Heydər Əsədovun işçisi qanunları necə tapdalayır? - FOTOLAR “Araz“da yerli istehsal şokoladdan qurd çıxdı, market araşdırmaya başladı (VİDEO) 20 nömrəli məktəbin direktor müavini jurnalisti hədələdi (SƏS YAZISI) Səfər Əbiyevin “sağ əli“ 10 mart mitinqində - VİDEO
 

“Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv eləyir”

Tarix 16.04.18, 10:55

Font ölçüsü : - / +
bitmap-img6



“Azərbaycan Tərcümə Mərkəzinin keçən ilin sonlarında nəşr olunmuş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ü mütəxəssislər arasında həm böyük maraq doğurmuş, təqdirlə qarşılanmış, həm də müəyyən mübahisələrə rəvac vermişdir ki, bu, tamamilə təbiidir… Əlbəttə, əsas “anlaşılmazlıq” ondan ibarətdir ki, lüğət tərtibi sahəsində kifayət qədər təcrübəsi olan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun ənənəvi fəaliyyət sferasına nə üçün başqa bir qurum müdaxilə etmişdir”


Bunu deputat,  Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün redaktoru Nizami Cəfərov “Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv eləyir” adlı məqaləsində bildirib.

N.Cəfərov daha sonra əlavə edib: “Ancaq məsələ burasındadır (və “Sözlüy”ü görməmiş onun “tənqid”inə qalxanların mülahizələrinin əsassızlığı onda ifadə olunur) ki, hər hansı lüğət, o cümlədən orfoqrafiya lüğəti və ya sözlüyü peşəkar yaradıcılıq işidir, hansısa təşkilatın monopoliyasında deyil. Ona görə də son günlər ara-sıra səsləndirilən belə bir fikir təəssüf doğurur ki, guya Dilçilik İnstitutunun nəşr etdirdiyi orfoqrafiya lüğətlərindən başqa, bütün digər müvafiq lüğət və sözlüklər bu və ya digər dərəcədə “köçürmə”dir… Yəqin ki, heç kəs İnstitutun bu sahədə gördüyü işlərə (və qazanılmış təcrübəyə) nihilist yanaşa bilməz. Bununla belə, Azərbaycan dilinin (və dilçiliyinin) müasir inkişaf səviyyəsi tələb edir ki, lüğətlərin, eləcə də orfoqrafiya lüğətinin tərtibi işinə elmi əsaslarla, intellektual məsuliyyətlə yanaşılsın. Ənənənin qorunması vacibdir, ancaq bu, o demək deyil ki, Azərbaycan dilinin ilk orfoqrafiya (imla) lüğətinin tərtibi prinsiplərindən kənara çıxmayıb hər yeni nəşri kəmiyyətcə “zənginləşdirəsən”.

Opponentlər belə bir yanlış təsəvvür yaratmağa çalışırlar ki, guya “Sözlük” tez-tələsik hazırlanıb nəşr edilmişdir. Halbuki bu əsər neçə illərin ardıcıl araşdırmalarının məhsuludur. Və görülən işlər barədə mətbuatda vaxtaşırı məlumat da verilmişdir… Lakin nədənsə o zaman ciddi tənqidə məruz qalan lüğətin müəllifləri “müdrikcəsinə” susurdular.

Fakt isə faktlığında qalır ki, Tərcümə Mərkəzini yeni orfoqrafiya sözlüyü tərtib etməyə hər hansı bir ambisiya deyil, mövcud lüğətlərin çoxsaylı prinsipial qüsurları təhrik etmişdir ki, bu barədə “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün “Ön söz”ündə müxtəsər (lakin konkret maddələrlə) bəhs olunduğuna görə təfsilata varmaq istəmirik.

Fikrimizcə, ən böyük qüsur ondan ibarətdir ki, lüğətin tərtibçiləri iltisaqi quruluşlu Azərbaycan dilində söz anlayışını düzgün müəyyən etməkdə çətinlik çəkmişlər.

İltisaqi dillər həm morfoloji, həm də sintaktik yolla geniş söz yaradıcılığı imkanlarına malikdir. Və bu imkanları gerçəkləşdirən – xalqın ümumi (kütləvi) dil təfəkkürüdür. Odur ki, mövcud imkanlardan sui-istifadə edib süni sözlər yaratmağa (və bunları lüğətlərdə təsbit etməyə) heç kimin ixtiyarı yoxdur.

Azərbaycan lüğətçiliyində keçən əsrin 50-ci illərindən qaynaqlanan belə bir yanlış “təcrübə” hökm sürür ki, guya bədii, elmi, publisistik və s. mətnlərdə hər hansı bir söz işlənibsə lüğətə daxil edilə bilər… Halbuki nəzərə almaq lazımdır ki, həmin mətnləri təqdim edənlər içərisində çox sayda elə müəlliflər vardır ki, fərdi nitq zövqü (və mədəniyyəti) olduqca impulsiv, şübhəli, hətta hər cür normativlikdən uzaqdır.

Ən təhlükəli məqam odur ki, AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi dilçilik şöbəsinin bəzi əməkdaşları “Sözlüy”ün təcrübəsini öyrənmək əvəzinə, müxtəlif mətbuat səhifələrində kəmsavad yazılarla çıxış edib onu (“Sözlüy”ü) gözdən salmağa çalışırlar. Həmin əməkdaşlardan biri Tərcümə Mərkəzinin təşəbbüsünə münasibət bildirərkən Mərkəzin “araşdırmaları” (dırnaqda!) ifadəsini işlədərək guya görülən işlərə öz aləmində rişxənd edir… Və bununla da, kifayətlənməyib özündə “Sözlüy”ün tərtibçisinə dərs vermək cəsarəti tapır:

“Hər bir elmi sahədə müəyyən qayda-qanunlar gözlənildiyi kimi, leksikoqrafiyanın da öz qanunları vardır. Azərbaycan leksikoqrafiyasının nəzəri cəhətdən işlənməsi ilk dəfə professor Əliheydər Orucov tərəfindən 1965-ci ildə “Azərbaycan dilinin filoloji izahlı lüğətinin nəzəri əsasları” əsərində işlənmiş və burada izahlı lüğətə sözlərin daxiledilmə prinsipləri müəyyənləşdirilmişdir. Sonralar çox təəssüf ki, nəyə görəsə, Azərbaycanda leksikoqrafiya nəzəriyyəsi kifayət qədər inkişaf etməmiş, digər dünya universitetlərindən fərqli olaraq, bizim ali məktəblərdə lüğətçiliyə aid maarifləndirici bir fənn tədris edilməmişdir. Bəlkə də, bu səbəbdəndir ki, sözlərin lüğətə daxil edilməsi ilə bağlı lüğətçilikdən bixəbər bu qədər yazılarla üzləşirik”.

“Sözlüy”ü “plagiat” adlandıranlara şəxsən öz adından və çalışdığı şöbədəki “bütün lüğətçilər adından” təşəkkür edən müəllifin yazısından misal gətirdiyimiz yuxarıdakı mətnin elə bir cümləsi yoxdur ki, ən azı iki-üç sual doğurmaya… Adamdan soruşmazlarmı ki, ay “lüğətçi”, camaata “leksikoqrafiya dərsi” keçirsən, ancaq leksikoqrafiyanın nə tarixindən xəbərin var, nə nəzəriyyəsindən, nə də təcrübəsindən… Sənin özünü (və nəinki lüğətçiliyin, ümumən dilçiliyin nə olduğunu elə sənin qədər bilən şöbə əməkdaşlarını) uzunmüddətli kursa göndərib maarifləndirmək lazımdır ki, cümlənin bitmiş fikir ifadə elədiyini, cümlələr arasında ideya-məzmunca əlaqənin nədən ibarət olduğunu öyrənəsən…

İzahlı lüğət öz yerində, Tərcümə Mərkəzi hələ ki, orfoqrafiya sözlüyü tərtib edib. Və tamamilə təbiidir ki, həmin “Sözlüy”ün tərtibində mövcud təcrübələrə, xüsusən də “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin təxminən yüz illik təcrübəsinə əsalanıb…

Buna “plagiat” deyirsinizsə, Vəli Xüluflunun “İmla lüğəti” hələ bir yana, Əliheydər Orucovdan sonra (və get-gedə korlanaraq!) ortaya çıxan müvafiq nəşrlərin adı nədir?…

Maraqlı və Azərbaycan dili orfoqrafiya lüğətçiliyi tarixi üçün “ibrətamiz”dir ki, “lüğət”in son nəşrinin tərtibçilərindən biri öz məqaləsində hamımızın bildiyi həmin tarixi bir daha yadımıza saldıqdan sonra “Sözlük”lə yanaşı, hətta “Məktəblinin orfoqrafiya lüğəti”ni də “plagiat” hesab edir… Bizim “lüğətçilər” doğrudanmı bilmirlər, yaxud “Sözlüy”ün nəşri onları o qədər çaşdırıb, bilmək istəmirlər ki, hər bir orfoqrafiya lüğəti və ya sözlüyü bu və ya başqa məqsədlə, məhz rəsmi olaraq təsdiq edilmiş orfoqrafiya qaydaları əsasında hazırlanır. Həmin lüğətin və ya sözlüyün dəyəri qaydalara əməl etməsində deyil, çünki bu, normativ (!) şərtdir. Və “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin son nəşrinin əsas qüsuru ondadır ki, müasir Azərbaycan ədəbi dilinin “söz”ü barədəki kifayət qədər mükəmməl elmi, nəzəri, (və təcrübi) təsəvvür və ya prinsipləri pozub!.. Yəni “Azərbaycan dilinin işlək orfoqrafiq sözlüyü”nün “Ön söz”ündə deyildiyi (və “Sözlük”də əməl olunduğu) kimi, həddindən artıq arxaik sözlər, dialektizmlər, yalnız ayrı-ayrı mütəxəssislərə məlum olan terminlər, ümumiyyətlə, “söz” anlayışından kənara çıxan qrammatik “törəmələr” və s. orfoqrafiya lüğətinə düşə bilməz…

Əyri oturaq, düz danışaq… Necə ola bilər ki, “lüğət”in bir belə qüsurlarını aradan qaldıran “Sözlük” “plagiat” hesab edilsin?.. “Sözlük” “lüğət”i əvəz edə bilməz” nə deməkdir?.. Səbəb nədir ki, “lüğətçilər” həm deyirlər ki, professor Əliheydər Orucovdan sonra “çox təəssüf ki, nəyə görəsə, Azərbaycanda leksikoqrafiya nəzəriyyəsi kifayət qədər inkişaf etməmiş”dir, həm “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin qüsurlarını ört-basdır eləməyə çalışırlar, həm də iş görənə qara yaxıb öz adlarını başqasının üstünə qoyurlar?…

Tərcümə Mərkəzi sözlə işləyən, ən incə məna çalarlarından başlamış yazılış qaydasına qədər sözə ciddi diqqət yetirən (və bu sahədə çox tez-tez, eyni zamanda tamamilə təbii olaraq, müxtəlif problemlərlə üz-üzə gələn), başlıcası isə istər milli, istərsə də beynəlmiləl miqyasda canlı nitq (və dil təfəkkürü) proseslərinin içində olan bir qurumdur. Ona Afaq Məsud kimi böyük novator yazıçı (söz ustası!) rəhbərlik edir… “Sözlük” isə eyni zamanda “kifayət qədər inkişaf etməmiş” “leksikoqrafiya nəzəriyyəsi” “mütəxəssislər”i üçün vaxtında tərtib olunmuş elə bir orijinal (və uğurlu) dərslikdir ki, xırda “mənəm-mənəmlik” hisslərindən yox, bu gün Azərbaycanda inamla həyata keçirilən dövlət dil siyasəti qarşısında elmi, intellektual, mədəni məsuliyyətdən, ana dilinə hörmət və ehtiramdan yaranmışdır. Və ümid edirik ki, “Sözlük” hazırlanarkən Azərbaycan orfoqrafiya lüğətçiliyinin təcrübəsinə istinad olunduğu kimi, Nəsimi adına Dilçilik İnstitutunun lüğətçiləri də dedi-qodunu bir tərəfə atıb, gələcək işlərində “Sözlüy”ün təcrübəsindən faydalanmağa üstünlük verəcəklər.

O ki qaldı “arxada” dayanaraq ara qarışdırıb ziddiyyət yaratmaqla öz nüfuzlarını qoruyub saxlamağa çalışanlara, belələrinin də aqibəti irəlicədən hər kəsə məlumdur…”.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla sim-sim.az saytına müsahibəsində Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” adlandırıb: “Sözlük əməlli-başlı, yumşaq desək (bircə Afaq Məsud faktoru olmasaydı tam kəskinliyi ilə hələ nələri ortaya qoymaq olardı) plagiatdır”/Report.

MilliYol.Az



Xəbərin oxunma sayı : 463

loading...

Ölkə

Önəmli

Son xəbərlər

24 APREL 2018

23:40 “Nə qədər varam, ölkədə meydan hərəkatına heç bir əsas olmayacaq” –Lukaşenko

23:24 Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər

21:40 Azərbaycanın əməkdar artisti vəfat etdi

20:50 Bakı Metropoliteninin vəzifəli şəxsi üzr istədi

20:20 Əli Əhmədov: İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir

19:50 "Bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik"

19:05 Prezident İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib

18:33 Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

18:00 BMT-nin baş katibindən İlham Əliyevə təbrik

17:56 “İsrail regionda Azərbaycanın əsas tərəfdaşlarından biridir”

17:50 Rusiya XİN: “G7 sanksiyalarından qorxmuruq”

17:45 Yaponiya: “Şimali Koreya ilə dialoq quracağıq”

17:39 UNESCO Azərbaycandakı tarixi abidələri qoruyacaq

17:34 Serj Sarkisyanın anası öldü

17:28 “Kreml Ermənistan cəmiyyətini hirsləndirmək istəmir”

17:20 Azərbaycanda bu adlara maraq artıb

17:12 Formula 1 üçün yüklər Bakıya gətirilib

17:07 Lukaşenko Ermənistana kömək etməyə hazırdır

17:00 Deputat dollar kreditlərinin bağlanmasını təklif etdi

16:53 ABŞ Türkiyə əleyhinə qanun qəbul edəcəkmi?

16:49 Azərbaycandan 1 mln. rublun çıxarılmasının qarşısı alınıb

16:42 “Valideynlər çox diqqətli olmalı, uşaqlarını peyvənd etdirməlidir”

16:37 Putin kəşfiyyat rəhbərini Bakıya niyə göndərdi?

16:31 “Bu gün Avropa strukturlarında yeni informasiya müharibəsi ilə üzləşmişik”

16:24 İntihar üçün kapsula kəşf olundu

16:19 Bakı Metropoliteninin təmsilçisi azərbaycanlıları təhqir etdi

16:13 Ukraynada türk əsgərlərinə aid məzarlıq tapıldı

16:08 Çex prezidentindən İlham Əliyevə təbrik məktubu

16:02 Hacıqabulda yük maşınları istehsal ediləcək

15:55 Oğlunu narkotikə cəlb edən ata tutuldu

15:49 Erməni polkovnik yol qəzasında öldü

15:41 Paşinyan: “Baş nazir vəzifəsindən imtina etmərəm”

15:35 Futbol əfsanəsi Anri Mişel öldü

15:29 Ramiz Mehdiyevdən Nazim İbrahimova sərt tənqid: “Heç bir iş görülməyib”

15:23 Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”

15:18 Cəlilabadda kütləvi dava olub

15:12 Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar...

15:06 Makron İlham Əliyevi təbrik etdi

14:39 Uşaqların internetə çıxışı məhdudlaşdırılacaq

14:35 Saatlıda azyaşlı gölməçədə boğulub

14:28 Yeni ekologiya və təbii sərvətlər naziri prinsiplərini açıqladı

14:23 Fərəc Quliyev deputatların maaşından gileyləndi

14:17 Türkiyədə zəlzələ: 39 yaralı

14:12 “Barselona” Avropanın ən güclüsü oldu

14:07 Peşə təhsili ilə bağlı qanun qəbul olundu

14:00 Parlament işsizlikdən sığorta ilə bağlı cəzaları sərtləşdirildi

13:54 Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqlədi

13:49 Əflatun Amaşov Ombudsmanın fəaliyyətini tənqid edib

13:42 Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim etdi

13:37 Azərbaycanda yeni medal təsis olundu

13:33 Davudoğlu Abdullah Güllə görüşdü

13:28 Azərbaycan XİN Sarkisyanın istefasını şərh etdi

13:22 Nazim İbrahimov kollektivlə vidalaşıb

13:16 Ermənistanda icra başçısını güllələdilər

13:12 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:07 İran prezidentindən azərbaycanlıları sevindirəcək bəyanat

13:01 “Beşiktaş” – “Qarabağ” oyununun vaxtı bəlli oldu

12:56 Bitkoinin qiyməti 9 min dolları keçib

12:50 66 tibb işçisi məsuliyyətə cəlb olunub

12:44 Milli Məclis Ombudsmanın hesabatını qəbul edib

12:38 Xalq artisti: “Rol olmayanda gic-gic statuslar yazıram”

12:33 “Paşinyan və tərəfdarları yaxın illərdə həlledici fiqurlara çevriləcək”

12:29 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 800-ü keçib

12:24 “Oskar - 2019”-un vaxtı bəlli oldu

12:19 Daha iki vəkilin fəaliyyəti dayandırıldı

12:13 Çində karaoke klubda yanğın: 18 ölü, 5 yaralı

12:08 Gəncədə mənzildən 30 min dollar oğurlanıb

12:02 Xudatda nə baş verir? - Tenderlərdəki “oyun”ların pərdəarxası məqamları

11:57 Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

11:51 Türkiyə yenə şəhid verdi

11:45 Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır

11:38 Makron ABŞ-a dövlət səfərinə gedib

11:34 Xaçmaz sakini həmkəndlisini bıçaqladı

11:29 Azərbaycan nefti 75 dollardan satılır

11:23 Deputat Zahid Orucdan dəyişikliklərə reaksiya

11:18 General: “Cəbhədə vəziyyət hər an gərginləşə bilər”

11:13 Bakıda minik avtomobili aşıb: 2 yaralı

11:09 Ermənistan prezidenti ölkədəki etirazların səbəbini açıqladı

11:04 Milli Məclis növbəti plenar iclas keçirir

10:59 Paşinyandan hakim partiyaya: ““Məxməri inqilabı” yarımçıq qala bilməz”

10:52 Vahid Əhmədovun ürəyindən əməliyyat olunub

10:48 Hüseyn Abdullayev harda saxlanılır? - Vəkilindən açıqlama

10:43 Bakıda avtobusların gecikmə səbəbi açıqlanıb

10:39 Axtarışda olan 25 nəfər saxlanıldı

10:35 Yüksək vəzifəyə təyin olunan deputatlar...

10:33 Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq

10:30 AİB Azərbaycana kredit ayıracağını açıqladı

10:26 Sumqayıtda Dövlət Gömrük Komitəsinin əməkdaşı öldürülüb

10:22 Ali məktəblərə 70743 abituriyent sənəd verib

10:17 Gəncədə avtomobil piyadanı vurub

10:13 Lotu Qulinin adamı Ağstafada tutuldu

10:09 Atəşkəs 113 dəfə pozulub

10:05 İlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib

23 APREL 2018

23:44 Prezident İlham Əliyev sabah Türkiyəyə səfərə gedir –Açıqlama

22:35 “İranla nüvə sazişinə alternativ yoxdur” – Kreml

21:30 Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edilib

20:05 "Bütün istiqamətlərdə şəffaflıq tam təmin olunacaq"

19:33 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub -Siyahı

18:50 “Kimsə məni korrupsiyada ittiham edə bilməz” - Səməd Seyidov

18:20 "İnsanlar yuxarıdan aparılacaq islahatlara ümid edirlər"

17:59 İrandan narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

17:52 Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi müəyyənləşib

17:47 Milli kinomuzun 120 illiyi geniş qeyd olunacaq

17:41 “Taxt oyunları”nın aktyorlarına otuz milyonluq cəza

17:36 Almaniya Türkiyəyə seçki təbliğatı aparmağa icazə verməyəcək

17:31 Yüz minlərlə erməni inqilabın qələbəsini bayram edir

17:31 Ermənistan MN hərbçilərin nümayişlərə qatılmasını pislədi

17:25 Rusiyada “YouTube”a girişdə çətinliklər yarandı

17:18 Suriya zərbələrindən çıxarılan 7 səbəb

17:17 Dövlət Miqrasiya Xidmətinə rəis təyin olundu

17:11 Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin olundu

17:06 “Nigar Camal Azərbaycanda sevilmir”

16:53 Lənkəranlı sahibkarlar prezidentdən kömək istədi: “Ümidimiz sizsiniz”

16:48 Kreml: “Ermənistanda baş verənlər bu ölkənin daxili işidir”

16:44 “Qəbul üçün 500, yemək pulu üçün 20 manat verməlisiniz” - Bağça müdirəsinin şərtləri

16:39 Prezident təhsil nazirini təyin etdi

16:33 İlham Əliyevdən əfqanıstanlı həmkarına başsağlığı

16:30 Azərbaycan və Rusiya turizm mərkəzləri əməkdaşlıq edəcəklər

16:28 Yeni baş nazir vəzifəsinin icrasına başlayıb

16:24 Ermənistanın Baş naziri Serj Sarkisyan istefa verdi



loading...
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

"Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik”
Hakimiyyət və müxalifət: üz-üzə ya yana addım

Prezident seçkilərindən sonra ənənəvi olaraq və qaydalara uyğun olaraq dövlət başçısı öz yeni komandasını formalaşdırılmalıdır
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016