Beyləqanda yonca oğurluğu: yarım milyonu kim mənimsədi? (ŞİKAYƏT) “Kontakt Home“ mağazasında dava düşdü (BİABIRÇI VİDEO) “Faytonçu” Nazim: “Məni bu vəziyyətə ElMed Klinikası və Elman Əzimov saldı“ ADAU-nın müasir tələbə yataqxanası (FOTOLAR)
 

“Azərbaycanlı kişi ilə nəinki evlənmərəm, heç sevgili belə, olmaram” - FOTOLAR

Tarix 19.06.16, 15:26

Font ölçüsü : - / +
bitmap-img6

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva bir neçə gündür ki, Bakıdadır. Musavat.com-un əməkdaşı son günlər stilist Fuad Hacıyevlə çəkdirdiyi səmimi fotolarla gündəmdə olan modellə müsahibə üçün şəhər restoranlarından birində biraraya gəlib. 

- Fuad Hacıyevlə səmimi fotolarınızı paylaşmağınız sevgili olduğunuz barədə məlumatların yayılmasına səbəb oldu. Bu xəbərlər nə dərəcədə doğrudur?
- Fuad mənim neçə illik dostumdur, hər dəfə ya Azərbaycanda, ya da Türkiyədə görüşürük. Sevgili deyilik, o şəkillər dostcasına çəkilib. Elə bir şey ola bilərmi, sizcə..?

- Niyə ola bilməz?
- Bir neçe gündür ki, Bakıdayam. Burada şahidi olduqlarıma əsasən deyə bilərəm ki, azərbaybaycanlı kişilərlə sevgili ola bilmərəm, onlar ucuz, yüngül qızları sevirlər və yanlarında daha rahat olurlar. Konsertlərdə oldum. Bizim qızlar xarici ulduzların qabağında az qalırdılar ki, soyunsunlar. Qusacaqdım. Çox təəccübləndim, görəsən, bizim qadınlar niyə özlərinə qadın kimi hörmət etmirlər?

Bundan əlavə, bizim bəzi kişilər çox kaprizlidir, onların xasiyyətini anlamıram. Azərbaycanlı kişi ilə nəinki evlənmərəm, heç sevgili belə, olmaram. Mən Türkiyədə, o burada, necə yaşayarıq? Azərbaycanlı kişi dostlarım çoxdur, bacı-qardaş münasibətimiz var. Dostluqda Azərbaycan kişiləri 1 nömrədir, amma özəl münasibətdə fərqli olurlar.

- Bir dəfə Türkiyədə ailə qurdunuz və izdivacınız alınmadı. Yenidən ailə qurmağı düşünürsünüzmü?
- Hazırda işimlə məşğulam. Hələ ki, evlənmək, yenidən ana olmaq istəmirəm. Təbii ki, evlilik təklifləri alıram, dəyərləndirirəm. 18 yaşım yoxdur ki, tələsik qərar verim, bir dəfə səhv etdim, ikinci dəfə ailə quranda daha diqqətli olacağam. Çünki indi oğlum var, onu düşünməliyəm.


- Müsahibələrinizin birində demişdiniz ki, oğlunuz sizə çox bağlıdır, amma atanın nə olduğunu bilmir, ona görə də atasızlığı hiss etmir. Ailə qursanız, ona necə təsir edər?
- Elə demişəmsə, doğrudur. Cihangir anaya bağlı uşaqdır. Atasını da görmədiyi üçün məncə, ailə qurmağımı normal qarşılayar. Onun da həyatında ata fiquru olar.

- Hər dəfə keçmiş həyat yoldaşınız Tolqa Karelin Cihangirlə maraqlanmadığını dilə gətirirsiniz. Cihangir sizdən atasını soruşurmu?
- Atanın nə olduğunu tam bilmir. Ona görə soruşmur. Hər şeyi mənimlə bölüşür, davalı suallar verir, mən də ona başa salıram.

- Bir müddət öncə Tolqa Karel evləndi. Bu, sizə necə təsir etdi?
- Tolqanın evlənməsindən xəbərsiz idim. Bakıda hava limanında jurnalistlər soruşanda bildim. Onunla maraqlanmıram. Ona görə də, bu haqda danışmaq istəmirəm, başqa məsələlərdən danışaq...

- O zaman Bakıya gəliş səbəbinizdən danışaq. “Formula 1” yarışlarını izlədiyinizi bilirik. Gəliş səbəbiniz yarışlarla, yoxsa işlə bağlıdır?
- Bakıya “Formula 1” yarışını izləmək üçün gəlmişəm. Maraqlı yarışdır, insanlar “Formula 1”-i izləmək üçün uzaqlara gedir, bizim ayağımıza gəlib, niyə izləməyim ki..? Həm də ölkəmizin inkişafı üçün mühüm tədbirdir. Mən də burada olmaya bilməzdim.


- Martda moda gecəsi üçün gəlməli idiniz. Niyə gəlişinizi təxirə saldınız?
- Bakıda moda gecələri mən istəyən tərzdə olmur, məni qane edəcək, yüksək səviyyədə keçirilmir. Keçən il Türkiyənin məşhur modelyeri Yıldırım Mayruk və tanıdığım dizaynerlərin də iştirak etdiyi dəfiləyə gəldim, amma ürəyimizcə olmadı. Təkliflər çox olur, lakin moda gecələrinin keçirildiyi məkanlar, təşkilatçılıq yaxşı olmur. Ona görə də, qəbul etmirəm. Yüksək səviyyədə olsa, məmnuniyyətlə iştirak edərəm.

- Dəfilələrdə geyindiyiniz libaslar dekoliteli, açıq-saçıq olur, moda gecəsindən sonra günlərlə müzakirə mövzusuna çevrilir. Bu durumdan narahat olmursunuz?
- Mən hər zaman açıq-saçıq geyinmirəm, hər kəs də elə geyimlər geyinə bilmir, onları geyinmək cəsarət istəyir. Açıq libasları geyinmək üçün gərək bədən quruluşun standartlara uyğun olsun və kompleks yaşamayasan. Yıldırım Mayrukun dəfilələrinin simasıyam, orada hər zaman qapalı geyimlər geyinmişəm. Mən işimə peşəkarcasına yanaşıram, kompleksim yoxdur. Libası gözəl təqdim edə bilirəm. Çünki bədən quruluşum buna imkan verir. Jurnalistlər isə hər dəfə geyimlərimlə bağlı xəbərlər hazırlayırlar. Onları da başa düşürəm, bu cür xəbərlər reytinq qazandırır.

Məni tanıyan insanlar, hətta “İnstagram” izləyicilərim bilir ki, mən gündəlik həyatda açıq-saçıq geyinmirəm, əsasən idman stilinə üstünlük verirəm. İndi də (müsahibə alınan günü nəzərdə tutur) rəfiqələrimlə şam yeməyinə gəlmişəm, buradan da konsertə gedəcəyik. Əynimdə uzun ətək, idman ayaqqabısı var, makiyaj etməmişəm. Adi xanımlar da gündəlik belə geyinir. Normal həyatımda podiumda geyindiyim kimi gəzmirəm. 


- Sonuncu dəfə rol aldığınız “Bəyaz qərənfil” serialı reytinq qurbanı oldu. Tamaşaçılar sizi yenidən aktrisa kimi görə biləcəklərmi?
- Mənə bir neçə ssenari təqdim ediblər. Mən “Bəyaz qərənfil” serialının çəkiliş komandasının təklifinə müsbət cavab verdim. Serial mafiyalarla bağlıdır. Bu haqda çox danışmaq istəmirəm. Yeni mövsümdə tamaşaçılar üçün sürpriz olsun.

- Bu serialın da reytinq qurbanı olması sizi narahat etmir?
- Əlbəttə, narahat oluram. Ekranda tamaşaçılar 10-15 aktyoru görür. Amma bu işin arxasında yüzlərlə adam var, serialdan çörək pulu qazanırlar. Kaş, bütün əmək sərf edilən işlər öz layiqli yerini tutsun.

- Azərbaycanda son 3 ildə filmlər, seriallar çəkilir, Türkiyədə lentə alınan ekran işləri ilə müqayisə edilir və daha çox tənqid olunur. Yerli filmləri də izləmisiniz?
- Xeyr, izləməmişəm. Yerli filmlərin türk filmləri ilə müqayisə olunması yanlışdır. Türk filmləri dünyanın bir çox ölkələrində nümayiş olunur və sevilir. Əvvəllər bir “Qvaladupe”, “Lavizna”, “Santa barbara” kimi seriallara baxırdıq, indi də türk seriallarına baxırıq. İnşallah, bizim seriallar da nə vaxtsa o səviyyəyə çatar.


- Azərbaycanlı rejissorlardan təklif gəlsə, qəbul edərsiniz?
- Serial yox, lakin yaxşı film təklifi olsa, qəbul edərəm. Çünki serial üçün Azərbaycana köçməliyəm. Mənim isə övladım Türkiyədə təhsil alır, işim oradadır.

- Bir müddət öncə əməliyyat olundunuz. Səhhətiniz hazırda necədir?
- Öd kisəmi götürdülər. Əməliyyat ərəfəsində dedilər ki, “Bu stil mənim” proqramında qalmaqal yaşandığı üçün stressdən xəstəxanalıq olmuşam. Amma bu məlumatlar yanlış idi. Öd kisəmdə daş var idi, əməliyyat olunmalıydım. Əməliyyat da həmin ərəfəyə təsadüf etdi. 

- Söz düşmüşkən, “Bu stil mənim” verilişində yaşanan qalmaqala toxunaq. Proqramda iştirakçı ilə mübahisəniz, Türkiyə türkcəsində danışmağınız tənqid olundu. Hətta iştirakçılar layihə rəhbərləri tərəfindən onlara əxlaqsız təkliflər olunduğunu da iddia etdilər. Proqramın martda yenidən yayımlanacağı deyilsə də, hələ də efirə qayıtmayıb…
- Kimin nə dediyini bilmirəm. Göydə Allah var, mən orada əxlaqsız təklif edildiyini görmədim. Prodüser hər dəfə deyir ki, Günay, verilişə başlayaq. Sağ olsunlar, layihə heyəti mən xəstə olan zaman mənimlə maraqlandı. Prodüser dedi ki, sən olmasan, “Bu stil mənim” olmayacaq. Qalmaqal yaşanandan sonra layihə gözümdən düşdü, sonra xəstələndim, 1,5 ay xəstəxanada müalicə aldım. Mən 40 dərəcə temperaturla proqrama çıxa bilməzdim. Hamıya da məlumdur ki, proqrama mənə görə baxılırdı, mən reytinq gətirirdim.

 
- Oğlunuz Cihangir Canla xeyriyyə tədbirində podiuma çıxdınız və bildirdiniz ki, heç bir qonorar almamısınız. Daha sonra yüksək qonorar aldığınız barədə xəbərlər yayıldı. Siz isə bu məsələyə aydınlıq gətirmədiniz…
 - Son zamanlar xeyriyyə məqsədi ilə müxtəlif tədbirlər keçirilir. Heyf ki, orada yığılan pullar sahiblərinə çatmır. Çıxış etdiyim bir çox xeyriyyə tədbirlərində qonorarımı almışam. Lakin oğlumdan pul üçün istifadə etmərəm. Xeyriyyə məqsədli olmayan heç bir işdə oğlumun səhnəyə çıxmasına icazə vermərəm. Mən oğlum üçün yaşayıram və onun üçün çalışıram. O tədbirdən yüksək qonorar almağım barədə xəbərlər yalandır. Daun sindromlu uşaqlar üçün təşkil edilən tədbirlərdə dəfələrlə iştirak etmişəm, onların yeri qəlbimdə ayrıdır. Onlar üçün görülən işdən pul almaram.

- Günay, bəs, boş vaxtlarınızı necə keçirirsiniz?
- Film izləməyi çox sevirəm. Evdə olanda bir gündə iki filmə baxıram. Təzə çıxan türk filmlərini izləyirəm. Janr olaraq, bioqrafik filmlərə üstünlük verirəm. Dostlarla toplaşanda isə romantik-komediya daha maraqlı olur. Tək olanda baxa bilmirəm.  

MilliYol.Az



Xəbərin oxunma sayı : 1282

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

24 AVQUST 2017

1:38 Qurban Qurbanov: “İlk dəfə məğlubiyyətə sevinirdim“

1:14 “Qarabağ“ın tarixi qələbəsi (VİDEO)

0:51 “Qarabağ“ Azərbaycan futbolunda yeni tarix yazdı

23 AVQUST 2017

18:29 28 rayonun içməli su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

18:13 Prezident Nazirlər Kabineti Aparatının strukturunu təsdiqlədi

16:50 Bayram Kürdəxanılı dəfn olundu

16:25 Ata qızını və arvadını öldürdü, oğul hamısını yandırdı – Azərbaycanda dəhşətli ailə dramı

16:12 “Ermənistan rəhbərliyi müxtəlif intriqalarla Rusiyaya təzyiq göstərməyə çalışır“

15:50 “Əməliyyatlara 62 min dollar xərcləmişəm“ - Nazim

15:40 “Satılır“ qadağası ilə bağlı açıqlamanı mən yaymamışam”

15:30 Toz dumanı ilə bağlı Bakıda operativ iş rejiminə keçildi

15:25 UNİCEF 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinə münasibət bildirib

15:20 "Azərbaycanlılar göstərdi ki, onlar gürcülərin tarixi dostlarıdır"

15:12 Azərbaycanda 5000 tələbə köçürülmək üçün qeydiyyatdan keçib

15:05 Dənizkənarı Milli Parkda dənizdən naməlum qadın meyiti tapılıb

14:50 Trampın kürəkəni yenidən Yaxın Şərqə üz tutub

14:40 “Putinlə Sərksiyanın əsas müzakirə mövzusu Qarabağ olacaq”

14:20 Zamanında imperiya qurmuş uyğurların azadlıq mücadiləsi - Araşdırma

14:12 Sergey Şoyqu: Suriyada vətəndaş müharibəsi bitdi

14:05 Faktlar toplanıb sübuta yetiriləcək… – “Qaçqınkom” sədrindən açıqlama

13:50 Bakıda bir neçə müəssisədə vaxtı keçmiş məhsullar aşkarlanıb- Nazirlik

13:45 “İşğaldan sonrakı prosesə diqqət etməliyik”

13:20 Trampın Arizonada çıxışı zamanı qalmaqal yaşandı

13:12 Lənkəranda “Azərişığ”ın avtomobilini yandıran şəxs saxlanılıb

13:05 "Qlobal neft tələbatı 2035-ci ilədək 15 faiz azalacaq"

12:55 Bayram Kürdəxanılını maşınla vuran şəxs Ağamirzənin qohumu imiş

12:50 Qətər ilə Türkiyə arasında ilk birbaşa dəniz xətti açılıb

12:40 General mini yubkalı qız şəkli göstərdi, prezident dərhal fikrini dəyişib ordu yeritməyi qərara aldı

12:35 “Rusiya belarusun işğalını düşünür!”

12:30 Azərbaycandan Həcc ziyarətinə kvotadan artıq sayda zəvvar gedəcək

12:25 Sabah hava necə olacaq?

12:20 DİN Bayram Kürdəxanılının ölümü ilə bağlı rəsmi məlumat yayıb

12:12 Yasamalda yanğın- Ölən var

12:05 Azərbaycanda 107 xəstəyə qaraciyər, 365 xəstəyə böyrək köçürülüb

12:00 Lələtəpə döyüşçüsü birinci vitse prezidentdən kömək istəyir

11:55 Rusiyada dünya çempionunu öldürən azərbaycanlının saxlanılması üçün mükafat təyin edilib

11:47 Vurma cədvəlini bilməyən direktor və...

11:33 Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın ilk rəqibi məlum olub

11:25 Bakıda cərimə meydançasında avtomobillər qarət edilib- Araşdırma aparılır

11:20 Lələtəpə döyüşçüsü birinci vitse prezidentdən kömək istəyir

11:13 "Valideynlərim ərimin casus olduğunu düşünürdülər"

11:05 Bakıda qatı toz dumanının müşahidə olunmasının səbəbi açıqlanıb

10:55 “Qarabağ” tarixi oyuna çıxır

10:50 Naxçıvanda hücum təyyarələri təlim uçuşları həyata keçirib

10:35 Boko Haram bu il 83 uşağı canlı bomba kimi istifadə edib- UNİCEF

10:30 Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib

10:25 “2000 manata görə qızımı öldürdülər”

10:20 Cəbrayıl və Füzuli rayonlarının işğal edilməsindən 24 il ötür

10:12 Bayram Kürdəxanılının ölümü ilə bağlı cinayət işi başlanıb

9:27 Məşhur meyxanaçı faciəvi şəkildə həlak oldu (FOTOLAR)

22 AVQUST 2017

18:49 İki rayona 6 milyon manat ayırıldı (SƏRƏNCAM)

18:45 Prezident Elman Novruzova general rütbəsi verdi

17:55 Aygün Kazımova yataqdakı oğlanın üzünü göstərdi - foto

17:44 FHN Bakının mərkəzindəki yanğınla bağlı məlumat yaydı

17:40 Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib

17:33 Xocavənd istiqamətində atışma: erməni podpolkovnik və kapitan yaralandı

17:25 Dolların sabaha olan məzənnəsi

17:20 “Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”

17:12 “Adam əti yeməkdən bezmişəm...”

16:55 Vatikanın dövlət katibi Rusiyaya gələcək - Putin onu şəxsən qəbul edəcək

16:40 Prokuror Gündüz Məmmədov “Krımnaş”ı tutmaq istəyir

16:33 Qurban Qurbanov bu axşam Danimarkada media qarşısına çıxacaq

16:25 Keçmiş MTN generalı ifadə verdi –Mətləb Mustafayevin saxlanılması ilə bağlı

16:20 Hacı Əbdül Ayaz Mütəllibova söz atdı

16:12 Azərbaycanlı astroloq: “Böyük fəlakətlər gözlənilir“

16:05 Azərbaycana nə qədər ərəb gəlib?

15:55 Hövsanın məşhur “Svarşik Müseyib“i: Yüzlərlə kitab, bildirçin..

15:40 Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

15:30 “ABŞ dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcək”

15:25 Arvadına xəyanət edən aparıcı daha əvvəl boşanıbmış

15:20 Türkiyədə yeddi general və bir admiral istefaya gedib

15:12 Putini “rəngli inqilabla ” devirmək?!

14:55 Azərbaycanda polkovnik fəciəvi şəkildə həlak oldu

14:40 Qüdrət Qurbanovla Rəşad Məmmədovun 600 minlik davası

14:33 Bakının mərkəzində məşhur mağazalar yanır

14:25 Putin Sərkisyanı Qarabağa görə Soçiyə çağırdı

14:20 Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

13:50 “Əgər Saakaşvili sərhədi pozmağa cəhd etsə, o, güllələnəcək”

13:40 Bakı metrosunda qəribə hadisə – Maşinist qatarı saxlaya bilmədi

13:33 “Turan” agentliyinin son durumu – Mehman Əliyevdən açıqlama

13:20 Ağcabədidə ağır qəza –2 nəfər öldü, 2-si yaralandı

13:12 Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb

13:05 Gürcüstan prezidenti Azərbaycan və Türkiyəyə təşəkkür edib

12:50 Külli miqdarda pirotexniki vasitə tutuldu

12:40 “Onları süpürüb kənara ata bilərik”

12:35 “İŞİD üçün saylı günlər qalıb” –ABŞ-ın müdafiə naziri

12:30 Türkiyə və İran birgə əməliyyat planlaşdırırlar – Təfərrüat

12:25 Valyuta hərracı başa çatdı – Məzənnə

12:20 Hava günəşli olacaq – Proqnoz

12:14 “Qorbaçov Heydər Əliyevə qarşı alçaqlıq etdi“

12:09 Bakıda avtomobillər bahalaşıb

11:59 Parkda 17 yaşlı oğlan bıçaqlandı

11:55 İntihar etmək istəyən gənci dostu xilas etdi, sonra ... - Video

11:50 “Azərbaycan Türkiyə ilə birgə Yaxın Şərqin gələcəyini müəyyən etməkdə mühüm rol oynayır“

11:41 Abidin Fərzəliyev ağacları belə məhv edir - Fotolar

11:36 Qəbələyə köçürüləcək universitetlərin adları açıqlandı

11:12 Uşaqlar arasında yoluxucu virus yayılıb

11:00 “Marca” “Qarabağ”dan üzr istədi

10:41 Azərbaycan nefti bahalaşıb

10:25 26 yaşlı oğlan intihar etdi

10:20 Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 134 dəfə pozub

10:05 Bu günə olan məzənnələr – Rəsmi

21 AVQUST 2017

17:55 Dilqəmlə Şahbaz girovluqdan buraxılacaq?

17:40 Rostovda irimiqyaslı yanğın baş verib, əhali təxliyə olunur

17:33 FHN meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə Gürcüstana helikopter göndərib

17:25 Putin ABŞ-a yeni səfir təyin edi –Qalmaqallı səfiri kim əvəz etdi?

17:20 “Türkiyə və İran regionda birgə əməliyyatlara başlayır“

17:05 Ermənistan ordusunda daha bir itki

16:55 Öz maşınına “Satılır” elanı yazanlar cərimələnəcək

16:45 Dərs bölgüsünün diaqnostik qiymətləndirmə nəticələrinə əsasən aparılmasına nəzarət ediləcək

16:40 Netanyahunun dəyişməz dəlilləri, Putinin inadı - Təhlil

16:30 Prezident icra başçısını ordenlə təltif etdi

16:25 Birinci ledi hökumətdə vəzifə aldı

16:20 “Biz tərəfdə tumanla şəkil çəkdirməyən kişilərə...“ - Nadir

16:13 “Bizdə nə miqrasiya, nə təbii azalma var” – İlham Əliyev

16:05 Tramp ən yaxın silahdaşını qovmağa məcbur oldu: növbə ona da çata bilər

12:50 Rusiyalı çempionu qətlə yetirmiş azərbaycanlı hələ tutulmayıb

12:45 Rəsmi Ankara qonaqların ayağı altına niyə belə geniş qırmızı xalı sərdi?

12:40 Həccə gedəcək azərbaycanlı zəvvarların səfər qrafiki açıqlanıb

12:24 Sabaha olan hava proqnozu açıqlandı –Bakıda 36 dərəcə isti olacaq



loading...
“Atəş aç, qorxaq! Sən kişini öldürəcəksən!”

1967-ci il oktyabrın 8-də Boliviya hərbçiləri ölkənin mərkəzindəki Yuro dərəsində XX əsrin ən məşhur inqlabçılarından biri Çe Gevaranın başçılıq etdiyi kiçik partizan dəstəsini mühasirəyə alır. Sonra yaxınlıqdakı kənddə 6 atəş səsi eşidilir
Həvva necə olub: 10 ən qədim qadın (SİYAHI)

MilliYol.Az müxtəlif coğrafiyalarda arxeoloji qazıntılar zamanı tapılan ən qədim qadın skeletləri haqqında dünya alimlərinin gəldiyi maraqlı nəticələri təqdim edir.
AzTV-nin aparıcısı canlı efirdə çətin vəziyyətə düşdü (VİDEO)

Azərbaycan Televiziyasının canlı efirində aparıcı çətin anlar yaşayıb.
Tanınmış azərbaycanlı jurnalistin karyerası bitdi

Tanınmış jurnalist Kənan Quluzadə jurnalistikadakı fəaliyyətinə son qoyduğunu açıqlayıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016