Jurnalisti təhqir edən direktor cəzalandırıldı “Polat Yol Yapı” şirkətinin qanunsuzları davam edir Azərbaycanda yüksək vəzifəli dövlət məmuru saxlanıldı Azərbaycanda direktor toya pul əvəzinə diplom saldı: “İxtisası özün seç“
 

“General var-dövlətimizi ələ keçirir“ - Prezidentə şok müraciət

Tarix 27.12.16, 16:19

Font ölçüsü : - / +
bitmap-img6

Bir neçə gün bundan əvvəl “Real MTK”-nın həbsdə olan təsisçisi və rəhbəri İlham Qasımovun anasının mətbuata verdiyi açıqlamlar ölkə ictimaiyyəti arasında geniş rezonans doğurub.


Saytımızda da dərc olunan həmin açıqlamada Gözəl Cəfərova bu il noyabrın 30-da 15 il müddətinə azadlıqdan məhrum edilən oğlu İlham Qasımovun həm istintaq zamanı, həm də məhkəmədə haqsızlıqlarla üzləşdiyini, sifarişlə həbsə alındığını bildirib. Sifarişçinin isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanov olduğu iddia edib.

Qeyd edək ki, İlham Qasımovun barəsində bu il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tərəfindən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. İş adamının  adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçsə də, özü hazırda həbsdədir. Qasımovun ailə üzvləri və eləcə də vəkili Mərdəli Süleymanov bu hökmün qanunsuz olduğunu, iş adamının sifarişlə həbs olunduğunu deyirlər.

Elə səsini saytımız vasitəsilə ölkə prezidenti İlham Əliyevə çatdırmaq üçün “AzPolitika.info”nun redaksiyasına gələn iş adamının baçısı Təranə Qasımova da qardaşının günahsız yerə həbsə alındığını bildirir .

Təranə Qasımova qardaşı İlham Qasımovun həbsinin general Müqəddəs Sultanovun və iş adamı Gülağa Tənhanın sifarişi ilə baş tutduğunu iddia edir. Məhkəmə prosesinə sədrlik edən Zeynal Ağayevin isə bu sifarişi yerinə yetirdiyini, qardaşını günahsız yerə həbsə aldığını söyləyir. 

Prokuror bina tikir!

T.Qasımova “AzPolitika.info”ya açıqlamasında həm istintaq, həm də məhkəmə prosesi zamanı qardaşına təzyiqlər olduğunu bildirərək, qeyd edib: “Qardaşıma qarşı  cinayət işinin başlanmasının səbəbi və əsası kimi Binəqədi Rayon Məhkəməsinin qətnaməsi göstərilib. Bu haqda mətbuatda çox yazılıb. Ancaq qeyd edım ki, cinayət işi birbaşa Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev tərəfindən başladılıb. İttiham aktında cinayət işinin başlanmasının səbəbi kimi göstərilir ki, guya İlham Qasımov “Real MTK”-nın həmtəsisçisi olduğu zaman Gülağa Qəmbərov adlı şəxslə qarşılıqlı fəaliyyət haqqında Bakı şəhəri Yusifbəyli küçəsi 39-41 ünvanında yerləşən ərazidə 25 mərtəbəli ev tikmək barədə müqavilə imzalayıblar. Guya G.Qəmbərov həmin tikintinin aparılması üçün İ.Qasımova nağd formada 13 milyon 687 min manat pul ödəyib. İ.Qasımov isə guya heç bir tikinti işi aparmadan həmin pulları mənimsəyib.

Qeyd edim ki, İ.Qasımov “Real MTK”-nın nə təsisçisi, nə üzvü, nə də hər hansı payçısıdır.  Eyni zamanda G. Qəmbərovun tərəfindən şəxsən “Real MTK”-ya hansısa məbləğdə pul verilməsiylə bağlı da hər hansı sübut yoxdur”.

T.Qasımova işdəki saxtakarlıqları göstərən konkret faktların olduğunu bildirdi: “Burada saxtakarlıqlardan biri ondan ibarətdir ki, G.Qəmbərovun həyat yoldaşı Şəhla Əliağa qızı Rüstəmovanın “Real MTK”-da payı necə əldə etməsi konkret araşdırılmayıb. Onun adı  MTK-nın payçıları sırasına salınıb. Halbuki, ona MTK-dakı payını İ.Qasımov satıb. Qardaşım özünün bütün payını Ş.Rüstəmovaya və general Müqəddəs Sultanovun həyat yoldaşı Təranə Əliyevaya notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında satıb. Məhz İ.Qasımov payını satdıqdan sonra Ş.Rüstəmova və T.Əliyeva həmin paya sahib olublar. Beləliklə, Ş.Rüstəmovanın həmin kooperativdə payı 45 faiz olub. T.Əliyeva isə 10 faiz pay sahibi olub. Bununla da 2014-cü ildən İ.Qasımov MTK-nın nizamnamə fondunda olan öz payını sataraq, kooperativin təsisçiliyindən çıxıb.  Yəni 2 il əvvəl İ.Qasımov “Real MTK”-dakı payçılıqdan və üzvlükdən çıxaraq, payını adları çəkilən şəxslərə satıb. Ancaq bu fakt lazımı istiqamətdə araşdırılmayıb.”

10 faizlik pay…

T.Qasımovanın sözlərinə görə, bütün işlərin başında da elə T.Əliyeva və onun həyat yoldaşı dayanır: “Bildirirəm ki, T.Əliyevanın həyat yoldaşı Respublika Baş Prokurorluğunda işləyən general Müqəddəs Sultanovdur. Elə G.Qəmbərovla qardaşım İ.Qasımovu da general Müqəddəs Sultanov tanış edib. Hazırkı payın bölüşdürülməsi məsələsi də M.Sultanovun razılığı ilə həyata keçirilib. Qeyd etdiyim epizod məhkəmə istintaqında da araşdırılıb. G.Qəmbərov və İ.Qasımov ifadələrində deyiblər ki, hər ikimiz Müqəddəs Sultanovla dost olmuşuq. M.Sultanovun tanışlığı və təşəbbüsü ilə hazırki müqavilə bağlanıb. Ş.Rüstəmova G.Qəmbərovun, Təranə Əliyeva isə M.Sultanovun həyat yoldaşıdır. Qeyd etdiyim kimi, M.Sultanovun həyat yoldaşı T.Əliyevanın adına həmin MTK-da 10 faiz  payı var”.

T.Qasımova qardaşı ilə bağlı ittihamın da qurama olduğunu bildirdi: “İttihamda yazıblar ki, guya İlham Qasımov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən sui-istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin küllü miqdarda əmlakını ələ keçirib. Guya Nərimanov rayonu, N.Yusifbəyli küçəsi 39/41 saylı ünvanlarda çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirməli olan ”MTK-Real”-ın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə edib. Layihə sənədlərin hazırlanması və təsdiq olunmasını 10 milyon manat pulun müqabilində həll edəcəyini MTK-nın faktiki təsisçilərindən olan Gülağa Qəmbərova yalandan vəd verib. Əslində isə məsələ belə deyil. Bunlar sifarişlə, yalandan quraşdırılıb.

Bununla bağlı bir faktı da qeyd etmək istəyirəm ki, 39-41 saylı evlərin yerində 25 mərtəbəli mənzilin tikintisi barədə müqavilə “Odlar yurdu” MTK-nın təsisçisi Bünyatzadə ilə bağlanıb. Bünyatzadə G.Qəmbərovun dostudur. “Odlar yurdu” MTK-nin təsisçilərindən də biri general Müqəddəs Sultanovun baldızıdır. Yəni, tikintiylə məşğul olan hər iki şirkətdə M.Sultanovun payı var”.

“Ya cinayət, ya da mülki məsuliyyət…”

T.Qasımovanın sözlərinə görə, general M.Sultanov həyat yoldaşının tikinti şirkətlərində paya sahib olmasını gizlətməyə çalışır: “Qardasıma cinayət işi açılanda etdiyimiz şikayətlərdən sonra T.Əliyeva “Real MTK”-dakı payını digər şəxsə satdı. Bu üzdən də hazırda “Real MTK”-nın payçıları sırasından çıxıb. Onun MTK-dan çıxmasına səbəb isə bizim etdiyimiz şikayətlər olub. Həmin şikayətlər həm Prezident Administrasiyasında, həm də Baş Prokurorluqda araşdırılıb. Lakin aparılan araşdırmanın nəticəsi ilə bağlı bizə hər hansı məlumat verilməyib”.

T.Qasımova daha sonra qeyd etdi ki, qardaşının G.Qəmbərovun pullarını mənimsəməsi barədə iddiaların yalan, ittihamnların saxta olduğunu başqa faktlar da göstərir: “Hazırki cinayət işinin əsas məğzi ondan ibarətdir ki,  guya G.Qəmbərov pulu birbaşa İ.Qasımova verib. Ancaq cinayət işində 4 akt var. Bunlar Ş.Rüstəmovanın “Real MTK”-ya üzv olarkən ödədiyi pulların aktlarıdır. Ş.Rüstəmova şəxsən 4 dəfə pul ödəyib. Həmin vəsait isə MTK-nın kassasına mədaxil olunub”.

T.Qasımova işdəki  digər bir absurd və qanunsuz hal  kimi G.Qəmbərovun həyat yoldaşının müraciəti əsasında Binəqədi Rayon Məhkəməsində çıxarılan qərarı göstərdi: “Ş.Rüstəmova Binəqədi rayon Məhkəməsində “Real MTK”-nın həmtəsisçiləri barəsində mülki iddia qaldırıb. Mülki iddiaya baxılıb və Ş.Rüstəmovanın xeyrinə qətnamə çıxarılıb. Qətnamədə göstərilib ki, bütün xərclər çıxıldıqdan sonra Ş.Rüstəmovanın xeyrinə pul tutulmalıdır- 4 milyon 797 min manat. Qətnamə çıxarıldıqdan sonra onun həyat yoldaşı G.Qəmbərov məhkəməyə müraciət edib ki, güya İ.Qasımova 13 milyon 787 min manat pul verib. Ona görə də həmin pul ona qaytarılmalıdır. Absurd ondan ibarətdir ki, ər də, arvad da həmin pulu ayrı-ayrılıqda istəyir. Yəni bunlara ikiqat pul verilməlidir. Biz isə deyirik ki, hər hansı əmələ görə bir məsuliyyət olmalıdır. Ya cinayət, ya da mülki məsuliyyət. Əgər tərəflər arasında müqavilə varsa, o zaman hansısa cinayət məsuliyyətindən söhbət belə gedə bilməz”.

Hakim prokurorun xalası oğludur!

T.Qasımovanın sözlərinə görə, ittihamdakı saxtakarlıqlar məhkəmədə də davam etdirilib: “Qardaşıma noyabrın 30-da hökm oxunub. İlham Qasımova hökm oxunduğu vaxt vəkilləri orda iştirak etməyib. Bu barədə məhkəməyə əvvəlcədən məlumat verilsə də, hakim Zeynal Ağayev prosesi İ.Qasımovun vəkilləri olmadan başa vurdu. İ.Qasımovun etirazına baxmayaraq, məhkəmə ona 5 dəqiqənin içində 33 səhifəlik hökmü oxumadan iş verib. Baxmayaraq ki, prokuror 12 il iş istəmişdi, hakim qardaşıma 15 il cəza verdi. Halbuki, ittihamda ”zərərçəkən” kimi təqdim edilən şəxslər məhkəmədə “biz heç bir zərər çəkməmişik, İlham Qasımova qarşı heç bir şikayətimiz yoxdur” demişdilər. Hakim isə bunları belə nəzərə almayıb, prokurorun istədiyindən də yüksək iş kəsdi.

Yenə də deyirəm ki, guya zərçəkənlər məhkəmədə dedilər ki, zərərçəkmiş şəxs qismində müraciət ərizələri belə yoxdur. Adı hallanan şəxslərdən Kamal Yüzbaşov məhkəmə prosesində dedi ki, hamı kimi pul verib ev almışam. Bu gün də həmin evdə yaşayıram. İ.Qasımovdan da narazı deyiləm. Korrupsiyaya qarşı Mübarizə İdarəsində də dedim ki, bəsdirin, mən elm adamıyam. Məni bura aparıb, gətirməyin. Hakimə dedi ki, ay hakim, məndən nə istəyirsiniz, pulumu verib ev almışam. Eləcə də digər şəxslər”.

Məhkəmənin qardaşı ilə bağlı belə ağır hökm çıxarmasını isə T.Qasımova hakim Zeynal Ağayevlə general Müqqəddəs Sultanovun yaxın olmaları və ikincinin sifarişi ilə bağlayır: “Hakim Zeynal Ağayevlə general Müqqəddəs Sultanov hər ikisi Cəlilabad rayonundandır, yerli və yaxın qohumdurlar. Deyilənə görə, hətta hakim Zeynal Ağayev Müqəddəs Sultanovun doğma xalası oğludur. Buna görə də “Cinayət işi” Müqəddəs Sultanovun sifarişi və ssenarisi əsasında hakim Zeynal Ağayevin icraatına verilmişdir. Bu da onu göstərir ki, məhkəmə prosesi sifarişlə həyata keçirilib. General Müqəddəs Sultanov məhkəməyə təzyiq göstərib. Ortada şikayətçi olmasa da, cəza çəkən var – İ.Qasımov. Bu saxta cinayət işində, ümumiyyətlə, sübut yoxdur”.

Bizdən torpaq sahəsini tələb edir!

Təranə Qasımova qeyd etdi ki, general Müqqəddəs Sultanov onların ailəsini, demək olar hər gün təhdid etdirir: “Gülağa Tənhadan başlamış, müxtəlif adamların vasitəsi ilə bizə sifariş göndərir ki, dediyimlə razilaşmasanız daha da pis olacaq. Bundan pis nə ola bilər ki? Qardaşıma heç nədən 15 il cəza verdirmisən. Yəqin Müqqəddəs Sultanov vəzifəsindən sui-istifadə edərək İlham Qasımovu həbsxanada belə rahat buraxmaq fikrində deyil”.

İş adamının bacısı bildirir ki, general Müqəddəs Sultanov onlardan Bakı şəhəri, Nəsib Yusifbəyli küçəsi 39/41 saylı ünvanlarda yerləşən torpaq sahəsini tələb edir. “Həmin ərazinin qiyməti isə milyonlarla manat dəyərindədir. Müqəddəs Sultanov ailəmizə sifariş göndərərək, bildirir ki, istədiyim ərazini verin, İlham Qasımov azadlığına qovuşsun. Görünən odur ki, Baş Prokurorluğun İdarə rəisi açıq-aşkar “qoçuluq” edir. Qanunun bütün aliliyini pozmaqla bərabər heç nədən qorxmur”.

Prokurorun tələb etdiyi torpaq sahəsi

Təranə Qasımova bildirir ki, general Müqəddəs Sultanov onun göstərişlərini icra edən Gülaga Tənhanın da xeyli pulunu ələ keçirib: “Belə ki, Müqəddəs Sultanovun bütün “qara işlərini” görən Abbas Səfərov Beynəlxalq Bankdan götürdüyü 2 milyon manat krediti qaytarmadığına görə saxlanılmışdı. Həmin vaxt Sultanov Gülağa Tənhadan Abbas Səfərovun borcunu bağlamaq üçün 6 milyon manat borc alıb və onun 2 milyonunu Beynəlxalq Banka verib. Daha sonra isə Gülağa Tənha pulu istədikdə, Sultanov bildirib ki, “Odlar yurdu” MTK-dakı tikintidən pul əldə edəndə borcunu qaytaracaq. Mənim bildiyimə görə bu borc hələ də qaytarılmayıb”.

Prokurorun siyasi muhacir qardaşı!

Təranə Qasımova qeyd edir ki, Baş Prokurorluğun İdarə rəisi G.Tənhadan aldığı 6 milyon manat vəsaitdən 4 milyonunu Almaniyaya göndərib: “Almaniyada Sultanovun mühacir qardaşı Müşfiq Sultanov yaşayır. Artıq Almaniya dövlətinin vətəndaşlığını alan Müşfiq Sultanov, bir vaxtlar “Azərbaycanda demokratiya, söz azadlığı yoxdur, ölkəmizdə insanlara qarşı təzyiqlər var” kimi şüarlar səsləndirərək, bu ölkəyə sığınıb”. T.Qasımova qeyd edir ki, onlarda olan məlumata görə, hazırda Almaniyada Müqəddəs Sultanovla Müşfiq Sultanovun şərikli biznesi fəaliyyət göstərir. Həmin biznes üçün tələb olunan vəsaiti isə məhz Müqəddəs Sultanov göndərib.

““Azərbaycanda demokratiya yoxdur, diktatura var”, – deyən, xaricdə sığınacaq alan  birisinin qardaşı bu gün dövlətinə sadiq qardaşımı saxta ittihamlarla 15 il azadlıqdan məhrum etdirib. Mən burdan sual edirəm: Nəyə görə general Müqəddəs Sultanov öz qardaşının fəaliyyətini araşdırtmır?” – şikayətçi sual edir.

Təranə Qasımova bu işdə Müqəddəs Sultanov qədər hakim Zeynal Ağayevin də məsuliyyət daşıdığını bildirir:  “Yaxın qohumu Zeynal Ağayevin əli ilə qardaşıma axşam saat 17-18 radələrində hökm oxuyub, həbsə göndərir. Bu işi Zeynal Ağayevin icraatına da məhz belə qərar çıxarmaq üçün veriblər. Əldə etdiyimiz məlumata görə, dövlət ittihamçısı Əli Əliyev deyib ki, işi Z.Ağayevə saldırıb sizin xeyrinizə həll etdirəcəm. Eşitdiyimizə görə, bunların hamısının bir-biriylə çox yaxın bağları var. Bu bir daha onu göstərir ki, qardaşım bir qrup mafioz şəxsin oyununun və dələduzluğunun qurbanıdır”.

Cənab Prezident, bizi xilas et!

Sonda o, həm öz adından, həm də 72 yaşlı xəstə anasının adından Prezident İlham Əliyevdən kömək istədi: “Mən sizin vasitənizlə ölkə prezidenti İlham Əliyevə müraciət edirəm: Cənab Prezident! Müqəddəs Sultanov açıq təhdidlə bizim əlimizdə olan bütün mal-mülkü istəyir və qanunun məhz o olduğunu dilinə gətirir.

Cənab Prezident! General Sultanov çəkinmədən bizdən istədiyi torpaq sahəsini gec-tez ələ keçirəcəyini deyir. Bu isə o anlama gəlir ki, Müqəddəs Sultanov vaxtilə ailəmizin başına oyunlar açan MTN generalları Eldar Mahmudovdan, Akif Çovdarovdan fərqlənmir. Məhz bir vaxtlar Eldar Mahmudovla Akif Çovdarovun bandit dəstəsi qardaşımın oğlunu bir neçə dəfə qaçırdaraq, külli miqdarda pul aldıqdan sonra azad etmişdilər. İndi isə Müqəddəs Sultanov Eldar Mahmudovun yolu ilə gedir! Bu dəfə isə daha fərqli, daha ağır şəkildə”.

Təranə Qasımova qardaşına qarşı ədalətsizlik edildiyini bildirərək, Prezidentdən onun işini nəzarətə götürməyi xahiş edir: “Qardaşımın işlədiyi vaxtda vergidən yayınma halı belə yoxdur. Biz ailəlikcə hər zaman dövlətimizin və Prezidentimizin yanında olmuşuq. Qardaşım Beyləqanda “Heydər baba” məscidi tikdirib. Neçə şəhid ailəsinə himayədarlıq edib. Onu niyə həbs etdiklərinə səbəb belə tapa bilmirik. Sizin vasitəniz ilə səsimizi Prezident İlham Əliyevə çatdırırıq. İnanırıq ki, ölkə Prezidenti İlham Əliyev ailəmizin çox sayda ünvanladığı müraciətlərə cavab verəcək və haqq-ədalat öz yerini tutacaq.

Bizim xahişimiz odur ki, məhkəmə sistemi İ.Qasımovun işinə ədalətlə baxsın və o, azadlığına qovuşsun. İ.Qasımov xəstədir. İki dəfə ürək əməliyyatına məruz qalıb. General Müqəddəs Sultanov kimilər qərarverici idarələrdə əyləşib, bizim səsimizin yuxarı getməsinə imkan vermirlər. Biz, sadəcə, ədalət istəyirik”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Mənbə: AzPolitika.info



Xəbərin oxunma sayı : 3010

loading...

Gündəm

Önəmli

Son xəbərlər

22 NOYABR 2017

23:08 “Qarabağ“ “Çelsi“yə məğlub oldu - VİDEO

18:00 Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti başlayıb

17:51 Xəzərdə bir gündə üçüncü zəlzələ

17:44 Kiyev prokurorluğu Fikrət Hüseynlinin həbsinə çalışır – Protest verib

17:38 Oqtay Əsədov neftin qiymətindən danışdı

17:32 Dəniz Seki yenidən hakim qarşısına çıxmaq istəyir

17:26 Ukrayna ordusu Luqanskda hücuma keçdi?

17:20 Məcburi köçkünlərə verilən dondurulmuş əmək haqqı niyə dayandırıldı? - RƏSMİ

17:14 Əflatun Amaşov onlayn mediaya büdcədən vəsait ayrılmasını istəyir

17:08 “Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır” – Azərbaycan XİN

17:02 Günün ikinci zəlzələsi oldu

16:56 Azərbaycanda qış bu tarixdən başlayacaq

16:51 Beynəlxalq məhkəmə generalı soyqırımında təqsirli bildi

16:45 Ayı ovlayanlar saxlanılıb

16:39 “Onların həyatı üçün hər an təhlükə yarana bilər...” - Azay Quliyev

16:33 Hacı İbrahim Nehrəmli: ““Quska” nın 20 adamı gəlib məni axtarmışdılar”

16:27 Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib

16:21 On səkkiz ton pomidorda problem yaranıb? - Rəsmi açıqlama

16:15 Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

16:09 Livanın baş naziri istefa qərarından imtina etdi

16:04 Mübariz Mənsimov dövlətə yarım milyard “atıb”

15:58 “Cavan arvadını niyə efirə çıxarırsan?” - Vasif qınadı

15:52 Komitə sədri büdcədən səhiyyəyə ayrılan vəsaitin azalmasına etiraz edib

15:46 Rasim Balayev müalicə üçün Türkiyəyə getməyəcək

15:40 “İctimaiyyət prezident seçkilərini səbirsizliklə gözləyir” – Məzahir Pənahov

15:34 Vitse-spiker hakimlərin və vəkillərin sayının artırılmasını təklif etdi

15:28 Ərdoğan: Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər

15:22 37 illik diktatoru “Timsah” əvəzləyəcək

15:16 “Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov

15:10 Bir vedrə su ilə “təmizlənən” marşrutlar - Video

15:05 Prezidenti NATO-nun iclasında iştirak edəcək

14:59 Tbilisidə xüsusi əməliyyat: bir terrorçu saxlanıldı - Video

14:54 Fuad Poladov: “Oğlumun toyunu görmək istəyirəm”

14:48 Azərbaycanda daha bir ana ölümü

14:42 Venesuelada dolların məzənnəsi 100 000 bolivara yaxınlaşır

14:36 Pakistanın Baş Qərargah rəisi Azərbaycana səfər edəcək

14:32 Lavrov kriminal avtoritet “Don Pipo”nun evində qonaq olub

14:30 Müstəntiqlərin sayı artırılsın! - Deputatdan təklif

14:24 Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

14:18 Zahid Orucdan hökumət üzvlərinə konkret suallar

14:12 Atambayev Putinə orden verdi

14:06 “İş yerlərini ali təhsillilər yaratmalıdır, bizim gənclər isə….” – AMEA-nın idarə rəisi

13:36 Vidadi Zeynalov və Beytulla Hüseynovun üzərindən həbs götürülən əmlakları – SİYAHI

13:32 Senator Süleyman Kərimovun saxlanma müddəti uzadıldı

13:26 Ukraynada Türkiyə vətəndaşını satanist üsullarla öldürən azərbaycanlı tutulub

13:20 “Qiymət qalxdısa, enməsi çətin olur” – Deputat

13:14 Sabaha olan hava proqnozu

13:08 “ABŞ Dağlıq Qarabağdakı separatçıları maliyyələşdirməyi dayandırmalıdır”

13:02 ABŞ sözçüsü Ərdoğanın ittihamını təbəssümlə qarşıladı

12:57 “Azərbaycanda sərt pul-kredit siyasəti davam etdirilməlidir” – EBRD

12:51 Tbilisidə antiterror əməliyyatında bir xüsusi təyinatlı yaralanıb

12:45 ABŞ-a görə lirə sürətlə dəyərdən düşür... - Zərrabın da burada rolu var

12:39 Sərdar Ortaçdan Könül Xasıyevaya dəstək

12:33 Çində “Skype”a qadağa qoyuldu

12:30 Azərindən etiraf: “O sevgini yaşamıram“

12:27 Milli Məclisdə 2018-ci ilin büdcə zərfinin müzakirəsi davam edir

12:23 Komitə sədrinin biznesmen qardaşı ilə bağlı yeni iddialar: milyonluq “oyuncaq”lar, qızlar...

12:21 Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 108 nəfər ölüb

12:15 Azərbaycanda bu şəxslərə 5 min manat veriləcək - QƏRAR

12:09 Qondarma «LXR»-nın başçısı Rusiyaya qaçıb - Ukrayna DİN

12:05 Ziya Məmmədovun müdafiə komandası “qudasını” hədəfə gətirib?

12:03 “Atletiko”nun ümidi “Qarabağ”a qalıb

11:58 “Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır

11:52 İlham Əliyev Ukrayna prezidenti ilə görüşəcək

11:48 “Sədərək”də vergi yoxlamasından sonra ciddi gərginlik – İcarə haqları qaldırılıb

11:46 Rusiya Xəzər dənizində antiterror təlimləri keçirib

11:40 Fədayə Laçının bağışlanılması üçün prezidentə müraciət edildi – ADLAR

11:34 Ermənilər terror törətdiklərini etiraf etdilər – FOTOFAKT

11:28 Bakıda “BMW X5” dəhşətli qəza törətdi: ölən var

11:22 Rəsulzadənin xanımının məzarı tapıldı - Foto

11:16 45 yaşlı kişi qətlə yetirilib

11:10 İraq bazarına intiharçı hücum: 23 adam ölüb

11:04 “Qarabağ” bu gün Bakıda İngiltərə çempionu “Çelsi”ni qəbul edəcək

10:59 Bakıda silah və narkotik satan dəstə zərərsizləşdirilib

10:54 Bu gün Putin Türkiyə və İran prezidentləri ilə görüşəcək

10:48 Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb

10:42 Qarabağda mina partladı - 3 erməni əsgər öldü, 1-i yaralıdı

10:36 Gələn ildən yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq

10:30 Tbilisidə antiterror əməliyyatı keçirilir

10:24 Azərbaycan nefti bahalaşdı

10:19 Bakıda avtobus yük maşını ilə toqquşub - Xeyli sayda yaralı var

10:15 Putinlə Tramp nədən danışıbar? - Ağ Ev açıqlayıb

10:10 Eldar Mahmudovun şərti var: istintaqa gizli gələcək

10:04 Ədliyyə naziri məhkumların qaçmasından danışdı

10:00 Atəşkəs iriçaplı pulemyot və minaatanlarla pozuldu

21 NOYABR 2017

18:27 Dövlət müşavirləri vəzifəsi ləğv edildi - SƏRƏNCAM

18:00 “BakuBus”ın avtobusu gənc qızı vurdu

17:54 Putin: “Suriyanın 98 faizi hökumət qoşunlarının nəzarəti altındadır”

17:49 “Neolit”, “Qızılqaya” və bir neçə restoran sökülə bilər - Video

17:42 İbrahim Qalın: Türkiyə NATO-dan çıxmaq niyyətində deyil

17:35 “Sərt xarici şok olmazsa, gələn il valyuta bazarında...” - Baş bankir

17:28 Bakıda temperatur yenə iqlim normasını keçdi

17:20 Futbol üzrə millinin sabiq üzvü məhkəmə zalından həbs edildi

17:13 “Bəzi səfirliklər bağlansın” - Deputatdan tələb

17:05 Sahibkarlıq subyektlərində yoxlamalar 921 dəfə azalıb

16:59 “Amerikanın dərdi başqadır” - Ərdoğan

16:50 Brüsseldə keçirilən beynəlxalq forum davam edir

16:43 Lənkəranda yanacaqdoldurma məntəqəsində YANĞIN: Yaralılar var

16:35 Qazaxıstanın xarici işlər nazirinin müavini Bakıya gələcək

16:28 Nigeriyada məscidə terror hücumu: ölənlərin sayı 50 nəfərə çatıb

16:21 Sabirabadda baş verən qəzada bir ailənin iki üzvü ölüb

16:15 Baş redaktor həbs edildi – Terrora dəstək ittihamı

16:09 Ebru Gündeş Rza Zərrabdan ayrılır - Son qərarını verdi

16:01 “Aİ-nin ərazi bütövlüyü məsələsinə münasibəti yaxın vaxtlarda dəyişəcək” - Səfir

15:56 Livan İsraillə sərhəddə tam döyüş hazırlığı elan etdi

15:50 “Ağır oyuna çıxacağıq” – Qurban Qurbanov

15:44 Böyük Britaniya səfiri: “YPG ilə İŞİD anlaşıb”

15:38 Azərbaycanda kriptovalyuta istifadə olunacaqmı? – Elman Rüstəmovdan cavab

15:32 Məhkəmə MTN generalının vəsatətini qismən təmin edib

15:26 Azərbaycanın strateji valyuta ehtiyatları 42 mlrd. dolları ötüb

15:20 “Çelsi”nin Bakıdakı məşqinə 150 polis nəzarət edəcək

15:14 Mübariz Mənsimov: “Boşuna zəhmət çəkməyin, sizdə alınmayacaq”

15:08 Naməlum silahlı şəxslər Luqansk şəhərinin mərkəzini ələ keçiriblər - Video

15:02 “Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” – Rasim Balayev

14:55 “Valyuta bazarında sabitlik qorunacaq” - Elman Rüstəmov

14:49 Azərbaycanın sabiq XİN rəhbəri: “Lavrovun səfərindən heç nə gözləmirdim”

14:43 Məhkəmə Tatlısəsə qızını vermədi

14:37 Rusiyada azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanıldı

14:31 Bu il 1019 həkim imtahandan kəsilib

14:25 ABŞ-dan Zərrabla bağlı ŞOK QƏRAR: heç bir şeylə ittiham edilməyəcək



loading...
Deputat: “Kimsə o pulları yeyib, özünə villalar, yaxtalar alıb”

“Tacikistanla özümüzə təsəlli verməklə biz heç yerə gedə bilmərik”
“Milyonçu qadın“ ləqəbli Rəbiyə Qədir kimdir?

Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub.
Jurnalistin verdiyi sual ona baha başa gəldi (VİDEO)


İtaliyada Nemo televiziyasının müxbiri canlı yayımda açıqlama alarkən respondentinin sərt reaksiyası ilə üz-üzə qalıb.
Musavat.com-a giriş dayandı: son 10 ildə ilk...

Ölkənin ən böyük xəbər portallarından olan Musavat.com saytında problemlər yaranıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016