Beyləqan pambıqçıları pulunu ala bilmir - İnam Kərimova müraciət Beyləqanın icra başçısı 40 yaşında ali məktəb bitirib, necə professor oldu? Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir? Neftçalanın Qoltuq kəndində nə baş verir: otlaq sahələri niyə şumlanır? (FOTOLAR)
 

“Məmurların gəlirlərini yoxlayan xüsusi qurum yaradılmalıdır”

Tarix 11.07.18, 10:49

Font ölçüsü : - / +
bitmap-img6


“Vəzifəli şəxslər korrupsiyaya qurşanandan sonra tədbir görülməli deyil...”


Bu ilin 6 ayının yekunlarına həsr olunmuş hökumət müşavirəsində çıxış edən prezident İlham Əliyev ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha ciddi aparılmalı olduğunu bildirib. 

Qeyd edib ki, Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir: “Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır”.

Dünya təcrübəsində dövlət idarəetməsində korrupsiyanın qarşısının alınmasına yönəlik əsas addımlardan biri isə məmurların gəlirlərini açıqlamasıdır. Azərbaycanda uzun illərdir tətbiqi baş tutmayan bu mübarizə vasitəsi ilə bağlı suallarımızı millət vəkili Əli Məsimli cavablandırdı:

- Əli bəy, Azərbaycanda məmurların gəlir bəyannaməsi verməsi prosesi, bildiyiniz kimi, yarımçıq qalıb. Neçə illərdir bu məsələ gündəmə gətirilsə də, baş tutmur. Sizcə, səbəb nədir?

- Məmurların gəlir bəyannaməsinin təqdim edilməsi şəffaflığın təmin edilməsi və korrupsiyanın aradan qaldırılmasının ən vacib şərtlərindən biridir. Bu baxımdan, əslində dünyanın əksər ölkələrində vəzifəli şəxslər, nazirlər, məmurlar və s. gəlir bəyannaməsini açıqlamaqda maraqlı olmurlar. Amma bunu istəməsələr belə, qanun tələb etdiyindən qaydalara əməl edirlər. Azərbaycanda da 24 iyun 2005-ci ildə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanun qəbul edilib. 2005-ci ilin 9 avqustunda isə bu qanunun tətbiq edilməsi barədə xüsusi prezident fərmanı verilib.

Həmin qanunda öz əksini tapmış qaydalar “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş maliyyə xarakterli məlumatların təqdim edilmə formasını, məlumatları təqdim edən vəzifəli şəxsləri, bu məlumatları qəbul edən orqanları və həmin məlumatların yoxlanılması qaydalarını müəyyən edir. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə; vergitutma obyekti olan əmlakı barədə; kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə; şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə; borcu, maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməlidirlər. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlara vəzifəli şəxslərin ailə üzvlərinin (əri və ya arvadı və onunla birgə yaşayan valideynləri və uşaqları) əmlakı, maliyyə və əmlak xarakterli öhdəlikləri haqqında məlumatlar da daxildir.

“On üç il əvvəl qəbul edilən qanun niyə icra olunmur”

Vəzifəli şəxslər bəyannaməni yazılı formada tərtib edirlər və bəyannamədə göstərilən məlumatların həqiqiliyinə və tamlığına görə şəxsi məsuliyyət daşıyırlar.

Öz fəaliyyətini qərəzsiz həyata keçirən, öz xalqına, dövlətinə şərəflə xidmət edən, təmiz işləyən vəzifəli şəxslər üçün sözügedən məzmunda bəyannamə verməkdə heç bir problem yoxdur. Bu baxımdan yanaşanda, əslində “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanunun tətbiqinin bu qədər gecikdirilməsi anlaşılan deyil... Amma başqa məqam var. Azərbaycanda bir qayda olaraq vəzifəli şəxs özü birbaşa bizneslə məşğul olmur. Amma onların bir qisminin idarə etdiyi biznes sahələri var və bunu dolayı yollarla həyata keçirirlər. Eyni zamanda vəzifəli şəxslərin oturduğu kreslonu sərvətə konvertasiya etməklə məşğul olan hissəsi tərəfindən hər il bu cür maliyyə xarakterli bəyannamənin təqdim edilməsi onun aləmində özünəqəsd etməsi kimi bir şeydir. Bu zümrədən olan məmurların öz gəlirlərini bəyan etməsi onlar üçün ciddi problemlər yarada bilər, çünki onların bir qismi birbaşa olmasa da, dolayısı ilə müxtəlif sahibkarlıq strukturlarına nəzarət edirlər. Monopoliya da xeyli dərəcədə burdan qaynaqlanır və potensialımıza layiq inkişafımızı tormozlayır. Ona görə də Azərbaycanda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” haqqında qanun 2005-ci ilin 9 avqustundan qüvvədə olsa da işləmir. Bu qanun işləmədiyinə görə vəzifəli şəxslərin bir hissəsi çalıb-çapmaqla məşğuldur... Məsuliyyət hissini itirib harınlamışları isə xalqa qarşı özbaşınalıqdan belə çəkinmirlər. Həmin zümrədən olan vəzifəli şəxslər yalnız vəzifədən gedəndən sonra məlum olur ki, dövlətə, xalqa yüz milyonlarla, milyardlarla manat ziyan vurublar.

- Maraqlıdır, nədən hətta Rusiyada belə bəyannamələr verilir, ictimaiyyətə açıqlanır, bizdə isə bu, alınmır?

- Rusiyada və postsovet məkanına aid olan bir sıra ölkələrdə məmurların gəlir bəyannamələri verməsi ilə bağlı indiyədək görülən işlər irəliyə doğru mühüm addım hesab olunsa da, daha çox aşağı və orta ranqlı vəzifəli şəxsləri əhatə edir. Ona görə də postsovet məkanına aid ölkələrin çoxunda korrupsiya yüksək həddə olmaqla dünya ölkələri arasında ön sıralarda gedirlər. Sözügedən həmin tədbirlər bir sıra hallarda isə onlarda da dekorasiya xarakteri daşıyır. Məsələn, Şevardnadze zamanında Gürcüstan vəzifəli şəxslərin gəlir bəyannaməsi verilməsinə və ictimaiyyətə açıqlanması sahəsində postsovet məkanında öndə gedən ölkələrdən biri idi, amma eyni zamanda həm də həmin dövrdə Gürcüstan postsovet məkanında korrupsiya sahəsində də öndə gedən ölkələrdən biri idi. Yalnız Saakaşvili hakimiyyətə gələndən sonra onun ciddi cəhdləri hesabına Gürcüstanda korrupsiya əhəmiyyətli dərəcədə azalmış oldu və digər ölkələrə nümunə göstərilməyə başlandı. Hələ inkişaf etmiş ölkələri bir yana qoysaq,... postsovet məkanına aid olan Baltikyanı ölkələrin təcrübəsi göstərir ki, korrupsiya hər yerdə olsa da, onunla mübarizə üsulları düzgün tətbiq ediləndə bu yolla korrupsiya hallarını xeyli azaltmaq olur. Ona görə də məmurların gəlirlərini bəyan etməsi çox vacibdir  Bu əsasda cəmiyyət də, dövlət də haqqı-nahaqdan, ağı-qaradan seçə bilər. Əks halda, bu məsələdə vəziyyətin bulanıq olması həmişə sosial narazılıq və bir sıra hallarda isə gərginlik mənbəyi olaraq qalacaq.

- Bu sistemi işə salmaq, mexanizmi yaratmaq üçün hansı addımlar atılmalıdır? Qanunvericiliyə hansı dəyişiklıiklər olunmalıdır? Bu məsələ ilə bağlı Siz konkret nələri təklif edirsiniz?

- Beynəlxalq təcrübədən məlumdur ki, ümumiyyətlə, korrupsiyaya qarşı mübarizədə və vəzifəli şəxslərin gəlir bəyannaməsinin elan edilməsi sahəsində yalnız bu problemin həllinə kompleks yanaşan və korrupsiyanı idarəetmə forması kimi inkar etmiş ölkələr uğurlu nəticələr əldə edə bilirlər. Ona görə də hər şeydən əvvəl inhisarçılığa, korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı mübarizə fikirdə, sözdə və işdə dövlət siyasətinin prioritetinə çevrilməlidir. Qanunun aliliyi təmin edilməli, azad, ədalətli qərarlar çıxarmaq səviyyəsində işləyə bilən müstəqil məhkəmə sistemi formaşdırılmalı, heç kimə qanundan yüksəkdə durmağa, insanların hüquqlarını tapdalamağa, haqlarını yeməyə imkan verilməməlidr. Bu baxımdan Azərbaycanda korrupsiyaya qarşı həyata keçirilən tədbirləri, qəbul edilən proqram, qanunlar və digər sənədləri, yaradılan qurumları, atılan hər bir addımı, hər bir işi müsbət qiymətləndirməklə yanaşı, həm də onu da qeyd etmək lazımdır ki, məmurların gəlir bəyannaməsi verməsi ilə bağlı indiyədək görülən işlər dekorasiya xarakteri daşıyır. Milli Məclisin qəbul etdiyi və prezidentin imzaladığı 14 avqust 2005-ci ildə dərc olunduğu gündən qanuni qüvvəyə mindiyi “Vəzifəli şəxslərin gəlir bəyannaməsinin elan edilməsi qaydaları” tətbiq olunmağa başlanmalıdır. Azərbaycanda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanunun reallaşdırma mexanizmi hazırlanıb, həyata keçirilməlidir. Qanunun tətbiq edilməsi barədə xüsusi prezident fərmanında göstərilmişdi ki, Nazirlər Kabineti iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin, qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş bəyannamənin formasını və təqdim edilmə qaydalarını müəyyən etsin. Heç olmasa aradan 12 il keçəndən sonra həmin fərmanda göstərilən işlər həyata keçirilməlidir. Maliyyə amnistiyası haqqında və ya gəlirlərə və əmlaka amnistiya barədə qanun qəbul edilməli, yaxud da müvafiq fərman verilməlidir. Gəlirlərə və əmlaka amnistiya tətbiq etdikdən sonra təbii ki, məmurların və iş adamlarının vəsaitinin və əmlakının uçotu aparılmalıdır.

- Məlumdur ki, məmurların əmlakı bir qayda olaraq öz adlarına rəsmiləşdirilmir. Bu halda onun uçotunu necə aparmaq olar?

- Vəzifəli şəxslərin gəlirlərinin real miqyaslarını öyrənmək heç də asan iş deyil. Ona görə də vəzifəli şəxslərin gəlirlərinin real miqyasının öyrənilməsi sahəsindəki qabaqcıl dünya təcrübəsini bizdə də tətbiq etmək lazımdır. Azərbaycanda nəzarət işi çox paradoksludur: nəzarət vətəndaşa tətbiq olunanda çox sərt olur. Vətəndaş öz eyvanında bir kərpic artıq qoyanda bir neçə təşkilatın nümayəndəsi tez gəlib başının üstünü alır, ya cəzalandırır, ya da nəsə alıb gedir.... Amma nəzarət dövlət orqanlarında vəzifəli şəxslərə tətbiq olunanda “yolavermə” mexanizmi kimi yanaşılır. Yalnız məmur işdən çıxandan sonra məlum olur ki, yüz milyon manatlarla ölçülən səviyyədə yeyinti olub. Bu yanaşma kökündən səhvdir. Hesab edirik ki, aidiyyəti orqanlar və Hesablama Palatası vəzifəli şəxslər korrupsiyaya qurşanandan sonra tədbir görməli deyil, korrupsiyanın baş verməsinə imkan verməməlidir. Hesablama Palatası haqqında yeni qanunda bu qurumun səlahiyyət dairəsi xeyli artırıldı və korrupsiyaya qarşı mübarizə imkanları xeyli genişləndirildi.

Hesablama Palatasının büdcə proseslərinə və umumiyyətlə, hökumətin maliyyə siyasətinə təsirini gücləndirməkdən ötrü nəzarət üsulunu əsaslı surətdə yenidən qurmaq lazımdır. Bununla yanaşı, maliyyə sahəsində müasir tələblərə cavab verən hüquqi baza formalaşdırmaqdan ötrü Dövlət Maliyyə Nəzarəti haqqında model qanunun və ondan doğan digər normativ-hüquqi aktların, eləcə də Büdcə Məcəlləsinin də qəbulunun sürətləndirilməsini zəruri hesab edirik. Eyni zamanda qabaqcıl beynəlxalq təcrübədən çıxış edərək məmurları gəlir bəyannamələrinin həqiqətə nə qədər uyğun olub-olmadığını obyektiv şəkildə yoxlayan xüsusi səlahiyyətlərə malik, müstəqil bir qurumun yaradılmasına da ehtiyac var. Beynəlxalq təcrübədən məlumdur ki, maliyyə amnistiyası tətbiq edilərsə, qoyulan maksimum məqsədə tam nail olunması mümkün olmasa da, hər halda, iqtisadiyyata sərmayələr artar, yeni iş yerləri açılar, əmlaklar leqallaşar, ölkə üzrə vergi bazası genişlənər və deməli, büdcəyə daxilolmalar da artar.

“Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nda vəzifəli şəxsin təkcə Azərbaycan ərazisində deyil, xaricdəki əmlakı və maliyyəsi ilə bağlı da məsələlər birmənalı mətnlə öz əksini tapmalıdır. Bu yolla “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”ndan ən azından çəkindirici bir amil kimi istifadə etmək, korrupsiyanı tam aradan qaldırmaq mümkün olmasa da, hər halda, xeyli səngitmək, həm də beynəlxalq təcrübədən məlum olan miqyaslarda xaricə daşınan oğurluq pulların qarşını almaq, həm də onun bir hissəsini ölkəyə qaytarmaq olar.(müsavat.com)



Xəbərin oxunma sayı : 463

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

20 İYUL 2018

23:59 Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatdı

23:47 Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli oldu

23:31 İsrail aviasiyası və tankları Qəzzaya zərbə endirdi

23:15 Bakıda yolu çökdürən zirzəmi sökülür - Video

22:53 Paşinyan: “Ermənistandakı korrupsiyanın həcmindən şoka düşmüşəm”

22:40 Şəkidə qəssablar tətil etdi – Yeni qaydalara etiraz edirlər

22:28 İlham Əliyevin Fransaya səfəri başa çatdı

22:14 İranın neft anbarında partlayış: ölənlər var

21:57 “Kamran Quliyev niyə istefa vermir?” - Aqil Abbas

21:44 Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”

21:30 Emmanuel Makronun adından Azərbaycan prezidentinin şərəfinə nahar verilib - Video

21:12 ABŞ Çindən gələn bütün mallara gömrük rüsumu tətbiq edə bilər

20:51 700 bal toplayan abituriyent: “Bir saata bütün sualları cavablandırdım”

20:39 Erməni çağırışçılar kütləvi dava saldılar

20:27 IV ixtisas qrup üzrə 700 bal toplayan gəncin FOTOsu

20:13 Bakıda ərəblərdən daha bir biabırçılıq – Video

19:57 Gürcüstanda fövqəladə hallar xidmətinin rəhbəri istefa verib

19:45 “BakuBus” avtobusları niyə gecikir?

19:31 Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib

19:15 Bakıda bağ sahəsində ağaclar yandı

18:51 Almaniyada piyadalara bıçaqla hücum edilib: 14 yaralı

18:39 Prezident kralı təbrik etdi

18:21 Taliblər əfqan polisinə hücum etdi: 12 ölü

18:09 Bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub

17:55 Saatlıda 54 yaşlı kişinin meyiti aşkarlanıb

17:48 Nazir: “Təhsil sistemində hər il 3-5% yenilənməyə nail olunur“

17:44 Rihanna milyarder sevgilisindən ayrıldı

17:36 “51 azərbaycanlı Almaniyadan Azərbaycana deportasiya edilib”

17:32 Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

17:27 OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyyətə başlaya bilər

17:22 I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

17:17 Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb

17:13 Dolların iyulun 23-nə olan məzənnəsi

17:13 İtaliyalı nazir bank dələduzluğunda ittiham olunur

17:09 Sabiq Cənubi Koreya prezidentinə əlavə 8 il həbs cəzası verildi

17:05 Türkiyə və Hollandiya münasibətləri normallaşdırmaq barədə qərar qəbul edib

16:55 Ronaldu “Real Madrid”i İspaniyadakı yüksək vergi dərəcələrinə görə tərk edib

16:47 İstirahət günlərinin hava proqnozu açıqlanıb

16:40 “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək“

16:35 Paşinyan ABŞ-a gedəcək

16:27 Prezident İlham Əliyev Fransa prezidenti ilə görüşüb

16:23 Paşinyan Qarabağda müharibə riski haqda: “Rusiya imkan verməz“

16:16 Qazaxstanda Olimpiya çempionu qətlə yetirildi

16:12 Səmranın açıq-saçıq səhnələrlə dolu olan klipi

15:47 “Çevriliş cəhdinə aid çox önəmli dəlillər əldə etmişik“

15:42 Bakıda ağır qəza: ölən var

15:37 Azərbaycan komandası stolüstü tennis üzrə Avropa çempoionatının qalibi oldu

15:32 DESFA-nın səhmlərinin 66%-i 535 mln. avroya satılıb

15:26 General Qasim Süleymaninin həyata keçirəcəyi qanuni hərbi çevriliş

15:22 AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub, bir nəfər azadlığa buraxılıb

15:17 Putinlə Trampın görüşməyi üçün 4 milyon dollar xərclənib

15:09 Skripal ailəsini zəhərləyənlər Britaniyanı tərk edib

15:05 Prezident Sercio Mattarellanın Azərbaycana səfəri İtaliya mətbuatının geniş diqqət mərkəzindədir

14:55 Azərbaycan prezidenti Fransa Milli Assambleyasının sədri ilə görüşüb

14:47 Tanzaniyadan Azərbaycana məhsul idxalı 91 faiz azalıb –Statistika

14:42 “WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub –Reytinq

14:27 “Ukrayna dairəsi“ndə nəqliyyatın hərəkəti bərpa olunub

14:22 «Rusiyalılar Putin-Tramp danışıqlarını gizlicə yaza bilərlər» – ABŞ kəşfiyyatnın başçısı

14:17 Murakamidən ingiliscə yeni roman gəlir

14:13 “MTN işi“ndə zərərçəkən iş adamı həbs edilib - O, 5 nəfəri biznes qurmaq adı ilə aldadıb

14:05 “Azeri Light”ın bir bareli 74,64 dollara satılır

13:55 Məhkəmə AXCP-nin gənc üzvünü azadlığa buraxmadı –“Tam islah olunmayıb”

13:47 “Heç bir ABŞ prezidenti Rusiyaya qarşı mənim qədər sərt olmayıb”

13:38 Mənsimovun gəmilərində etirazlar başladı

13:33 Moskva-Bakı mikroavtobusu qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb

13:27 “İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət göstərən 177 hüquqi şəxs aşkarlanıb”

13:22 Hava gəmilərində istifadə edilən cihazları Azərbaycandan çıxaranlar tutuldu

13:17 Türkiyə Zap, Avaşin və Xakurkda əməliyyatlara başladı

13:13 Avropa Birliyi Ermənistan üçün “Marşal planı” hazırlayır

13:09 Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

13:05 Yaponiyada yağan yağışlar 217 nəfəri öldürdü

12:34 Sabaha olan hava proqnozu açıqlanıb

12:30 Məşhur kanal rəhbəri qızına təcavüz edibmiş

12:26 MDB ölkələrinin DİN rəhbərləri Azərbaycanın 1-ci vitse-prezidenti ilə görüşüblər

12:22 “Dünya təhlükəsizliyinə təhdidlərin forma və üsulları daha mürəkkəb, təhlükəli xarakter alır”

12:13 “Rusiya iqtisadiyyatı 2060-cı ilədək böhrandan çıxmayacaq” – Təhlil

12:09 YAP qərargahında jurnalistlərlə görüş keçirilib

12:07 Beyləqan pambıqçıları pulunu ala bilmir - İnam Kərimova müraciət

12:05 51 azərbaycanlı məcburi qaydada Almaniyadan deportasiya edilib

11:50 Koçaryan iyulun 26-da dindiriləcək

11:42 “Azərbaycan dövləti gənclərə güvənir“

11:38 “İndi hər kəs sosial şəbəkə vasitəsilə mətbuatın bir hissəsinə çevrilib”

11:34 “Avropalı müttəfiqlərini başa düşmək üçün Tramp müdrik olmalıdır"

11:30 “Səba” istehlakçılara müraciət edib

11:22 İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə də görüşüb

11:17 Ərzaq tədarükü ilə bağlı 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb –Açıqlama

11:12 “Bozbash pictures” vida etdi

11:05 Əsəd Hələbi Ankaranın nəzarətinə verir – Şok iddia

10:55 Bakıda parkdan 72 ədəd fəvvarə stəkanı oğurlanıb

10:46 Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

10:42 Bakıda 3 yaşlı uşağın 6-cı mərtəbədən düşərək ölməsinə görə cinayət işi başlanıb

10:37 “Şəhəri bilməyənlər torpağı bölüşdürüb satdılar”

10:33 Yaxşı alver üçün supermarketlərə nə vacibdir?

10:22 Sahibkarlar Zakir Fərəcovdan şikayətçidir – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…”

10:17 Futbolumuzda nə baş verir? - Oliqarxlar klubların pullarını azaldıblar

10:13 Bakıda mikroavtobus yük maşınına çırpıldı - 10-dan çox yaralı var

10:09 Bu günə olan məzənnələr – RƏSMİ

10:05 Bakının Baş planını amerikalılar cızacaq

19 İYUL 2018

23:59 İyulun 21-dən Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq

23:47 Mövlud Çavuşoğlu Azərbaycana gəlir

23:32 Ərəblər Bakıda niyə ölür: spirtli içki, ya “Viaqra”?

23:15 Əmlak bazarında son vəziyyət - Video

22:53 Kanadada fövqəladə vəziyyət elan edildi

22:40 Bakıda çökən yolun altında ikimərtəbəli tikili tapılıb - Fotolar

22:27 İlham Əliyev “Naval” qrupunun sədri və baş direktoru ilə görüşüb

22:11 ABŞ-da hərbi bazada partlayış olub, xəsarət alanlar var

21:55 Qubada iki il əvvəl törədilmiş cinayətin üstü açılıb

21:40 Nazpəridən etiraf: “Fəlsəfə doktoru deyiləm”

21:29 İlham Əliyev Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb

21:17 İtaliya Prezidenti: “Azərbaycanla bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır”

20:54 İlham Əliyev: “Mən ölkəmizi tərifləməklə məşğulam, bunu gizlətmirəm“

20:38 İmişli xəstəxanasının baş həkimi işdən çıxarıldı

20:26 ATƏT-in konfransında qəbul olunmuş sənəddə Azərbaycanın təklifləri nəzərə alınıb

20:10 Putin Gürcüstan və Ukraynaya görə NATO-nu təhdid etdi

19:51 “3 ildən 8 ilə qədər həbs oluna bilər” – Nazpərinin saxta alimlik qalmaqalı

19:43 Almaniyada əməliyyat: İŞİD üzvü saxlanıldı

19:30 Azərbaycanlı hakim Avropa çempionatının Hollandiya-Almaniya matçına təyinat aldı

19:23 İtaliya prezidentinin Azərbaycana səfəri başa çatıb

19:21 İlham Əliyevin Fransaya səfəri başlayıb

19:14 İran dünyanın ən güclü dövlətləri siyahısına daxil edildi



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016