Şənbə, 20 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

“Ermənistan status-kvonu saxlamaq və ilhaq məqsədi güdür”


Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın açıqlamasına münasibət bildirib

 H. Hacıyev deyib ki, məntiqə uyğun olmayan və cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir: 

“Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir. Hələ Ter-Petrosyanın vaxtından bu illər ərzində Azərbaycan danışıqları bilavasitə Ermənistanla aparır. Qarabağdan olub-olmamasından asılı olmayaraq, Azərbaycan danışıqları Ermənistanın prezidentləri ilə aparıb. İşğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin danışıqlarda iştirak etməsi barədə Ermənistanın irəli sürdüyü iddia danışıqlar prosesini iflic vəziyyətinə salmaq, işğala əsaslanan status-kvonu saxlamaq və işğal olunmuş Azərbaycan ərazilərini anneksiya etmək məqsədi daşıyır”. (apa)
Etiket:

loading...