“Mən bir dəfə də belə qol vurmuşdum”
“Report”un məlumatına görə, bunu İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya “Yuventus”unun qapısından keçirdiyi ikinci top barədə danışarkən deyib.
33 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2008-ci il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb. O bildirib ki, 2006-ci il oktyabrın 7-də keçirilmiş həmin görüşdə zərbəsindən sonra top qapı tirinə dəyərək, çölə çıxmışdı. Bu dəfə isə Ronaldu topun qapıya daxil olduğunu vurğulayıb: Bu, xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol oldu. Şübhəsiz ki, “Yuventus”a vurduğum ikinci top mənim ən gözəl qolumdur”.
Qeyd edək ki, Kriştianu Ronaldu “Yuventus”la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 10-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib.
Digər xəbərlər
loading...