Bazar, 23 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

“Azərbaycan xalçaçılıq üçün xammal idxalından asılılığını azaldacaq”


“2019-cu ildə Sumqayıtda yun-əyirici boyaq fabriki istifadəyə veriləcək”

Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O qeyd edib ki, bu müəssisənin yaradılması Azərbaycanın xammal idxalından, xüsusilə boyaq və əyirmə xammalı idxalından asılılığını azaltmağa imkan verəcək:

"Xalçaçılıq böyük perspektivlərə malikdir və dövlət bu sahəyə zəruri dəstək göstərir. Bu gün Azərbaycanda xalçaçılıq sənəti inkişaf edir. Bu istiqamətdə "Azərxalça" ASC yaradılıb, 2018-2023-cü illər üşzrə xalçaçılıq sənətinin inkişaf və mühafizəsi dövlət proqramı təsdiq olunub, peşəkar xalçaçılıq günü təyin olunub. Həmçinin, ölkənin regionlarında fabriklərin açılması və onların zəruri xammalla təmin olunması üzrə kompleks qərarlar qəbul edilib".

Nazir müavini əlavə edib ki, ötən il ölkədə xalçaçılıq üzrə 10 emalatxana açılıb: "Bu il daha 10 emalatxananın açılması üzrə işlər aparılır. Bundan başqa, yun istehsalı üzrə məntəqələr açılacaq". (trend)
Etiket:

loading...