Müğənni Sevda Yəhyayeva "ATV" kanalında yayımlanan "Sən olmasaydın" serialından ayrılmasından danışıb
Musavat.com saytına açıqlama verən ifaçı bildirib ki, ekran işindən uzaqlaşmaq onun istəyi ilə olmayıb: “Çox gözəl kollektivlə çalışdım. Hərdən gedib onlara baş da çəkirəm. Serialdan ayrılmağım öz istəyimlə olmayıb. Ssenariyə uyğun məni güllələdilər və rolum bitdi. Burada qəribə nə isə yoxdur”.
“Bir müddət öncə serialdakı geyimlərinizi bəyənmədiyinizi demişdiniz. Serialdan uzaqlaşdırılmağınıza səbəb iradlarınız ola bilərmi” sualına isə ifaçı belə cavab verib: “Düzdür, serialda geyindiyim geyimlər mənim stilimə uyğun deyildi. Bunu da açıqlamalarımın birində dilə gətirmişdim. Mənim stilim göz qabağındadır, orada isə nəyi desələr, onu geyinirdim. Lakin bunun serialdan uzaqlaşmağıma dəxli yoxdur. Yalnız bizdə aktrisa ekran işindən uzaqlaşanda deyirlər ki, 100% qalmaqal, narazılıq olub. Dünyanın heç bir ölkəsində belə düşüncə yoxdur. Bu, işdir. Ssenari yazılır, ona uyğun çəkilişlər edilir. Şadam ki, gözəl kollektivlə çalışdım. Onlara uğurlar arzulayıram”.
MilliYol.az
Digər xəbərlər
loading...