Çərşənbə axşamı, 16 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

İlham Əliyev sərəncam imzaladı


Azərbaycan Prezidenti İlham Əliyev Natiq Kamal oğlu Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam hazırlayıb

Natiq Əliyev bu yüksək mükafata Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Azərbaycanın xalq rəssamı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü Natiq Əliyev 1958-ci ildə Bakıda doğulub.

O, 1989-cu ildə Respublika Gənclər Mükafatının laureatı, 2000-ci ildə Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatı, 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı və 2015-ci ildə Avstriyanın I-dərəcəli “Cəngavər Ordeni” ilə təltif edilib.

Hazırda Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyır.
Etiket:

loading...