Ölkə üzərinə artan beynəlxalq təzyiq fonunda Şimali Koreya bir çox səfirlərini Pxenyana geri çağırıb. Bu barədə "Rönhap" agentliyi məlumat yayıb
"Diplomatik tərkibdə görüş keçirmək üçün bir çox dövlətlərdə təmsil olunan səfirlər ölkəyə çağırılıb", - KXDR hökumətindəki mənbə agentliyə bildirib.
Geri çağırılan diplomatlar arasında bu ölkənin Çindəki səfiri Li Cje Ryon, Rusiyadakı səfiri Kim Hyon Cjun və BMT-dəki daimi nümayəndə Ca Son Nan da var.
MilliYol.Az
Digər xəbərlər
loading...