Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

İbrahim Şehiç “Trabzonspor”un qapıçısı olacaq?


"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçə Türkiyənin "Trabzonspor" klubundan təklif gəlib

61 saat" nəşrinin verdiyi məlumata görə, menecerlər vasitəsilə klubla Bosniya və Herseqovina milli komandasının qolkiperi arasında görüş gerçəkləşib. 29 yaşlı oyunçu "zoğalı-mavilər"dən ilinə 500 min avro istəyib. Onun transferinin Esteban Alvaradonun komandadakı taleyindən asılı olduğu bildirilir. Alvarado "Trabzonspor"un yeni mövsüm üçün məşqlərinə hələ də qatılmayıb. Üzrsüz səbəbdən bu addımı atan kosta-rikalı qolkiperin cərimələnəcəyi və klubdan göndəriləcəyi gözlənilir. Bu halda Şehiçin transferi gerçəkləşə bilər.

Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"da ardıcıl 5 mövsüm çıxış etdikdən sonra klubla yollarını ayırıb. O, Bosniya və Herseqovina yığmasının heyətində 6 oyuna çıxıb. Hazırda "Trabzonspor"un heyətində ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirlmiş Ramil Şeydayev də yer alıb. (Report)

MilliYol.Az
Etiket:

loading...