“Bakı gözəli 2018″də dava: qızlar saçyolduya çıxdı (VİDEO)


“Show Production”un təşkilatçılığı ilə baş tutan “Bakı gözəli 2018” gözəllik müsabiqəsinin final günü dava düşüb

Minval.info xəbər verir ki, davaya səbəb ikinci yeri qazanan iştirakçının etirazı etməsi olub.

Qalib ola bilməyən gözəlin etirazının səbəbi isə diqqət çəkib. O, münsiflər heyətinə daha çox pul verdiyi halda birinci yerin başqasına verilməsinə etiraz edib.

Adı açıqlanmayan qız, “Mən daha çox pul vermişəm, niyə birinci olmadım?”- deyərək tacı yerə çırpıb.

Gözəllik yarışmasının iştirakçılarının sözlərinə görə, birinci yer üstündə dava hətta saçyolduya qədər yüksəlib.

MilliYol.Az


Etiket:

loading...