Şənbə, 20 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

“Azərbaycanın hər problemi bizim problemimizdir”


“Azərbaycan İsrail Dövlətinin ən vacib tərəfdaşı və müttəfiqidir. Azərbaycanın hər bir problemini biz öz problemimiz kimi qəbul edirik”, - bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyevlə görüşdə İsrailin hakim koalisiyasının aparıcı nümayəndələrindən biri – regional inkişaf naziri Tsaxi Xaneqbi deyib

Bu barədə Azərbyacan nümayəndə heyətini Qüdsdə keçirilən görüşlərdə müşayiət edən virtualaz.org-un rəhbəri Eynulla Fətullayev xəbər verib.

Qeyd edək ki, AZAL dövlət konserninin vitse-prezidenti Eldar Hacıyev, Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov və “Silk Way” holdinqinin vitse-prezidenti Teymur Məmmədovdan ibarət nümayəndə heyəti İsrail hökumətinin nümayəndələri ilə görüşlərini Azərbaycana turistlərin cəlb edilməsi və sərnişin və yük daşımalarının həcminin artırılması məqsədilə keçirirlər.

Tsaxi Xaneqbinin sözlərinə görə, İsrail Azərbaycanın ərazi bütövlüyünü sözsüz dəstəkləyir və erməni qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edir: “Bundan başqa, İsrail milli inkişafda Azərbaycana kömək edir və kömək etməyə hazırdır. Azərbaycan yeni, gənc dövlətdir və kifayət qədər mürəkkəb regionda yerləşir. Ölkənizi təhdid edən bütün siyasi riskləri anlayırıq. Buna görə də, sizin gənc dövlətinizi çoxsaylı müasir problemlərin həllində dəstəkləməyə hazır olduğumuzu bildiririk”.

Regional inkişaf naziri Azərbaycan nümayəndə heyəti ilə görüşdə səsləndirilmiş bütün problemləri dinləyib və Azərbaycanın maraqlarının qorunmasına kömək etməyə hazır olduğunu deyib

Elə həmin gün Azərbaycan nümayəndə heyəti “Evimiz İsrail” (Libermanın partiyası) parlament fraksiyasının və “İsrail-Azərbaycan” parlamentlərarası qrupun sədri Robert İlatovla danışıqlar aparıb.

Knessetin binasında Azərbaycan nümayəndə heyəti həmçinin Azərbaycanın böyük dostu, İsrailin müdafiə naziri Aviqdor Libermanla görüş keçirib.

MilliYol.Az
Etiket:

loading...