Bazar ertəsi, 15 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

"Azərbaycana qarşı şər və böhtan kampaniyasını Soros maliyyələşdirir"


“Azərbaycan uzun illər ərzində anti-Azərbaycan qüvvələrin birgə səyləri nəticəsində AŞPA-da siyasi məhbus məsələsi ilə bağlı qərəzli münasibətlərə və ayrıseçkiliyə məruz qalıb. Avropa Şurasının siyasi məhbus anlayışının meyarlarının mövcud olmadığı bir vəziyyətdə 12 ildən çox müddət ərzində bu qurumun üzvü olan dövlətlərdən yalnız Azərbaycanda siyasi məhbusların olması barədə iddialar irəli sürülüb, sənədlər qəbul edilib”

Bunu Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasınıdakı nümayəndə heyətinin keçmiş üzvü Elxan Süleymanov deyib.

O bildirib ki, bu məsələ 2005-ci ildə bir qədər səngisə də, 2009-cu ildə yenidən gündəmə gətirildi və anti-Azərbaycan qüvvələr 2009-cu ildə AŞPA Hüquqi Məsələlər Komitəsində Avropa Şurasının üzvü olan 47 ölkədən yalnız Azərbaycanda siyasi məhbusların izlənilməsi üzrə məruzənin hazırlanmasına dair qərar qəbul edilməsinə nail oldu. Almaniyalı deputat Kristof Ştrasser Azərbaycanda siyasi məhbusların izlənilməsi üzrə məruzəçi təyin edildi: “Hüquqi Məsələlər Komitəsi sonradan Ştrasserə ikinci mandat verərək onu həm də siyasi məhbusların müəyyənləşdirilməsi üzrə məruzəçi təyin etdi. Beləliklə, AŞPA-da siyasi məhbus məsələsi ətrafında paradoksal bir vəziyyət yarandı: “siyasi məhbus” anlayışının meyarlarının müəyyənləşdirilməsi və Azərbaycanda siyasi məhbusların izlənilməsi eyni bir deputata – Kristof Ştrasserə həvalə edildi. Belə bir qərarın qəbul edilməsi Avropa Şurası strukturlarında Azərbaycana münasibətdə qərəzli mövqeyin və ikili standartların mövcudluğunu bir daha nümayiş etdirdi”.

MilliYol.Az
Etiket:

loading...