«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, çərşənbə axşamı İsrailin Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, fələstinlilərin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciətinin hüquqi qüvvəsi yoxdur
«Fələstinin müraciətinin hüquqi qüvvəsi yoxdur, İsrail-Fələstin məsələsi isə BCM-nin yuridisiyasına daxil deyil. Belə ki, İsrail bu Məhkəmənin üzvü, Fələstin milli administrasiyası isə dövlət deyil. İsrail gözləyir ki, BCM və onun prokurorluğu Fələstinin təzyiqinə uymayacaq, fələstinlilərin bu məhkəməni siyasiləşdirmək cəhdlərinə qarşı duracaq və onu öz mandatından boyun qaçırmağa məcbur edəcək» – İsrail XİN bəyanatında belə deyilir.
«Yəhudi dövləti məhkəmə nəzarətinin müstəqil və dolğun mexanizmlərinə və həm də beynəlxalq hüquqa uyğun hərəkət edir» – deyə, nazirlik əlavə edib.
Xəbər verildiyi kimi, Fələstin bu günlərdə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək, öz ərazisində yaramış vəziyyəti araşdırmağı xahiş edib. Bu barədə Fələstinin xarici işlər naziri Riyan əl-Maliki Haaqada keçirdiyi mətbuat konfransında xəbər verib.
MilliYol.Az
Digər xəbərlər
loading...