Bazar, 23 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

İngiltərə dünya çempionatı üçün Azərbaycandan dəstək istəyib


İngiltərə Futbol Assosiasiyası (FA) 2030-cu il dünya çempionatının təşkilatçılığı uğrunda mübarizədə dəstək almaq üçün AFFA-ya müraciət edib

“Report”un “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, bununla bağlı FA sədri Qrek Klark Azərbaycanda səfərdə olub. Onun müraciətinin çox yaxşı qarşılandığı bildirilir.

Bunadək İngiltərə 2006 və 2018-ci il dünya çempionatlarına namizədliyini versə də, qələbə qazana bilməyib. Bu dəfə FA xüsusən kiçik ölkələrin dəstəyini almaqla, istəyinə çatmağı hədəfləyib. Klark Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyaya həmsərhəd olan digər ölkələrdə də olub.

Qeyd edək ki, İngiltərə indiyədək yalnız 1966-cı il dünya çempionatını təşkil edib. Həmin mundialın qalibi elə bu ölkə olub. DÇ-2018 hazırda Rusiyada keçirilir, DÇ-2022 Qətərdə, DÇ-2026 isə ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Qalib ölkə FİFA-ya üzv 211 ölkə arasında səsvermə nəticəsində müəyyənləşir.
Etiket:

loading...