“Azərbaycan və İsrail arasında çox yaxşı, hər iki tərəf üçün faydalı münasibətlər qurulub”
Bunu “Report”a İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
Onun sözlərinə görə, bu münasibətlər bir neçə amillə möhkəmlənir:
“Əvvəla, Azərbaycan və İsrailin artan radikalizm təhdidinə qarşı mübarizə üzrə ümumi baxışı var, ikincisi, hər iki ölkə multikulturaldır, üçüncüsü, tərəflərin bir-birinə dərin hörmətləri var: ölkələrin heç biri digəri üzərində dominantlıq etməyə çalışmır. Nəhayət, hər sahədə qarşılıqlı fayda ilə əməkdaşlığımızı dərinləşdirmək imkanı var “, – səfir bildirib.
O, iki xalq arasında xüsusi tarixi əlaqələrin olduğunu qeyd etməyin zəruriliyini vurğulayıb.
“Yəhudilər qədimdən Azərbaycan ərazisində yaşayırlar. Məhz bu amil Azərbaycan-İsrail münasibətləri üçün möhkəm təməldir”, – o deyib.
“Report”un Suriyadakı vəziyyətlə bağlı sualına cavabında səfir qeyd edib ki, ölkəsi başqa dövlətin daxili işlərinə müdaxilə etmək niyyətində deyil, sadəcə, öz sərhədlərini təhlükədən qoruyur: “Milli təhlükəsizliyimizi müdafiə etmək hüququmuz var”.
Digər xəbərlər
loading...