Əməkdar artist Murad Dadaşov reper Elşad Xose ilə aralarındakı inciklikdən danışıb
Axşam.az-ın məlumatına görə, onlar arasındakı davaya “Maşın” şou səbəb olmuşdu. Oyunda iştirakçı olan ifaçı ilə M.Dadaşov arasında söz davası yaranmışdı. Şoudan sonra Elşadın solo konserti təxirə salınmış, əvəzində mərhum reper Hüseyn Dəryanın tərdbiri salınmışdı. Həmin ərəfədə Xosenin konsertini məhz M.Dadaşovun intiqam üçün təxirə saldırdığı yayılmışdı.
Şoumen bu məsələyə “5-ci element” verilişində aydınlıq gətirib. O bildirib ki, bu sadəcə təsadüf olub:
“Elşad Xose Azərbaycanda ən istedadlı insanlardan biridir. O da mənim kimi həddən artıq məsuliyyətsiz biridir. Ona qarşı əsəbi idim, bir müddət küsülü qalmışdıq. Bir ara dedilər ki, Elşadın acığına Hüseyn Dəryanın konsertini saldım. O ərəfədə biletlər satılmadı, bir təsadüf oldu. Düşünürəm ki, Elşadın həyatında mənim də günahım olub. Dost olaraq onun gündəlik həyatında iştirak edə bilmədim. Etsəydim, həyatda daha böyük uğurlar qazanardı".
MilliYol.Az
Digər xəbərlər
loading...