Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

İngiltərə yığması Panamanı darmadağın etdi, 1/8 finala çıxdı –Dünya Çempionatı


Dünya Çempionatı çərçivəsində “Nijniy Novqorod” stadionunda bu gün İngiltərə və Panama yığmaları qarşılaşı

Strateq.az bildirir ki, Tunisi 2-1 məğlub edən ingilislər Belçikaya 3-0 uduzmuş Panama millilərini qol yağışına tutublar.

Belə ki, oyunun 8-ci dəqiqəsində Con Stons dəqiq baş zərbəsi ilə İngiltərəni önə çıxardı – 1-0.

Bu qoldan 12 dəqiqə sonra Harri Keyn penalti zərbəsi ilə komandasının ikinci qolunu vurdu – 2-0.

36-cı dəqiqədə Linqard, 40-cı dəqiqədə isə Stones daha bir qol ataraq hesabı 4-0-a çatdırıblar.

Bu qoldan 4 dəqiqə sonra isə Misirli hakim Panamanın qapısına daha bir penalti təyin edib. Keyn penaltini dəqiq yerinə yetirib – 5-0

İlk hissə bu hesabla başa çatıb.

62-ci dəqiqədə Keyn daha bir qola imza atıb – 6-0

Bu qoldan sonra baş məşqçi onu əvəzləyib.

77-ci dəqiqədə Panama bu qollardan birinin əvəzini çıxıb – 6:1

Oyun bu hesabla başa çatıb.

Bu qələbə sayəsində xalını 6-ya çatdıran İngiltərə 1/8-ə çıxıb. Panama isə Tunis kimi xalsız olmaqla yanaşı, bütün şansını itirib.


MilliYol.Az
Etiket:

loading...