Şimali Koreya Yaponiyanın Hokkaydo regionu üzərindən şərq sahilinə ballistik raket atıb. Bu, Şimali Koreyanın nüvə silahı daşıya bilən ilk ballistik raketidir. Şimali Koreya üzrə ekspertlər bildirib ki, son sınaq Pxenyanın həyata keçirdiyi ən provokativ aktdır
Ekspertlər qeyd edir ki, Şimali Koreya əvvəllər də Yaponiya üzərindən raketlər göndərib. Lakin Pxenyan raketlərin peyklər daşıdığını iddia edirdi. Bu dəfə isə təhlükənin daha ciddi olduğu bildirilir.
“Hwasong-12” raketi böyük nüvə silahını orta bölgələrə daşıya bilmək qabiliyyətinə malik olduğu bildirilir.
Harvard Kennedy məktəbinin Şimali Koreya qrupunun eksperti Con Parka görə Pxenyanın belə bir hərəkət etməsi beynəlxalq hüquq normalarına ziddir.
BMT Təhlükəsizlik Şurasının qərarı ilə Şimali Koreyaya bütün nüvə və ballistik raket silahlarının inkişaf etdirməsi qadağandır.
Şimali Koreyanın son atdığı raket yeni tip ballistik silah deyil. Bu, son həftələrdə Şimali Koreyanın sınaqdan keçirdiyi digər orta mənzilli və qitələrarası raketlər kimidir.
Raket 550 km məsafə qət edib. Bundan əvvəl atılan raketlərdən daha az məsafə qət edib. Ekspertlər raketin atıldığı yerin də çox vacib olduğunu bildirir.
Son raket Sunandan, Pxenyana yaxın bölgədən göndərilib. Bundan öncə heç vaxt bu ərazidən raket atılmamışdı. Bu, o deməkdir ki, Şimali Koreya bazalarını çoxaldıb.
“Bu, artıq standartların üstündə əldə edilən silahdır və xüsusilə də imkanları baxımından aşağı dəyərləndirilən bir ölkə üçün üst səviyyəli silahdır” – Park vurğulayıb.
Beynəlxalq sülh üçün Karneqi Fondundan Douq Paal BBC-yə bildirib ki, beynəlxalq təzyiqlərə rəğmən Pxenyan ballistik raket və nüvə silahları proqramında irəliləyiş əldə etdiyini göstərib.
Lakin Şimali Koreyanın Quamı deyil, Yaponiya üzərindən raket göndərməsi də digər müzakirə edilən məsələdir.
Cənubi Koreyanın Pusan Milli Universitetinin professoru Robert Kelliyə görə əgər Şimali Koreyalılar raketi Quama yaxın ərazidə sınaqdan keçirsəydi, cavab vermək üçün Trampı məcbur qoyacaqdı. “Bu səbəbdəndir ki, Yaponiyaya yaxın əraziyə raket göndərildi və Trampı oyun xaricində buraxdı” – professor qeyd edib.
Buna baxmyaraq, bir çoxlarının fikrinə görə, məsələ nə diplomatik yolla, nə də Çindən müttəfiqinə qarşı hərəkətə keçməsini gözləməklə həll olunmayacaq. Məsələnin həll yolunun hərb olduğu bildirilir.(musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...