Prezident İlham Əliyev bu gün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa telefonla zəng edib.
Prezidentin Mətbuat Xidmətindən MilliYol.Az-a verilən məlumata görə, dövlət başçısı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
İlham Əliyev Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp qeyd edib ki, İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.
Donald Tramp İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
MilliYol.Az
Digər xəbərlər
loading...