Lələ təpə döyüşçüsü Səlim Müslümovdan kömək istəyir Azərbaycanda iki jurnalistə vəzifə verildi Jurnalisti təhqir edən direktor cəzalandırıldı “Polat Yol Yapı” şirkətinin qanunsuzları davam edir
 

“Dağıstanda kimi tapdılar, gətirib millidə oynadırlar“ - MÜSAHİBƏ

Tarix 09.01.17, 13:11

Font ölçüsü : - / +
bitmap-img6

Fuad Musayevi tanımayan yoxdu. AFFA-nın ilk prezidenti, ölkə futbolunda iz qoymuş, ilklərə imza atmış şəxs. Təkcə Azərbaycanın Asiyanın futbol ailəsinə deyil, UEFA-nın üzvünə çevrilməsini xatırlamaq kifayətdi ki, ona minnətdarlıq edək. Onunla sonuncu dəfə iki il bundan əvvəl görüşmüşdük.


Səhhətində problemlər var idi. İş o yerə gəlib çatdı ki, görüşümüzdən bəhs edən yazı dərc olunanda artıq xəstəxanadaydı. Sonradan hər şeyin qaydasında olduğunu, övladları ilə birlikdə ölkə xaricinə, müayinə və istirahətə getməyə hazırlaşdığını eşidib sevindim. Düzü, ondan sonra uzun müddət Musayevdən xəbərim olmadı. Hara getdi, necə oldu bilmədim. Səhlənkarlıq yox, qayğıların, iş-gücün başdan aşması səbəbindən əlaqə saxlamasam da, adını qəzetdə və internetdə görəndə əmin olurdum ki, hər şey qaydasındı. Növbəti dəfə Olimpiya Stadionunda – "26-cı dəqiqə” filminin təqdimatında görüşdük. Ayaqüstü salamlaşandan sonra yanında çox dayanmadım. Çünki ətrafdakılar bir andaca onunla görüşməyə, hal-əhval tutmağa başladılar. Təqdimat mərasimində aparıcılar onu təqdim etməyi, mikrofona çağırmağı unutsalar da, Kazbek Tuayev aparıcıların bu nöqsanını düzəltdi və onu səhnəyə çağırdı. Danışmağa, keçmişi vərəqləməyə başladı. Mövzu Azərbaycan futbolunun tarixində iz qoymuş insanlara qarşı laqeydlikdən, veteranların futboldan kənarda qalmasından düşüncə tədbirin xanım aparıcı ardıcıl iki dəfə onun sözünü kəsdi, vaxt azlığını xatırlatdı. Hiss edirdim ki, ürəyi doludu. Fürsətdən istifadə edib sözlərini həm AFFA-nın baş katibinə, həm də ora toplaşanlara çatdırmaq istəyir.


Üç gün sonra zəngləşdik, "Məni unutmusan” deyib gileylənəcəyinə təəccüblənmədim və elə həmin an "yeni ildə mütləq sizə baş çəkəcəyəm” sözünü verdim. Sözümü yerinə yetirdiyim gün böyük bir masanın ətrafında 2 il bundan əvvəl olduğu kimi üzbəüz oturub xeyli söhbətləşdik. Danışdıqlarımızdan müsahibəyə çevirə bildiyim hissələri sizin ixtiyarınıza buraxıram:


- Fuad müəllim, "necəsiz” soruşmuram. Maşallah, gümrahsız.


- Yeni il ərəfəsində İsmayıllıya getmişdim, bir az kənd havası uddum. Gümrah olmağa çalışıram.


- Deyəsən, futbolsuz qala bilmirsiz. Yenə ölkə futboluyla maraqlanırsız...


- Özün görürsən, masamın üstü qəzetlə doludu. Özüm evdən çıxanda alıram, ya da yanıma kimsə gələndə tapşırıram. "Futbol+” vasitəsiylə olanlardan xəbər tuturam. Futbolumuzun hazırkı vəziyyətinə çox təəssüflənirəm. O günkü tədbirdə də dedim. Futbol adamları bu işdən kənarda saxlanılmamalıdı, onların bilik və bacarığından istifadə olunmalıdı. Bu sözüm kimlərinsə xoşuna gəlmədi.


- Ötən illərdə futbolumuzda heç nə dəyişməyibmi?


- Təxminən 15 il bundan əvvəl qəzetlərdən biri məndən müsahibə almışdı. Azərbaycan idmanından danışmışdıq. Demişdim ki, bizim idmanımız düzgün yolda deyil. Səhər qəzetdən mənə zəng vurdular. Ağacan Əbiyev, Rəfiqə Şabanova və Taekvando Federasiyasından bir nəfər gəlib mənə etiraz bildirirmişlər, cavab verməyə çalışırmışlar. Dedim ki, buyursunlar. Əslində, mənim iradım daha çox kollektiv idman növlərinə aid idi. Zaman da sübut etdi ki, haqlı imişəm. Hanı indi Şabanovanın həndbolçuları? Niyə, qazandıqları uğurları, mükafatları görmürük? Taekvando, boks kimi idman növləri fərdidi. Kollektiv idman növlərində vəziyyət daha acınacaqlıdı. Futbolda da o cümlədən. AFFA rəsmiləri inkişaf deyəndə nəyi nəzərdə tuturlar? 15 ildi milyonlar xərclənib. Düz söz acıqlarına gəlir. Özünüz də gördüz, film təqdimatında problemləri qabardan kimi iki dəfə sözümü kəsdilər, imkan vermədilər ki, məni narahat edən məsələlərdən danışım.


- Tənqidçilərin qarşısını həmişə bir arqumentlə kəsirlər. Deyirlər ki, hamı tənqid edir, amma çıxış yolu göstərən yoxdu, daha yaxşısını necə etmək olar?


- Mən tənqid etmirəm, reallığı deyirəm. Böhrandan çıxmaq üçün proqramım da hazırdı. Bir dəfə futbol ictimaiyyətinin nümayəndələriylə görüşdük, onlara həmin proqramdan bəzi fikirləri çatdırdım. Məşqçilərin və klubların toplandıqları bir qurumun olması mənim ideyamdı. Hələ bizim vaxtımızda AFFA-nın Məşqçilər Şurası var idi. Çox keçmədi gördüm ki, AFFA Məşqçilər Komitəsi və Klublar Komitəsi yaratdı. Amma bunu elə formada etdilər ki, həmin komitələr AFFA-dan asılı, formal bir quruma çevriliblər. Bu gedişlə, futbola belə baxışla və idarəetmə üsulu ilə biz heç nə əldə edə bilməyəcəyik. Mən yazdığım proqramdan bəzi nüansları sizə deyə bilərəm. Özünüz və oxucularınız da düşünün. AFFA baş katibi İcraiyyə Komitəsinin qərarları əsasında çalışmalı, həmin qərarların yerinə yetirilməsinə nəzarət etməlidi. Bizdə isə tərsinədi. Sanki bütün futbolumuzu bir nəfər idarə edir, hər şey onun ixtiyarındadı. İcraiyyə Komitəsi tam formal bir quruma çevrilib. AFFA-nın ən böyük problemi budu. Komitə daha çevik olmalı, futbolumuz üzərində nəzarəti və müdaxilə imkanlarını artırmalıdı. Bunun üçün komitənin tərkibində klublarla iş üzrə bölmə yaradılmalıdı. Klublara dəstək olmaq, onları bu işə cəlb etmək üçün təkan vermək lazımdı. Komitə üzvləri arasında mütləq kuratorlar ayrılmalıdı. Kuratorların hər biri 2-3 klubla daimi ünsiyyətdə olmalı, cavabdehlik daşımalı, onların mövqeyini bilavasitə ali orqanda müzakirəyə çıxarmalıdı. 8 komandalı çempionatı keçirməkdə AFFA-nın məqsədi nədi? Legionerlərin hesabına formalaşan millilər bizə nə verir? İndiki legioner limiti hansı məntiqə əsaslanır? Mən təklif edirəm ki, AFFA-da struktur islahatları aparılsın. Baş katib bilavasitə çempionatın təşkilinə, legioner limitinin və reqlamentin düzənlənməsinə cavabdeh olmalıdı. 8 komandalı çempionat üçün ayrıca PFL-ə də ehtiyac yoxdu. 



Şəkildə soldan sağa. Fuad Musayev, AFFA-nın hazırkı baş katibi Elxan Məmmədov və keçmiş baş katibi Çingiz İsmayılov. "26-cı dəqiqə" filminin təqdimatında...


Elitada mübarizə aparan komandaların sayı mütləq 14-ə çatdırılmalıdı. Bunun üçün real imkanlar mövcuddu. U-19 və U-21 milliləri də premyer-liqada iştirak etməlidi. Klublar narazılıq etsə də, o gəncləri və yeniyetmələri bir komandaya toplamağa ehtiyac var. O vaxt biz bunu etdik, bəhrəsini də gördük. İndiyə kimi "Şəfa”da oynayan, yetişən uşaqlar milli komandada çıxış edir, aparıcı klublarda oynayırlar. Elita təmsilçilərində ehtiyatda oturan gənclər necə inkişaf edəcəklər? I dizivionla bağlı da vəziyyət dəyişməlidi. Orda oynayan klubların məqsədi bölgədəki gənclərin "bişməsi”, peşəkar futbolçu həyatına hazırlanması olmalıdı. 16-17 yaşlı əyalətdə yaşayan uşaqlara şərait yaratmaq lazımdı ki, rayonlarının komandasında oynasınlar. Aşağı dəstə klublarında 25 yaşlı maksimum 3 futbolçu oynamalıdı. Daha yaşlısına ehtiyac yoxdu. Divizion Azərbaycanın bütün bölgələrini əhatə etməlidi. İndiki vəziyyətdə aşağı dəstə bizim futbolumuza nə verir?!


- Amma razılaşaq ki, bütün bunlar zəhmət və xərc tələb edən işlərdi. Hazırda iqtisadi böhran hər yerdə var, büdcələr azaldılır, ixtisarlar gedir...


- Bizim vaxtımızda AFFA-nın 29 nəfər işçisi, illik 230 min dollar büdcəsi var idi. Milli doğma meydanda oynaya bilmirdi, vəziyyət qarışmışdı. İndi şükürlər olsun, hər şey yaxşıdı. AFFA-ya 15 ildən çoxdu ki, hər il 20-25 milyon büdcə ayrılır. Federasiyanın ayrıca binası, xeyli əməkdaşı var. Bütün tanış-bilişlərini yığıblar ora. Sevindirici haldı ki, maddi problel AFFA-dan yan keçir. Bu müddət ərzində futboldan bixəbər adam da müəyyən məlumata sahib olar. Deməli, iş görmək, xərclənən pulların qarşılığını vermək lazımdı. Legionerlərə, "milliləşdirilmiş” futbolçulara milyonlar sərf olunmasa, Azərbaycanda futbol klubu saxlamaq, bölgədə gənclərin yetişməsinə şərait yaratmaq elə böyük xərc tələb etmir. Hazır bazalar, stadionlar var idi. "Şəfa” stadionunu niyə satdılar? "Neftçi”nin bazası niyə təyinatı üzrə istifadə edilmir? Bu suallara cavab tapmaq, vacib obyektləri AFFA-nın sərəncamına qaytarmaq lazımdı. Neçə il keçib, hələ də milli komandaların normal bazası yoxdu. Olanları da dağıtdılar-satdılar. Biz "Şəfa”nı ölkə büdcəsindən bir qəpik pul götürmədən, UEFA-nın yardımıyla tikmişdik. Millinin bazası kimi istifadə edirdik. Milli orda oynayırdı, təbii örtüklü meydançalarda yüzlərlə uşaq pulsuz məşq edirdi, həmin uşaqları qidalandırırdıq da. "Şəfa” futbol klubunu yaradanda hamı ağız büzürdü. Mən o uşaqlara ayda 50 dollar simvolik maaş verirdim, geyim və yeməklə təmin edirdim. Onlar da yalnız futbol barədə düşünür, həvəslə məşq edirdilər. İndiyə kimi də ordan çıxanlar ölkə futbolunda sözünü deyir. Zaur Tağızadə, Elçin Rəhmanov, Mahmud Qurbanov, Rəşad Sadıqov, Kamran Ağayev, Ruslan Abışov, Maksim Medvedev, Qara Qarayev kimi futbolçuları bu ölkə üçün yetişdirmişik. Hanı onların davamçıları? İndi gözlərini dikiblər Dağıstana, kimi tapdılar, gətirib millidə oynadırlar. Ayıb deyilmi? Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin tabeliyində neçə-neçə futbol məktəbi var. Hamısına da büdcədən pul ayrılır. Hanı orda yetişən futbolçular? Həmin futbol məktəblərinə bu sahəyə aid olmayan insanları müəllim təyin ediblər. Bu sistem ləğv olunmalı, həmin məktəblər AFFA-nın nəzarətində cəmləşməlidi. Onsuz da ayrılan pullar boşa gedir. Eyni miqdarda büdcə AFFA-nın hesabına əlavə edilməlidi ki, peşəkar mütəxəssislər, sabiq futbolçular bu işə cəlb olunsun. Bölgələrdə orta məktəblərə yaxın yerlərdə futbol akademiyaları açılmalıdı. Səhər məktəbdə dərsə gedən istedadlı uşaqlar həmin internat tipli akademiyalarda məskunlaşmalıdı. Bundan ötrü təxminən 50 nəfərlik kiçik yataqxanalar da inşa etmək mümkündü. Həmin uşaqların arasından da seçim edib, paytaxta, xüsusi istedadlıları isə uzun müddətə Avropanın tanınmış komandalarına göndərməklə gələcəkdə millinin şərəfini qorumağa hazır futbolçu yetişdirə bilərik. "Neftçi”, yaxud da "Qarabağ” milli komandanın bazasına çevrilməlidi ki, milliyə namizədlər eyni sistemdə oynasınlar,  bir-birinə uyğunlaşsınlar. Görürsüz ki, elə də mürəkkəb proses deyil. Sadəcə, pərakəndəliyə və etinasızlığa son qoyulmalıdı. AFFA futbolun inkişafına sistemli yanaşmalı, nəzarətdən kənara çəkilməməlidi.


- İddia edirlər ki, Azərbaycanda istedadlı futbolçu yetişmir, bütün üsullara baş vurulub...


- Necə yəni yetişmir? Nazim Süleymanov azərbaycanlı deyil? Qazzayev əngəl törətməsəydi, Nazim Madrid "Real”ında oynayacaqdı. Onu Bakıdan qaçaq saldılar. Getdi və özünü sübut etdi. Vidadi, Yunis, Samir də istedadlıydı. Arif, Tərlan, Vladislav dünya və Avropa çempionu olublar. Azərbaycanlı deyillər? Müstəqilliyimiz ilk illərində heç də onlardan az istedadlı futbolçular üzə çıxarmamışdıq. İndi Rəşad Sadıqov milli karyerasını bitirmək istəyir, bütün AFFA ona psixoloji təzyiq göstərir ki, millidən getməsin. Çünki onun yerində oynayacaq heç kimi hazırlaya bilməyiblər. İşin rahat yolunu tapıblar, bir ucdan "milliləşdirirlər”. Təklif edirəm ki, komissiya yaradılsın, araşdırma aparılsın. Azərbaycan qanunları ikili vətəndaşlığa icazə vermir. Eddi İsrafilov İspaniya, Dmitri Nazarov Almaniya pasportundan imtina edibmi? Dağıstandan gətirilənlər artıq Rusiya vətəndaşı sayılmırlarmı? Bunları araşdırmaq lazımdı. "Milliləşdirmə” 2, ya da 3 futbolçu üçün olar. Daha əsas komandada 6 əcnəbini meydana buraxmağın, yeniyetmələrdən ibarət milliyə gəlmələri doldurmağın adı nədi? Rəhmətlik Heydər Əliyevin İsveçrə ilə oyunda stadiona gələcəyindən xəbərsiz idik. Qəfildən gəldi və uşaqlar meydanda can qoydular, onu da qələbəylə sevindirdilər. Prezident İlham Əliyev Avropa çempionatının açılış oyununa getmişdi, əvvəlcədən də buna hazırlıq görülmüşdü. Komandamız onun gözlərinin qarşısında 0:5 hesabıyla uduzdu, özü də heyətdə "milliləşdirilən”lər ola-ola. Bunun hesabatını vermək lazımdı.


"Futol+"



Xəbərin oxunma sayı : 1090

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

17 DEKABR 2017

15:24 Azərbaycanda dəm qazına çarə tapıldı: Bu qurğu ölümə son qoyacaq

15:12 Avrodeputat Azərbaycanın müdafiəsinə qalxdı

14:33 NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

13:45 Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (MARAQLI)

12:43 Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu

12:33 “İki saat vaxt uda bildim”

11:41 “Təranənin həyatında o qədər kişi var ki...“

11:30 Ankarada lüks BMW, içində Azərbaycan vətəndaşı, 11 tapança, daha nələr...

11:15 Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi - FOTO

11:06 Nazir: “Düşməni vahiməyə salan silahlar istehsal edirik“

10:50 “Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib“

16 DEKABR 2017

21:33 Dövlət qurumlarında boş qalan yüksək vəzifələr – Siyahı

20:12 Türkiyənin keçmiş baş nazirinin oğlu niyə intihar etdi?

18:33 Rusiya sualtı rabitə və İnternet xətlərinə yeni təhlükədirmi?

17:18 Rus Pravoslav Kilsəsi Mehriban Əliyevanı yüksək mükafatına layiq görüdü

17:05 Örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz- Qanun dəyişdirilir

15:51 Zakir Həsənov komandirlərə tapşırıq verdi

12:59 DYP-dən sürücülərə xəbərdarlıq: 40 manat cərimə...

11:41 “Barselona“ Arda Turana elə qiymət qoydu ki... - Şok rəqəm

10:59 Nüşabə Ələsgərli erməni fanatından danışdı: “Onunla qucaqlaşdım...“

10:45 Yerə təhlükəli asteroid yaxınlaşır-NASA

10:30 Milli Məclisin deputatına ağır itki

10:21 Nazim Süleymanov yenidən “Alaniya“da - Zaqoyevə qarşı

15 DEKABR 2017

23:24 İMF: Gələn il Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf olacaq

22:12 Saakaşvilini həbs edən prokuror Kremlin casusudur?

19:33 Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

18:18 Prezident FHN əməkdaşlarını təltif etdi (SİYAHI)

18:12 İlham Əliyev büdcədən 7 milyon manat ayırdı (SƏRƏNCAM)

17:57 Bakıya yeni avtobuslar gətirildi

17:22 Peterburqda terror aktının qarşısı alındı

17:16 Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

17:00 Siyavuş Novruzov: “Ordu cəmiyyətə qapalı olmalıdır”

16:32 Yanvarda maaş və pensiyalar artacaq

16:14 Ziyafət Əsgərov: “Daxili siyasətlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox”

15:52 Akif Əlizadə: “Məsələ yaşlı olmaqda deyil”

15:37 MIGA-nın vitse-prezidenti Bakıya gələcək

15:09 Cəriməsi olan avtomobillər satıla bilməyəcək

14:57 Gənc alimlərə evlərin veriləcəyi tarix açıqlandı

14:30 “Milli Məclisin Silahlı Qüvvələrə nəzarət etmək hüququ olmalıdır”

14:10 “Ayla” Oskara namizəd ola bilmədi

13:56 Doktorantura təhsilində yenilik olacaq

13:34 İşdən çıxan başçının birinci müavini istefa verdi

13:10 Rusiyada prezident seçkilərinin vaxtı açıqlandı

12:52 Prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdədir

12:39 “Qalatasaray” üç futbolçu ilə vidalaşır

12:03 ABŞ səfiri: “Azərbaycan əhəmiyyətli tranzit mərkəzinə çevrilir”

11:46 Sarkisyan: “Bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər”

11:22 General-leytenant: “Belə şəxslər orduya iftira atır”

11:09 Fazil Məmmədovun “yeznəsi ölkədən 10 milyonla qaçıb” - İddia

11:00 Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

10:49 Atəşkəs 128 dəfə pozulub

10:26 2017-ci ilin ən yaxşı 100 mahnısı açıqlanıb

10:07 Deputatlar bu hallarda mandatdan məhrum ediləcək

14 DEKABR 2017

22:20 Ramzan Kadirov: Çeçenlər Putinin piyadalarıdırlar

21:50 Prezident Dövlət Proqramını təsdiq etdi –Hökumətə və nazirliyə tapşırıq

21:05 “Siz ümumiyyətlə adamsınız?” – Putin

18:52 Mehriban Əliyeva britaniyalı nazirlə görüşdü

18:50 Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

17:48 Türkiyədə maşinistsiz metro qatarları xəttə buraxılır

17:21 Aptekdən oğurluq edən qardaşlar tutulub

17:03 Putin: “Tramp seçkiqabağı vədlərini yerinə yetirmir”

16:41 Aysel Kirkorovla görüşdü

16:29 Türkiyə Fələstinə 10 milyon dollar ayırır

16:02 Manatın orta çəkili məzənnəsi açıqlandı

15:44 Fazil Mustafadan Elçibəy haqda maraqlı xatirələr

15:36 Fernando Torres “Qarabağ”la bağlı etiraf etdi

15:11 İcra başçısı Bakıda zeytun bağını məhv etdirir

14:56 Milli Məclisin növbəti plenar iclasının gündəliyində dəyişiklik olunub

14:38 Şəhid olan hərbi qulluqçusu sabah Şabranda dəfn olunacaq

14:17 Nigar Camal: “Qalmaqal mənlik deyil”

14:00 Saakaşvili Ukrayna ilə bağlı planlarını açıqladı

13:27 Azad Rəhimovun qardaşına vəzifə veridi

13:01 Dolların qiyməti dəyişmədi

12:46 Bakıda ev sahibi tüstüdən zəhərləndi

12:21 Ordumuz şəhid verdi

12:03 “Qarabağ”ın futbolçusuna 1 milyon avroluq təklif

11:48 Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər

11:22 “Azərişıq” dan borclu abonentlərə xəbərdarlıq

11:07 Netanyahudan Qüds açıqlaması

10:56 Saakaşvilinin Ukrayna projesi: uğur, yoxsa iflas...

10:31 Azərbaycan əhalisi ayda tütünə və içkiyə nə qədər pul xərcləyir?

13 DEKABR 2017

23:20 “Qarabağla bağlı hər şey bir ay ərzində aydın olacaq”

22:50 Ərdoğan və Ruhaninin görüşü keçirilir- İstanbulda

21:40 Bakı aeroportunda Hindistan dövlət bankının eks-sədrinin başına nələr gəlib?

19:50 “Tarixi sammit keçirdik, Qüdsün sahibsiz olmadığını dünyaya göstərdi”

18:33 Daha bir məhbus naməlum şəraitdə öldü

17:58 “Dövlət İmtahan Mərkəzi “sosial lift” funksiyasını yerinə yetirir”

17:36 Göygöldə yaşlı kişi dəm qazından öldü

17:12 Polis futbolçuları güllələdi

17:00 Çantada daşınan 3D-printer yaradıldı

16:41 Ruhani Amerikanı ittiham etdi

16:26 Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir

16:25 “Prezident necə və kim tərəfindən aldadılmasının gec-tez fərqinə varır” - Elçin Şıxlı

16:01 “Kiçik insident böyük müharibəyə səbəb ola bilər”

15:49 “Heydər Əliyevin adı Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür”

15:26 Avropa İttifaqı Trampın Qüds qərarını dəstəkləmir

15:03 Məhkəmə Fədayə Laçının vəsatətini təmin etmədi

14:47 Lələ təpə döyüşçüsü Səlim Müslümovdan kömək istəyir

13:46 Seçicilər daha məntəqənin girişində yoxlanılmayacaq

13:22 Afaq Aslanın çılpaq fotolarındakı qüsur

13:07 Artur Rasizadə köməkçilərinin sayını 7-dən 3-ə endirdi

12:54 Azadlıq prospektində hərəkət məhdudlaşdırılıb

12:44 Lələ təpə döyüşçüsü Səlim Müslümovdan kömək istəyir

12:36 Röya: “Sizə görə həyasız mənəm”

12:10 “Rusiya Türkiyənin bu əməliyyatına çətin razı olar”

11:48 Antidepressantların təhlükəsi

11:23 9 islam ölkəsi Qüds müzakirəsinə gəlmədi

11:06 “Gilan Holding”in 3 şirkəti fəaliyyətini dayandırdı

10:57 İnşaat sektorunda çalışanların sayı artıb

10:34 Azərbaycan gömrüyündə at oynadan bir “Trans Broker” tarixçəsi - Hardan hara...

10:13 Atəşkəs 136 dəfə pozulub

12 DEKABR 2017

23:40 “Türkiyənin davranışı bizi çox narahat edir...“

22:20 “Putin göstərdi ki, Suriyada hakimiyyət onun əlindədir və Əsəd yerində əyləşəcək”

21:33 Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılır

20:20 Abbas Ələsgərov ordenlə təltif edilib

19:40 İlham Əliyev Türkiyəyə səfər edib

18:20 “Expo 2025 Azərbaycanın gələcəyi üçün müstəsna layihədir”

17:51 Bilyard üzrə 7 qat Azərbaycan çempionu vəfat etdi

17:26 Səfir: ““Qarabağ münaqişəsi “dondurulmuş” deyil”

17:03 Deputat: “Putin Ankarada bu şansı əldən verməyəcək”



loading...
Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (MARAQLI)

Gənc yaşlarında yaşadığı uğursuzluqlara baxmayaraq heç zaman ruhdan düşmür və çalışaraq dünyanın ən zəngin adamlarından biri olur.
Gülnarənin milyardlıq mülkləri: Londonda evlər, nəhəng şirkətlər...

Londonda 17 milyon funt-sterlinq dəyərində mülk alıb
Qadağan olunmuş xəbərlərə görə cərimə və bloklanma - Məcəlləyə dəyişiklik

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub.
Jurnalistin verdiyi sual ona baha başa gəldi (VİDEO)


İtaliyada Nemo televiziyasının müxbiri canlı yayımda açıqlama alarkən respondentinin sərt reaksiyası ilə üz-üzə qalıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016