitəcək və mən də adi bir insan olacam. Mən 90 dəqiqə qapıçıyam. Ondan sonra hər kəslə eyni adamam.

- Ümumiyyətlə, qarşı cinsə münasibətiniz necədir? Üstəgəl, subaysız.
- Qadınlara inamım yoxdur. Heç vaxt da kimisə sevməmişəm. Amma vurulmaq hər kəsin həyatında olan hadisədir. Kişi üçün ən böyük zərbələrdən biri odur ki, vurulduğun qadın pozğun, əxlaqsız ola. Hər halda anladın nə demək istəyirəm. “Təhminə və Zaur” filmindəki kimi. İnsan layiq olan adamı sevməlidir. Məncə, heç kim pozğunu, fahişəni sevməz. Düzdür, sevmək olar amma qarşı tərəf də səni sevsin. Mənə görə isə pozğun qadın heç vaxt sevə bilməz. Sevsəydi, pozğun olmazdı. Kişini kişi edən arvadıdır. Ailə qurmaq məsuliyyətdir. Nə vaxtsa qismət olsa, evlənəcəm. Xanımlara qətiyyən inamım yoxdur, onlar çox şablondurlar. Düzdür, hamıya aid eləmirəm. Səhvsiz, eyibsiz insan yoxdur. Bir qadını sevəndə də hər hansı bir şeyinə göz yummalısan. Biri gözəlliyi olmamasına göz yumur, biri danışığına, biri hərəkətinə... Qadın da kişiyə göz yummalıdır. Hələ ki, nəyinəsə göz yumacağım qadın yoxdur. Bayaq ipucu verdim. Vurulduğun adamın pozğun olması çox pisdir.

- Portuqaliyada yaşayırsınız və qarşınıza ürəyinizə yatacaq, vurulacağınız bir xanım çıxsa, evlənərsiz? Yəni əcnəbi qadınla.
- Həyat insanı hər şeyə məcbur edə bilər. Dünyanın demək olar ki, çox ölkəsində olmuşam. İndiyə qədər olduğum heç bir ölkədə əylənmək üçün belə qadınlara yaxınlaşmamışam. Hətta əylənmək üçün də Azərbaycan xanımını seçirəm. Mən subay adamam və xanımlar olur həyatımda. Amma azərbaycanlılar. Mənim vətənim qadınları mənim üçün hamıdan öndədir. Ən pis Azərbaycan qadınını xaricilərin ən yaxşısına dəyişmərəm. Amma dediyim kimi Portuqaliyada qarşıma elə xanım çıxar ki, vurularam, sevərəm. Orda gözəl qadınlar çoxdur və bunu danmaq olmaz.

- Evdəkilər nə deyir bu fikirlərinizə?
- Atamla dostam. O qədər səmimiyik ki, bəzən atamla danışanda elə bilirlər oğlumla danışıram. Onunla nəfəs alıram. Nə qazanmışamsa, onun sayəsindədir. O, hər şeyimdir. 9 yaşından sonra ondan ayrı böyüsəm də, dayağım olub hər zaman. İdmandan küsdüyüm vaxtlarımda yanımda olub və başa salıb hər şeyi. Bu yaxınlarda qəza törətmişdi. Gördüm ki, çox pis olub. Səbəbini soruşanda “heyif maşından” dedi. Dedim ki, narahat olma, daha yaxşısını alarıq. Allaha çox şükür ki, onun qarşısında mən heç zaman başıaşağı olmamışam. Arxamca polis bölməsinə, xəstəxana qapısına gəlməyib. Elə əziyyət çəkməyib. Onu sevindirməyə çalışıram. Bir dənə evlənmədiyimə görə danlayır. Amma ata desə belə, evlilik asan məsələ deyil. Qismət olsa, evlənəcəm, olmasa da, məcbur edən deyiləm. Evlənmək adı ilə ailə həyatı qurmaqdansa, heç olmasın.

- Portuqaliyada nə yeyib-içirsiz?
- Daha çox balıq yeyirəm. Əksər yeməklərdə donuz əti olduğu üçün ehtiyat edirəm. Dana əti tapıb “Bismillahla” yeyirik. Onların yeməklərini də dadırıq arada.

- Meyxananı orada tanıda bilmisiz?
- Bilirlər nədir. Komanda yoldaşlarımın xəbəri var. Arada mənə deyirlər ki, ingiliscə meyxana de. Cavab verirəm ki, öz dilimizdə güclə deyirəm, ingiliscə necə deyim?

- İdmançıların adının “razborka”larda hallanmasına necə baxırsız?
- İdmançı o insanlara deyilir ki, ölkəmizin bayrağını qaldırır. Hər çiyninə çanta atıb məşqə gedən idmançı deyil. Ona xalq qiymət verir. Qolun gücündən şəhərdə istifadə etmək düzgün deyil. Gücü idmana sərf eləmək lazımdır. Dava etmək itə yaraşar. Ona görə də sakit davranmaq lazımdır. Kiminləsə dava etmək olar. Amma artıq son həddə olanda. Hər gün durub “razborka”ya getmək, dava etmək o deməkdir ki, insanda problem var. Quduz itlər hücum edir kiməsə. Hər qoldan qüvvətli də idmançı deyil.

- Bir az da millidən danışaq. Son oyunlardakı yaxşı nəticəni gözləyirdiniz?
- Yığma komanda haqqında ancaq orada olanda danışmaq istəyərəm. Milli komandanın formasını geyindinsə, başqa şey haqqında düşünmürsən. Adam ana-bacısın qeyrət sayırsa, vətənin də, torpağın da qeyrət saymalıdır. Hörmət eləmək lazımdır. Hər kəs öz evi kimi vətəninə də cavabdehdir. Vətənin hər qarışına qurban. 20 ildir ki, idmanla məşğulam və heç vaxt Azərbaycan üçün nəsə etdiyimi deməmişəm. Milli komandada oldunsa, var gücünlə oynamalısan. Əlindən gələni etmək lazımdır. Kiməsə baxıb düşünmək lazım deyil. Məsələn, çox eşitmişəm ki, deyirlər filankəsin oğlu əsgər getməsi sən də getmə. Əgər biri yaxşı oynamırsa, mən də pis olmalıyam. Yox, mümkün deyil. Hər insan özünə cavabdehdir. Müharibə əmri verilsə, mən ora da gedərəm. Güllə ata bilməsəm də, güllə daşıyaram, avtomat silərəm.

- Bu qədər klub dəyişmisiz. Ən unudulmazı hansıdır?
- Xoş anlar həmişə tez unudulur. Əziyyətli günlər isə çox yadda qalır. Belə bir məsəl var:

Sağalır xəncər yarası
Sağalmır söz yarası

Ardını da özüm deyim
Gedir ağı-qarası
Var Kamranın macərası
Bir nəfərlə dəyib arası

Elə şeylər var ki, unudulmur. Şəxsiyyətsiz insanlar qarşımı kəsmək istədilər. Düşündülər ki, mane olsunlar. Amma alınmadı. Mən futbolla yaşayan adam deyiləm. İdmanı sevirəm, amma mənim üçün ailəmdən vacib deyil. Nə vaxtsa lazım olsa, ailəmə görə futbolu ataram. Madrid “Real”ında oynasam belə...

MilliYol.Az



Xəbərin oxunma sayı : 754

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

26 MAY 2018

22:00 Qısa ətək geymək qadağan olundu

21:46 Nazir sosial müdafiə sistemində şəffaflığı təmin etməyi tapşırdı

21:13 İlham Əliyev efiopiyalı həmkarını təbrik edib

20:59 Azərbaycan içki ixracını iki dəfə azaltdı

20:35 Makrondan İlham Əliyevə təbrik

20:10 Fransada atışma: ölənlər var

19:55 National Geographic: “Azərbaycan təəccübləndirməyə qadirdir”

19:36 Gürcüstanda müstəqillik günü qeyd olunur

19:19 Yəməndə milli barışıq elan edilir

19:03 Ərdoğan: “Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək”

18:43 Paşinyan kütləvi həbslərə başladı

18:22 “Prezident yeni xidməti məhz buna görə yaratdı”

18:06 “ABŞ bazalarına ilk zərbəni biz endirməyəcəyik”

17:58 İsveçrə millisinin ilkin heyəti açıqlandı

17:39 “Beşiktaş”dan ilk transfer

17:15 1 gündə 21 borclu şəxs tutuldu

17:00 Şirvanda 62 yaşlı qadın itkin düşüb

16:49 Türkiyədə tələbələrin avtobusu yandı: 14 yaralı

16:21 Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub

16:08 Qusarda traktor kanala aşdı: 1 ölü

15:47 Finlandiya prezidentindən təbrik

15:24 Zəncirvari qəzada 19 nəfər öldü

15:11 Astarada evdən 25 min oğurlanıb

14:59 83 yaşlı qadın intihara cəhd edib

14:41 Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

14:28 “Məcburi köçkünlərin 12 faizi yoxsuldur” – Dövlət Komitəsi

14:10 Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

13:42 Qəzalı obyektlərdə yaşayan köçkünlərlə bağlı rəy – “Dərhal köçürülməli…”

13:30 AXCP rəhbərliyindən daha 3 nəfər həbs olunub

13:15 Ölən “bomj”un arxasınca son model “Audi”də gəliblər – Bakıda qəribə hadisə

12:51 Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

12:39 İmperator II Nikolayın varisi Krım körpüsündən keçəcək

12:27 İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir

12:10 Tramp Bakıdan donos yazan diplomata vəzifə verir

11:57 Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb

11:40 Neft ucuzlaşıb

11:29 Tramp fikrini dəyişdi: 12 iyunda görüş baş tuta bilər

11:18 Ərdoğan Qarabağ məsələsini Seçki Bəyannəməsinə daxil etdi

11:13 Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

10:51 Yük maşını aşıb – İki nəfər ölüb

10:30 “Ərdoğan təzyiqlərə baxmayaraq güzəştə getməyəcək” - Putin

10:12 Cəbhədə son vəziyyət

10:00 Bu gün Çempionlar Liqasının final matçı keçiriləcək

25 MAY 2018

21:00 ABŞ prezidenti Kim Çen Inı tərfilədi: “İstiqanlı və produktiv...”

20:52 Pakistan Türkiyədən 30 hərbi vertolyot alacaq

20:40 Çin-ABŞ ticarət savaşı bitdi: Asiya nəhəngi qalib gəldi

20:26 ABŞ İranın mülki aviaşirkətlərinə sanksiya tətbiq etdi

20:10 Ermənistan prezidenti Gürcüstana getdi

20:00 Bakı çimərliklərində yoxlamalar başladı

19:44 “Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

19:20 Akif Çovdarov məhkəmədən bəraət istəyib –“MTN işi”

19:08 Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

19:00 Deputata “Xalq yazıçısı” adı verilib

18:50 “Türk şahinləri” yenidən Bakı səmasında qayıdır

18:29 “ASAN xidmət” və “ASAN Kommunal” 1 gün işləməyəcək – Açıqlama

18:10 “Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər”

17:55 Azərbaycanda doğulmuş erməni Bakıya səfər edib

17:47 Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq

17:42 Sahil Babayev məşğulluq orqanlarının fəaliyyətini tənqid edib

17:38 “LUKOİL“ Ümid və Babək yataqlarının işlənilməsi ilə bağlı SOCAR-la danışıqlar aparır

17:33 Ukraynadan sərt sözlər: “Putin, cəzalanacaq“

17:27 "Arif Alışanovu öldürmək üçün mənə 600 min manat təklif etdilər"

17:22 Vitse-prezidentlərlə bağlı qanuna dəyişiklik edilir

17:17 ABŞ-Rusiya-Çin üçbucağında Dehlinin yeri

17:13 İran hərbi bazasına yeni raket zərbələri

17:09 “Malayziya təyyarəsini Rusiya vurub” – NATO

17:05 “İran nüvə sazişinin şərtlərinə riayət edir”

16:55 Ukraynada deputat cangüdənin gözü qarşısında güllələnib

16:48 Hande Ataizi keçmiş əri ilə tətilə yollanır

16:44 Tahir Kərimli: Rüstəm İbrahimbəyov bütün titullarından məhrum edilməlidir

16:33 Çin klubundan Fatih Terimə təklif: 10 milyon avro maaş...

16:26 Məşhur şairin qızının şeirləri: Torpaq, cücərt atamı

16:13 Sevda hamilə Oksanadan danışdı: “Ailə qurandan sonra...”

16:09 Azərbaycan Xocalı aeroportunu vura bilərmi? – Hərbi ekspertdən açıqlama

16:05 “Əhalinin 54 faizi kəndlərdə yaşayır, bu çox ciddi məsələdir”

15:50 İstirahət günlərinin hava proqnozu açıqlanıb

15:38 Türkiyədən Azərbaycana böyük jest – 100 illiyin şərəfinə pul

15:26 “Prezident İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon iş yeri yaradılıb“

15:18 “F-35-lər verilməsə, cavab tədbirləri görüləcək”

15:14 Bakıda mağazadan 1273 manat oğurlandı

15:09 Yaponiya imperatoru İlham Əliyevi təbrik edib

15:06 “Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”

14:55 “Neftin hazırkı bazar dəyəri spekulyativ qiymətdir”

14:38 “Kontakt Home” alıcılara bu yolla fırıldaq gəlir - Vəkil hər şeyi açdı

14:33 Məşhur cütlük boşanır

14:27 Keçmiş əri Mənzurəni “oğru“ adlandırıb

14:22 Əfv sərəncamının icrası başa çatıb

14:17 “Rusiya OPEK+ qərarını may və iyun ayında 100 faiz icra edəcək”

14:13 Türkiyənin müdafiə nazirinin müavini bu gün Gəncəyə gələcək

14:09 “Azərbaycan Prezidenti nəinki öz vətəndaşlarını…” – Əfv edilən banqladeşli

13:47 “Xaricdən dəvət olunan məşqçilər idmançılarımızı dopinqə öyrəşdirirlər” – Deputat

13:42 Hava şəraiti dəyişəcək – Xəbərdarlıq

13:38 Dövlət Gömrük Komitəsi sahibkarlar üçün xüsusi konfrans keçirəcək

13:33 Rəcəb Babaşov vergi cinayətləri ilə bağlı istintaqa cəlb olunacaq?

13:05 Azərbaycanda əmək haqqına vahid vergi yükü tətbiq ediləcək

13:05 Nazir: Maaşdan tutulan vergilər azaldıla bilər

12:47 "Gelandewagen"in sahibi parkinqdə yer üstündə kişinin başını yarıb

12:38 Azərbaycanda mikro və kiçik sahibkarlıq subyektlərinin vergi yükü əhəmiyyətli dərəcədə azaldılacaq

12:33 “Bakı gözəli 2018″də dava: qızlar saçyolduya çıxdı (VİDEO)

12:20 Söhrab Abbasovun rayonlarda himayə etdiyi mebel və yeşik sexində doğranan qiymətli ağaclar

12:05 Başçının Neftçalada əldə etdiyi sərvət - Fotolar

11:55 Ukraynanı Avropa ilə birləşdirən tunel açıldı

11:50 Ələt iqtisadi zonasında normativ hüquqi aktlardan fərqli qaydalar tətbiq ediləcək

11:42 Şoyqunun artan şöhrəti “rus xalqının yeganə cəsur lideri” üçün təhlükə doğurur

11:38 Dünyanın ən zəif orduları:ordusuz və yoqlar məkanı Kosta-Rika, tanksız Litva...

11:33 “Əhalinin problemli kreditlərinin həlli üçün 5 milyard manat lazımdır” –Ekspert şərhi

11:18 Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində təlim keçir

11:17 “Rüstəm İbrahimbəyov cılız məqsədlərini həyata keçirə bilmədiyi üçün xalqını aşağılayır”

11:13 Şabranda itkin düşən məktəbli tapılıb

11:09 Bakıda 500 manata tapança satmaq istəyən şəxs saxlanılıb

11:05 Azərbaycanda investisiya fondu yaradıla bilər

10:55 Toronto şəhəri ətrafında yerləşən restoranda partlayış olub, yaralananlar var

10:48 Sanksiya hədəsi İran bazarlarını “vurub” –Milli valyuta kəskin ucuzlaşıb, əhali məyusdur

10:44 “İlham Əliyev vətəndaşlara yenə qayğı göstərdi”

10:42 Abşeronda maraqlı sorğu: Gənclərin 53.7 faizi yaşadığı yeri tərk etmək istəyir

10:40 FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib

10:34 Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub

10:30 “Tramp İranda rejimi dəyişmək niyyətində deyil”

10:26 “Ərazi bütövlüyümüzün bərpasından sonra Ermənistanla yaxşı münasibət qurmağa hazırıq”

10:22 Rüstəm İbrahimbəyov:"Bəziləri yaranmış vəziyyətdən istifadə etməyə çalışır"



loading...
Azərbaycanlı jurnalistlə erməni lideri bir-birinə bağlayan nədir?

“Cəsarətlidir, ağıllıdır… o, Ermənistanın Saakaşvilisi olacaq…”
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

"Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik”
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016