Türkiyə Kubokunun 1/8 final mərhələsində baş tutan "Beşiktaş" - Fənərbağça" (0:1) oyununda Van Persinin qeyri-etik hərəkəti müzakirə mövzusu olunca ağla "qara qartallar"ın sabiq futbolçusu Paskal Nouma gəlir. Fransalı hücumçu 2003-cü ildə "Fənərbağça" ilə derbi matçında bənzər hərəkəti "sarı lacivərdlilər"in azarkeşlərinə qarşı etmişdi
Bundan sonra 7 ay diskvalifikasiya olunan Nouma ilə müqaviləni "Beşiktaş" rəhbərliyi birtərəfli qaydada pozmuşdu.
MilliYol.Az goal.az-a istinadən xəbər verir ki, 45 yaşlı eks-futbolçu fevralın 5-dəki derbidə Van Persinin hərəkətərinə belə münasibət bildirib:
"Həyatımın hər dönəmində başımı dik tutmuşam. Etdiyim hərəkətə üzr axtarmadım. "Formamı düzəldirdim" və s. demədim. Susub cəzamı çəkdim. Vaxtilə səhv hərəkət etdim və cəzası ağır oldu. Heç bir idmançının mənim kimi cəzalanmasını istəmərəm. Türkiyə Futbol Federasiyasının (TFF) mənə 5 ay cəza vermək istədiyi, amma o zamankı "Beşiktaş" rəhbərliyinin bu müddəti 7 aya çıxardığı deyilirdi. Bəziləri də 7 aylıq cəzanı TFF-in öz qərarı kimi qiymətləndirdi. Məndən sonra həmin hərəkəti bir çox futbolçu etdi. Tək bildiyim mənə kəsilən cəzanın baş heç kimə verilməməsidir. Mən öləndən sonra da bu məsələ müzakirə olunacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...