Beyləqan meri icra başçısının gedəcəyi günü niyə sevinclə gözləyir? Lənkəran Dövlət Universitetində mafiya islahatlara qarşı - II yazı Prezidentə yalan danışan sahibkarın qaranlıq əməlləri üzə çıxır - Yeni təfərrüatlar Lerikin 3 kəndindən Milli Məclisə müraciət: “Bizi köçürün...“
 

Bütün şeirlərində yalnız Allahla dərdləşən şair

Tarix 12.03.18, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.az İradə Musayevanın “Doğuldum 1939-da, 1937-də tutuldum...” yazısının altıncı hissəsini təqdim edir


əvvəli burda
 
“Şəffaf balıq” poeması...
 
1965-ci ildə, 26 yaşında ikən yazdığı “Şəffaf balıq” poemasında müəllif ümid fəlsəfəsinin hər üzünü açmış, bu haqda bitkin, məntiqi fikir söyləməyə nail olmuşdur. Poemanın ideya-bədii sistemində lakonizm, mühakimə ardıcıllığı, davamlılığı xüsusilə diqqəti çəkir. “Mən burdayam, İlahi...” kitabında 1963-cü ildən 1996-cı ilə qədər yazılan şeirlər xronoloji ardıcıllıqla tərtib olunub. Poema kitabın sonunda verilib. Mütaliə prosesində 1996-cı ildə yazılmış şeirlərdən ayrılıb, 31 il əvvələ qayıdırıq. Məntiqi cəhətdən isə “Şəffaf balıq” qayıdış yox, nəticə kimi qəbul olunur.
 
Taxta nişanlara atılarkən
bir gün sinəmə gələcək güllə.
Ürəyimin infarktı
yolda ikən hələ,
dənizə gəldim.
 
Poemanı mərhələlərə bölmək və bu istiqamətdə təhlil aparmaq istəyirik. Birinci mərhələ-gedişdi. Dünyanı bütün varlığı ilə dərk edən bir adamın yaşadığı boz, sönük, bayağı bir aləmdən –“Evlərin, divarların, rəngi solmuş qapıların qoxusu”ndan, “gecələrin tənhalığından”, “Bakı divarlarının ilıq kölgələri”ndən, “Bakı koridorlarının addımlarla dolu sirri”ndən, “açıq pəncərələrin maqnitofon səsi xoşbəxtliyindən”, “yeni binaların ev-ocaq ola bilməyəcək axtalığından” uzaqlaşmaq, ümidinə sığınıb təmizliyə, genişliyə doğru irəliləməsi, gedişidir.
 
Dənizə toxunub, qayaya dəymiş güllə kimi
kənara sıçradı
günlərimin qurğuşun ağırlığı.
 
Düşünürsən ki, tilsim sındı, qurğuşun ağırlıqlı – əzablı günlərə son qoyuldu. İndi qarşıda geniş, sonsuz bir dünya nəhayət ki, bu əzabkeş insanın ümidinə əl eləyir, onu çığırır.
 
İçimdə
nəyinsə ölüm-dirim davası
çölümdə-Xəzər-
-Aram ölümün nəhəng epopeyası...
 
Ölüm ya qalım! – qətiyyəti ilə insan ömrünün torpaq, dəniz, qaya dözümlülüyü üzərindən keçib,
 
Torpağın
dəniz dolu ovcuna endim.
Suyla,
qayalarla,
balıqlarla bələndim...
 
– deyir və sevinir, çünki hələ ümidlə qoşa addımlayır. Ümid onun arxası, dayağı, yol yoldaşı, gələcəyə vəsiqəsidir.
 
Göndərdiyin
yuxulara baxdım.
Çox sağ ol, kapitan.
Küləklə doldu ömrüm,
yelkən sayağı.
Üzüldü
yer üzündən
get-gəlimin ayağı...
Üzüqoylu yıxılıb
Göndərdiyin gəminin
mavi göyərtəsinə,
üzdüm.
Göndərdiyin dəniz böyük,
hər ləpəsi
bir insan ömrü.
Ləpələrin paradı
axır dayanmadan.
 
Bu xoşbəxtlikdirmi? Gecələrin dəniz arzusuyla dolu tənhalığı arxada qalıb, dəniz arzusuna çatıb. Razılıq dolu bir məlumat. Külək yelkəni hərəkətə gətirən kimi arzu, ümid dolu yuxular ömrünə dayaq olub. Hər ləpəsi bir insan ömrünə bərabər dəniz sonsuzluğunda, azadlıqda, sərbəstlikdə, yer üzünün əzablarından xilas olmuş, gəminin mavi göyərtəsində üzüqoylu düşüb üzdükcə üzür. Bu mənzərədə sanki dünyanın bütün zülmlərinə, əzablarına meydan oxuyan hegemonluq, bitməzlik, tükənməzlik duyulur. Bu gediş adamı elə valeh edir ki, qəhrəmana qoşulub elə hey getmək, getmək, uzaqlaşdıqca uzaqlaşmaq istəyirsən...
 
Bu mərhələdə qəhrəmanımızı xoşbəxt görürük. Amma... “Amma”nı həssas, səksəkəli, bədbəxtliyi, təhlükəni dönə-dönə yaşamış əzabkeş qəhrəmanımız qabaqcadan görür və bununla da yeni, qayğılı narahat bir mərhələ başlayır:
 
Amma sahil yox...
Kapitan, ayıq ol!
 
Sahilsizlik, bəlkəsizlik, ümidsizlik baş alıb gedir. Qəhrəmanı qorxu, təşviş bürüyür. Çünki o, “büdrədir məni insan yolunun səkisizliyi, insan ömrünün bəlkəsizliyi” qorxusunu hardasa, haçansa bir dəfə yaşamışdı. Və bu mərhələ qəzəb və kinayə qarışıq bir nida ilə bitir:
 
Allah
insan ağzıyla deyir:
-Yoxam...
Eşidirsənmi kapitan!!!
 
Burda insanın haqqa dönüklüyündən daha çox, Haqqın, Yaradanın öz bəndələrindən üz çevirməsi vurğulanır. “Yoxam!...” qəzəbini Allah özü insanlara dedizdirir. Onların şeytanla əlbirliyi, haqsızlığı, fitnə-fəsadı Tanrıya ağır gedir. Siz məni eşitmirsiniz, mən sizi necə eşidim – qəzəbi ilə sanki “yoxam, əl çəkin”–deyir.
 
Poemanın həzin, ahəngli axarından uzaqlaşmaq istəməsək də, bir məsələyə toxunmaq istəyirik. 60-cı illərin ab-havasını göz önündən keçirəndə Vaqifin bu uzaqgörənliyinə də təəccüb etməli oluruq. Axı alimin də, şairin də, mollanın da, ateistin də “Allah yoxdur” “fəlsəfəsinin” ərşə qalxdığı bir vaxtda Vaqif bütün şeirlərində ancaq Allahla dərdləşir, söhbətləşirdi...
 
Şəffaf balıq – qəhrəmanın varlığı ilə ümidi-gələcəyi arasındakı məsafə ölüm-qalım tərəddüdünün sərhəddi-poemanın əsas ideyasıdır. Şəffaf balıq ümidi olmalıydı:
 
Balıq olmalıydı,
Balıq qalmalıydı,
biz olmaqçın,
biz qalmaqçın.
Qayalar suda qara,
qaranlıqdan işığa,
keçə biləcəyimin
ümidsizliyi
boğurdu məni,
Yeganə ümidim sən,
sən də balıq içindən...
bəlkəsizlik
səsləndi yenə,
qarışdı dənizin yaşılına,
dəniz içi qayaların qarasına.
-ümid tükəndi, güman kəsildi...
Dərdim yayıldı dənizə,
qalxdı üzə
ada-ada.
Balığa dedim dərdimi
ürəyimin jarqonunda...
 
“Dərdimi dağa desəm, dağ əriyər” ifadəsi qədər mənalı, fəlsəfi və emosionallıqla qələmə alınmış bu misralar qəlbimizi riqqətə gətirir. Dərdin ağırlığına bax! Dənizə də güc gəlir, dənizi bürüyür, ada-ada üzə qalxır. Yalnız özü bildiyi dildə dərdini balığa deyir, balıq anlamır:
 
Anlamadı,
Şəffaf bədən,
Şəffaf beyin,
Şəffaf ürək,
Şəffaf dünya,
Taleyimizin şəffaflığı
Şəffaf balıq...
 
Vaxt isə öz axarında idi. Vaxt gecəyə, qaranlığa doğru irəliləyirdi.
 
Yavaş-yavaş
sürünürdü dənizə
qaranlığı göy üzünün.
Qaranlıqla dolub
bir az da
ağırlaşdı dəniz.
 
Bəli, son ümidin son sığınacağı beləcə qaranlığa, zülmətə qərq oldu. Ümidindən uzaq düşdü. Halbuki “Razıydım ölümə, sənin ölümünü istəmirdim, ümidim” –deyirdi. Ona deyəcəyi sözlər gecəyə qarışdı. Hər ikisinin üstünə qaranlıqlar çökdü, arada da:
 
Nəhəng,
dəmir darvazatək
Şəffaf balıq
dayanmışdı aramızda.
 
Həyatının hansı məqamındasa “Yaşayıram, dözürəm. Bir misra da, bir gecə də... Çünki mühit içində təpədən dırnağa kimi ümid içindəyəm” – deyən şair “mən”i indi həyatının, dözümünün yeganə səbəbini – ümidi dəniz zülmətinin sonsuzluğunda itirmək təklükəsi ilə üz-üzə dayanmışdı.
 
Poemanın süjetini “romantik gediş və real, qayıdış” planı əsasında təhlil etsək çoxşaxəli, fəlsəfi, bəzən fantastik boyalara, örtüklərə bürünmüş ideyaya-nəticəyə, mövcud məntiqə daha çox yaxınlaşmış olacaq. Qəhrəmanın çıxdığı nöqtə – real, həyati, hətta tanış mühitdən ibarət bir məkandır. Bu məkanın qoxusundan, tənhalığından, bezdirici, yorğun dözümündən, yalan xoşbaxtlığından, gümansız gələcəyindən baş alıb gedən səyahətçi qəhrəmanımız apardığı son tikə ümidini-həyat eşqini Şəffaf balıq yoxluğunda, Şəffaf balıq röyasında əldən verir. Yəqin ki, şair qəhrəmanımızın həyatda ən böyük itkisi elə bu olub. Bəlkə razılaşa bilədiyimiz tənhalıq, ayrılıq, ölüm, kədər, ümidsizlik, bəlkəsizlik mövzularının özülü, bünövrəsi elə bu itkidən tökülüb. Axı müəllifin bütün yaradıcılığında bu itkinin həsrəti duyulur: “Ümidlərimi buza qoyun”, “Bilirsənmi, artıq kəsib ümid keçən yolları, Tikilməmiş türmələrin hörülməmiş hasarı”, “Tikə-tikə itirirəm ümidlərin bəlkəsini...”, “Ümid döyən qapını dünya bağlayıb gedib”, “Yol görünmür, bir ev yox, yaxın itib uzaqda. Ümidlə güc qalmayıb, o ki, qaldı ayaqda”, “beyin taqətdən düşüb, ümidlər əl ayaqdan”, “Ömür çarmıxa çəkilib ümidlərin divarında”, “Di gəl daha çatmaz gücüm, tab gətirə bilmərəm artıq bircə ümidə də”, “Ümid dərsləri bitib, qurtarıb arzu məşqi”, “Yediyim ehsan payıdır, arzu, ümid yasında” və s.
 
Və nəhayət son mərhələ-dönüş. Arzu dönüb qanadlanmış xəyal dənizində üzdükcə üzmüş, son anda “gecəyə atılmış iki xırda gecə” kimi yox olmuş:
 
Əlimi
uzatdım irəli.
Üzdü balıq.
Balığın yerində
qoca hindli gözləri tək
qəmli qaranlıq.
 
“Qoca hindli gözləri” bənzətməsi mənalığı və dəqiqliyi ilə diqqəti çəkir. Qoca hindli gözlərini görməsək də, “qəmli qaranlıq” ifadəsinin təsiri ilə bu gözlərin yer üzündə bəlkə də ən kədərli, hüzünlü və ümidsiz qaranlığa qərq olduğu hiss olunur. Yoxluq, heçlik zülmətinə əl uzadır, dərdli gözlər qədər sarsıdıcı bir ilğımla rastlaşır və başa düşür ki, bu ilğıma baş vurmaq və onu yara-yara heçliyə doğru irəliləmək əbəsdir. İstəsə də özünü aldada bilmir. Deməli, onun üz tutduğu, əl uzatdığı, can atdığı məkan əslində heç nə, yoxluq, boşluq, anlaşılmaz bir ilğım imiş... Arzusuna, ümidinə, dözümünə dayaq olan yalanla, xəyalla vidalaşmaq və geriyə-real mümkünlüyə dönmək, geriyə baxmadan çırpdığı qapıya indi baş əymək qalırdı. Çıxanda özüylə az da olsa həyat eşqi, ümid, inam aparmışdı. İndi boş əllə qayıdıb gəlmişdi.
 
Qapını açsalar içindəki, ətrafındakı boşluğu duya-duya, əzab çəkə-çəkə və ömrü uzunu bu acı həqiqəti pıçıldaya-pıçıldaya yaşamaq, dözmək məcburiyyətində qalacaqdı.
 
Sahilə döndüm.
Doydum
sahilin
torpaqla cəftələnmis qapısını
Çox döydüm,
çox doydum,
çox.
 
Qapını açırlar. Tamaşadan çıxanda nömrəni uzadıb paltosunu alan tamaşaçı kimi dərk etdiyi acının ahını asılğaya uzadır və cismani varlığını alır:
 
Açdılar qapını.
Uzatdım asılğaya
bir insan ömrünün ahını.
Aldım
ciyərlərimi,
qollarımı,
ayaqlarımı,
qalan günlərimin saatlarını.
İnsanımı geydim.
Daha konkret, real bir yola üz qoyur:
Yeridim qayalara sarı
Sonra sola
Asfalt yola
İrəli
Abbasın dükanından o yana,
Avtobus stansiyasına.
 
O yola üz qoyur ki, orada da nə vaxtsa daha bir səfərə çıxmaq üçün yol gözləyəcək...
 
Bu fəsildə müxtəlif məzmunlu şeirləri təhlil edə-edə Vaqifin lirik qəhrəmanı, poetik “Mən”i kimdir? –sualına cavab aradıq. Bununla da Vaqif poeziyası, Vaqif dünyası haqqında təsəvvür yaratmaq, onun əsil mahiyyətini açmaq, şəxsiyyətini, daxili aləmini, bu aləmin görünməyən tərəflərini göstərmək istədi. Ədəbi tənqidimiz, geniş oxucu kütləsi üçün bir az “sirli”, “anlaşılmaz”, “çətin” görünən Vaqifin şeirini dərk etmək üçün onun mənəvi-poetik dünyasının qapısını açmaq-bu qapının açarını əldə etmək lazımdır. Bunun üçün isə Vaqifi kitab-kitab, şeir-şeir yoz, misra-misra, kəlmə-kəlmə öyrənmək, araşdırmaq, tanımaq gərəkdir.
 
Bu aləmə daxil olandan sonra görürsən ki, “mən qaranlıq deyiləm” –deyən şairin yaşadığı dünya işığı, təmiz, zəngindir. Burada əsil sevginin, həqiqi gözəlliyin nə olduğunu daha düzgün anlayırsan. Anlayırsan ki, şeir tənqid, tərif, tərənnüm, təbliğat vasitəsi deyilmi. Şeir mənəvi saflığın, gözəlliyin bir üzü imiş. Tənhalıq, sükut, yaddaş, ölüm, ayrılıq haqqında yeni söz eşidirsən. Mühitin, zəmanənin yetişdirdiyi yox, Allahın yaratdığı böyük, əzəmətli, canlıların alisi-İnsanla rastlaşırsan. Burda vətən daha əziz, daha müqəddəsdir. Və birdəfəlik dərk edirsən ki, Vətən haqqında çox danışmaq yox, çox düşünmək, çox iş görmək lazımdır.
 
“Vaqif “ölüm” sözünün ağırlığını əlində hiss edib şeirə gəldi. Bu onun şair bəxti idi. O, uzun-uzadı aşiq-məşuq məhəbbəti ilə məşğul olmadı, gözlərini uşaq heyranlığı ilə bərəldib təbiətin füsunkarlığından özünü itirmədi. Ağlın qüdrəti ilə insan ömrünə baxdı, ölümü gördü, ondan qorxmadı. Çünki, ölüm insan ömrünün arxa üzü idi, altda qalan üzü. Üstdə həyat idi.
 
...Vaqif şeirlərində qoyulan suallar çoxdur. Bu sualların əksəriyyəti, cavabı özündə olan poetik suallardır ”...
 

MilliYol.Az



Xəbərin oxunma sayı : 394

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

22 İYUN 2018

11:24 “Azkoin“ Tiflis konfransından niyə imtina etdi?

11:20 Yıldırım: "ABŞ Türkiyə xalqının etimadını tamamilə itirib"

11:13 İmişlidə növbəti kütləvi zəhərlənmə – “24 xəstə var, qalanlarını evə buraxıblar”

11:09 "Azərbaycana münasibətdə ədalət görmürəm"

11:05 Mühəndis Qoşunlarının təlimi keçirilir

10:54 “Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib“

10:50 "Məni alçaltdın, amma..." - Röya Aygünü bağışladı

10:34 Kürdə batmış 42 yaşlı Sabirabad sakininin cəsədi tapıldı

10:30 Almaniya İrana qarşı mövqeyini sərtləşdirir

10:26 Dövlət bayrağının asılması qaydaları dəyişdi

10:22 Bakı-Ələt yolunda yük maşını mikroavtobusla toqquşub, ölən və xəsarət alanlar var

10:17 Helikopter və təyyarələr Bakı səmasında uçuşlar edib

10:13 29 rayonda buraxılış imtahanı keçiriləcək

10:09 Hesablama Palatası dövlət büdcəsinin icrasını təmin edən orqanlar üzrə əlavə hesabat hazırlayacaq

10:05 "Hazırda dövlət qulluğunda 29.3 min nəfər çalışır, bu, məşğul əhalinin 0,6 faizidir"

21 İYUN 2018

23:59 Bakıda qayda pozan yol polisi cəzalandırıldı - Video

23:47 Rio-de-Janeyroda polisin keçirdiyi əməliyyat zamanı 6 nəfər öldürülüb

23:30 Azərbaycanda narkomanlar arasında yeniyetmələr və azyaşlılar da var

23:15 Bu şirkət 18 min dollar maaş təklif edir

22:52 Sarkisyanın qohumlarının biznes-imperiyalarında yoxlamalar aparılır

22:38 “Araz” Supermarketlər Şəbəkəsi işçisinin qətli ilə bağlı məlumat yayıb

22:25 Baş katib: “BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir”

22:11 Pambıqçıların zəhərlənməsinə görə cinayət işi: 3 vəzifəli şəxs həbs olundu

21:54 ABŞ-da ağdərililər “milli azlığa” çevrilir - Hesabat

21:41 “Bu dəfə Azərbaycan müdafiə naziri haqqında həqiqəti söyləyib…” – Vaqif Dərgahlı

21:28 Netanyahunun həyat yoldaşına 100 min dollarlıq korrupsiya ittihamı

21:14 İsmayıllıda körpü uçdu, şəhərlə əlaqə kəsildi - Video

20:59 Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

20:46 Bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri 45% artırılır

20:32 Vasif Talıbov baş nazirin birinci müavini işdən çıxarıb

20:10 Sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır

19:55 Putin Poroşenkoya zəng etdi

19:40 “Qarşı tərəfdə qoşunların toplanmasını müşahidə edirik…” – David Babayan

19:29 Yol tikintisinə 13,7 milyon manat ayrıldı

19:13 Saxlanılan bankir Zakir Zeynalovun oğludur

18:50 Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış etdi

18:42 Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

18:39 Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

18:21 Mənsimovun daha bir “törəməsinin” 2.3 milyardlıq borcu üzə çıxdı

18:09 Avropa Birliyi Yerevana 3 milyon ayırdı

17:55 Azərbaycan ət idxalını 7%-dən çox azaldıb

17:47 Tramp qalmaqallı qərarını ləğv etdi –Uşaqların ağladığı fotolar ona təsir edib

17:46 Azərbaycana dəniz yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

17:38 Paşinyanın məmur balaları və hərbi xidmətlə bağlı planı var

17:33 Dzyuba kimi möhtəşəm “futbol oynayan” Putinvə ya dünyanı öz maskası ilə heyran etmiş Moskva

17:27 Türkiyədə avtobus aşıb, 2 nəfər ölüb, 25 nəfər yaralanıb

17:22 Neft ölkəsində prezident maaşları, pensiyaları iki dəfədən çox artırdı

17:22 Arda Turan ata olacaq

17:17 Dolların sabaha olan məzənnəsi

17:13 Azərbaycanda uşaqlara dini adların qoyulması halları azalıb

17:09 “Dağlıq Qarabağ münaqişəsinin tərəfləri konsensusa gəlsə, münaqişənin həlli uzaqda olmayacaq"

17:05 Moskvadan Yerevana uçan təyyarə faciədən qurtuldu

16:55 "Gələcəkdə neftə tələbatın ödənilməsində çətinliklər ola bilər"

16:47 “SSRİ-yə nifrət etmişəm…” – “Mimino” Rusiya siyasətçilərini qəzəbləndirib

16:42 Azərbaycanda bir qrup vəzifəli şəxs həbs olunub –Göyçayda körpünün uçmasına görə

16:32 100 milyon oğurlayan bankir yaxalanıb – “Bandotdel”ə aparılıb

16:27 Neftçalada 17 yaşlı oğlan özünü asdı

16:22 Şəxsi və ipotekada olan evləri bundan sonra necə satmaq olar? –Yeni qaydalar təsdiqləndi

16:14 Pambıq monopoliyası: Kütləvi zəhərlənmə olayının izi ilə... (ARAŞDIRMA)

16:13 Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü

16:05 DSX İranla sərhəddə baş vermiş insindentlə bağlı rəsmi açıqlama yaydı

15:55 "Messi dünya kubokuna görə ağlayır"

15:47 Kəlbəcər sakini Cavid Qurbanovdan və imkanlı şəxslərdən kömək istəyir

15:42 İsmayıllıda sel körpünü dağıdıb – 2000 nəfərin rayonla əlaqəsi kəsilib

15:39 “Gürcü nəsri antologiyası” ilk dəfə Azərbaycan dilində

15:34 “Real Madrid“ Zinəddin Zidanın oğlu ilə də yollarını ayırır

15:30 Putinlə Blatterin gizli görüşü olub

15:26 Birləşmiş Ştatların gündəlik neft hasilatı 10,9 milyon barreldir

15:22 İdarə rəisi sahəyə səpilən zəhərin adını açıqladı:“Ərazi “Azərpambıq“ şirkətinə aiddir”

15:18 Ermənistan Müdafiə Nazirliyi naxçıvanlı çobanları hədələyir

15:09 Hacı Nuran xəstəxanaya yerləşdirilib

15:05 Azərbaycana yay gəlib

14:55 Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb

14:48 "Kandildəki antiterror əməliyyatı ilə bağlı İranla aramızda heç bir problem yoxdur"

14:44 Niyə “acgöz bankirlər“ və miqrantlar xalq qəzəbinin qurbanlıq keçilərinə dönürlər?

14:40 Beyləqan meri icra başçısının gedəcəyi günü niyə sevinclə gözləyir?

14:34 Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib

14:30 “Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir”

14:26 Elmar Məmmədyarov böyük heyətlə Minskə getdi

14:22 Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi

14:13 “Terrorçular iyulun 4-də Menbiçin mərkəzini tərk edəcəklər” – Çavuşoğlu

14:09 “Həkimlər dedi gedin evə, evdə yenə halım dəyişdi”

14:05 Tanrı da unudub ədaləti harda gizlətdiyini

13:50 “Devid üçün yaxşı arvad olmağa çalışıram“

13:45 “Ürəkbulanma zəhərlənmə demək deyil”

13:40 İmişli sakini Bakıda öz maşınını qaçırdı

13:09 “Keçi saqqalı mənə uğur gətirir“ - Ronaldo

13:05 Lənkəran Dövlət Universitetində mafiya islahatlara qarşı - II yazı

13:05 Diaqnostikadan keçən müəllimlərin maaşı açıqlandı –10 faizi 700-900 manat alacaq

12:57 “Hüseyn elə bilirdi ki, Roza maşını ona verəcək“

12:52 “Təhsil islahatları dərinləşməkdə davam edir”

12:42 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

12:38 “Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub”

12:34 Qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal yüksəlib

12:30 33 illik həyat yoldaşını qısqanclığa görə öldürdü

12:26 Erməni Aydınov: “Yaşasın Bakı” – 29 ildən sonra qayıtmaq istəyir

12:22 Fazil Məmmədov hələ də xəstəxanadadır – Dost bildikləri onu “satdılar”…

12:17 İsmayıllıda avtomobil 7 yaşlı uşağı vuraraq öldürüb

12:13 DİN avtomobil sahiblərinə müraciət edib

12:09 “Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək”

12:05 Pambıqçıları zəhərləyən şirkətlər məlum oldu - Heydər Əsədovun adı hallanır

11:55 Kreml Suriya danışıqlarında Türkiyəyə arxa çevirə bilər

11:46 Novxanı-Masazır yolu bu axşam bağlanacaq

11:42 Ərdoğan parlamentdə koalisiya təklif etdi

11:39 İran islahatçıları Amerika ilə danışıqlar istəyirlər

11:36 Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

11:30 Bu gün buraxılış imtahanları keçirilir

11:26 “Ölüm qrupu”nda “cənazə günü”: Messi, hələ getmə...

11:22 Azərbaycanda 147 süni göl ləğv edilib – Sahibləri 85 min manat cərimə edilib

11:17 Rusiyada azərbaycanlının restoranında kütləvi zəhərlənmə

11:09 Şabranda 20 hektar taxıl sahəsi yandı

11:05 Yevlaxda sərnişin mikroavtobusu yük maşını ilə toqquşdu

10:52 Avstriya məşhur kriminal avtoriteti Rusiyaya təslim etdi

10:48 Günelin bu libası 5365 manatdır

10:44 Beynəlxalq təşkilatlar ABŞ-a etiraz edir

10:38 Sərhəd pozucuları ilə atışmada Azərbaycan sərhədçisi yaralandı

10:34 Mikayıl Cabbarovun işçisi Gəncədə qumarxanaya “krışalıq“ edir...

10:30 Tərtərdə 19 pambıqçı zəhərlənib

10:26 Aqrokimyəvi maddələrin idxalına nəzarət gücləndiriləcək

10:22 Neftçalada restoran gözətçisi Kürdə boğuldu



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016