Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

CHP-li deputatlarla MHP-lilər əlbəyaxa oldu


Türkiyə parlamentində müxalifəti təmsil edən iki partiya – Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar arasında dava düşüb

Hadisə martın 13-də məclisdə seçki ittifaqının qanuniləşdirilməsinin müzakirə zamanı qeydə alınıb.

CHP-nin İzmirdən olan deputatı Musa Çam əvvəllər MHP-nin sədri Devlet Bahçelinin Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaşanmış “zürriyet” ifadəsi ilə bağlı mübahisəni xatırladıb. Bundan sonra MHP-dən olan deputatlar onu kürsüdə sıxışdırıb. Bu isə iki müxalif partiyanın deputatları arasında dava-dalaşa səbəb olub.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Musa Çamı cəzalandıraraq onun üç iclasa buraxılmaması barədə qərar çıxarıb/Report. 



MilliYol.Az
Etiket:

loading...