Çərşənbə axşamı, 18 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

“Nikoil Bank“a borcu olan qadın özünü yandırmaq istəyir - FOTOLAR


Suraxanı rayonu Günəşli qəsəbəsi A-B massivi, bina 38 ünvanında yaşayan Həmidə adlı qadın kredit götürdüyü "Nikoil Bank"a borcu olduğu üçün məhkəmə onun evini musadirə etmə barədə qərar qəbul edib. Bu qərara etiraz əlaməti olaraq qadın özünü yandıracağını deyir.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda FHN-nin xilasediciləri və polis əməkdaşları qadını fikirindən daşındırmağa cəhd göstərirlər.

Əldə etdiyimiz məlumata görə, qadın bankdan 18000 dolar kredit götürüb. Devalivasiyadan sonra bu məbləği ödəyə bilmədiyi üçün borcu 29 000 dollara qalxıb.

Bu səbəbdən məhkəmə sözügedən qadının əmlakının müsadirə edilməsi ilə bağlı qərar çıxarıb.

Məhkəmə icraçıları hazırda qadının evindən çıxmasını tələb edir. O, isə buna etiraz edərək qapını açmayaraq, özünü yandıracağını deyir. 
Əlavə məlumat verilək.
Etiket:

Fotolar


loading...