Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

“National Geographic“dən irqçilik etirafı


Məşhur "National Geographic" jurnalı uzun illər ərzində irqçi mövqe tutduğunu etiraf edib

Qaynarinfo xəbər verir ki, jurnalın icraçı direktoru Suzan Qoldberq Virciniya Universitetinin Afrika və fotoqrafiya tarixi tədqiqatçısı professor Con Edvin Meysından jurnalın 130 illik tarixini araşdırmağı istəyib. Tədqiqat nəticəsinə yer verən jurnal yazı dərc edərək "National Geographic"in mövqeyinə diqqət çəkib:

"1970-ci illərə qədər ABŞ-da yaşayan rəngli dəriyə sahib sakinlərə məhəl qoyulmadı. Onlar işçi və xidmətçi hesab edilirdi. Yerli əhali ekzotik, geyimsiz, xoşbəxt ovçular, müqəddəs vəhşilər kimi təqdim edilirdi. Qaradərili qadınlar jurnalın 130 illik tarixində həmişə geyimsiz təsvir ediliblər".
 
Professor Meysın vəziyyəti belə təsvir edir:

"ABŞ vətəndaşları dünya barədə Tarzan filmləri, irqçi karikaturaların yaratdığı fikirlərə sahibdir. Qaradərililər sadəcə ekzotik rəqqaslar, xidmətçi kimi təqdim olunub. Bu qəribədir, əslində, redaktor, yazıçı, fotoqrafların nəyi şüurlu şəkildə görmədiyini göstərir".
 
Con Edvin Meysın bildirir ki, jurnal son 20-30 ildir öz tarixi ilə üzləşir.

MilliYol.Az
Etiket:

loading...