Kulis.az “Bazar oxusu” layihəsindən Əliağa Vahidin dillər əzbərinə çevrilən “Yoxdur” rədifli qəzəlini təqdim edir
Sənsiz, ey şux, mənim xoş güzəranım yoxdur,
Sən ki yoxsan, elə bil, cismdə canım yoxdur.
Eşq pərvanəsiyəm, qəm oduna tabım var,
Xəstə bülbül kimi hər ləhzə fəqanım yoxdur.
Bu yaman gündə mənim bircə ümidim sənsən,
Sənsiz heç bir kəsə aləmdə gümanım yoxdur.
Zülfünə bağlı olandan bəri Məcnun kimiyəm,
Elə sərgəştəyəm, heç yerdə məkanım yoxdur.
Səbrü aramımı əldən qəmi-hicranın alıb,
Bir də qəm çəkməyə cismimdə təvanım yoxdur.
Hazıram canımı eşqində fəda eyləməyə,
Qəsəm ol canına, bir zərrə yalanım yoxdur.
Vahidəm, atəşi-həsrət bürüyüb dövrü bərim,
Yanıram, halıma bir qəlbi yananım yoxdur..
MilliYol.Az
Digər xəbərlər
loading...