Beyləqan pambıqçıları pulunu ala bilmir - İnam Kərimova müraciət Beyləqanın icra başçısı 40 yaşında ali məktəb bitirib, necə professor oldu? Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir? Neftçalanın Qoltuq kəndində nə baş verir: otlaq sahələri niyə şumlanır? (FOTOLAR)
 

“Atama da, mənə də paxıllıq edirlər” - Aygün Səmədzadə

Tarix 16.05.18, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının baş müəllimi, bəstəkar Aygün Səmədzadənin “Qafqazinfo”ya müsahibəsi:


- Aygün xanım, 3 illik fasilədən sonra konsert vermək qərarına gəldiz. 

- Hər il konsert vermirəm. Sonuncu konsertim 2015-ci ildə baş tutub. Ötən il isə “İpək yolu” festivalında açılış konserti etdim. İndi isə iyunun 9-da konsert olacaq. Mahnılarımı sevənlərim üçün yaxşı bir gecədir. İndi sosial şəbəkələr imkan verir ki, özün haqqında müəyyən rəyləri görəsən. İnsanların münasibətini oxuyanda sevinirəm. Bu, çox xoş bir haldır. Hərdən deyirsən ki, çox tərif yaxşı bir şey deyil. Amma mən tərifi sevirəm, tənqidi isə yox. Deyirlər ki, tənqid etmək yaxşıdır. Amma onu da dostcasına etmək lazımdır. Mənə maraqlı gəlir ki, bugünkü insanlar sosial şəbəkədə aqressivdirlər. Onların sənət adamlarına qarşı pis münasibətini görürəm. Görəsən bu nə ilə bağlıdır?! İnsanlar öz preoblemlərinin həllini tapmaq üçün əziyyət çəkir. Bəziləri isə öz problemlərinin həllini başqasına neqativ fikir söyləməkdə görür. Bu, çox pis tendensiyadır. Ən çox da Azərbaycan oxucusunun şərhlərində rast gəlirəm. Hər şeydə bir yaxşı görməkdənsə, insanlarda nöqsan axtarırlar, müzakirə edirlər. Mən həmin tamaşaçının bəstəkarı deyiləm. 

- Bəlkə də insanların incəsənət nümayəndələrinə qarşı aqressiv fikirləri əvvəlki dövlərdə də olub. Sadəcə olaraq indi sosial şəbəkələr daha aktualdır və fikirlərini orada rahat şəkildə yazırlar. 

- Mən fikirləşirəm ki, peşələr arasında ən zərərsizi incəsənətdir. Yəni rəssam oturub əsər yaradır, keyfiyyətsizdirsə, kənara qoyacaq və heç kəsə ziyanı olmayacaq. Və yaxud, ifaçı, şair, bəstəkarı misal çəkə bilərik. Düzdür, ifa ilə beyinləri başqa istiqamətə yönləndirmək, onları zövqsüzləşdirmək olar. Bu, başqa məsələdir. Lakin pis həkim kimi insanın həyatını təhlükəyə atmaqdansa, zəif musiqiçi olmaq daha yaxşıdır. Çünki sən biləcəksən ki, hansısa bir insanın ölümünə səbəb olmayacaqsan. 

Fikirləşirəm ki, o vaxtlar seçim az idi. Televiziyaların, qəzetlərin, efirə buraxılan şəxslərin sayı az idi. Hər bir insan haqqında yazmaq, müzakirə açmaq mümkün deyildi. Əlbəttə xalq arasında onlar haqda rəvayətlər, şayiələr gəzirdi. Bu günədək insan haqqında çox gülməli lətifəni belə xatırlaya bilərik. Amma sosial şəbəkənin müsbət tərəfləri var. Özünü geniş kütləyə tanıda bilərsən. Mənfi tərəfləri də var. Paxıllığın, qısqanclığın açıq şəkildə qarşına çıxdığını görürsən. Bunlar sənət adamlarını ruhdan sala bilir. 

- Azərbaycan musiqisinin hazırkı vəziyyətini necə qiymətləndirirsiz?

- Hamı elə bilir ki, Azərbaycan musiqisi bu gün efirdə səslənəndir. Bu qədər bədbin, pessimist olmamalıyıq. Ciddi musiqi üzərində işləyən bəstəkarlar, ifaçılar var. Azərbaycanın professional musiqisi öz yolunda inkişaf edir. Söhbət bu işləri işıqlandıran efir məkanlardan, saytlardan gedir. Onlar kimi təbliğ edirlər? Bu gün danışırıq ki, musiqimiz zəif inkişaf edir. Bütün bu şəraiti yaradan, şəxsən mənim dinləmədiyim musiqiçiləri efirlərdə görməyimizə səbəb olan mətbuat və televiziyalardır. Bundan əlavə, əsas maddiyatdır. O insanlar nəyin bahasına olursa olsun, efirə yol tapırlar. Sənət arxa plandadır. Vaxt keçir, insanlar o səslərə öyrəşir. Dinləyir, artıq müəyyən bir zövq formalaşır. Onun üçün meyar, səviyyə bu olur. O müğənnini dinləyən mənim mahnılarımı dinləyə bilməz. Onlar mənim mahnılarımı tərifləsə, təəccüblənərəm. Bir məsələ də var ki, insandır. Həyata bir dəfə gəlib, istəyir ki, tanınsın. Bu yolu seçib, böyük kütlə yığır. Əslində öz içlərində bilirlər ki, oxuduqları normal bir şey deyil. İnsana nə qədər müqavimət göstərisən, tənqid edirsənsə, qarşı tərəf daim irəli getmək istəyir. Düşünürəm ki, nə vaxt belə “qeyri-adi” səs görsək, görməzdən gəlməliyik. 1-2 dəfə görməsək, o, sakitləşəcək. Tənqidlər onlara güc verir. 

- Siz o insanlardan danışırsız. Amma həmin ifaçılar efir və mətbuatdan əvvəl sosial şəbəkələrdə gündəmə gəliblər, tanınıblar.

- Düzdür, amma onlar elə-belə meydana gəlməyiblər. Həmin insanların Azərbaycanda kökləri var. 20 il bundan əvvəl oxuyanlar arasında belələri var. İndi həmin insanlar kiməsə irad tutur. O vaxt sosial şəbəkələr yox idi, amma ortada idi. Niyə nəsə deməyə haqqı çatır? Yaxşı səsi olan ifaçılar sənətlərinə arxayındırlar. Düşünürlər ki, hardasa oxuyacaq, yenə onun işini görəcəklər. Sənəti, səsi olmayan daim göz önündə olmaq üçün düşünür. Yollar tapır, efirə çıxır. Açığını deyim ki, sənəti olan insanlarda günah çoxdur. Onlar boşluğu yaradırlar. Hamı tənqid edir. Amma həmin təndiq etdiyi ifaçının toyunda oxuyur. Deməli, sən səmimi deyilsən. Burdan belə danışırsan, o birini görəndə isə tərifləyirsən, şəkil də çəkdirisən. Pul incəsənətə qalib gəlir. Bu, köhnə sözdür, bu şüarı sevirəm.

- Maraqlıdır ki, mahnılarınızı verəcəyiniz müğənniləri necə seçirsiz?

- Özümün ifaçı dairəm var. İstəyirəm ki, dairəmi genişləndirim. Amma heç bir vaxt səsini, zövqünü, davranışını bəyənmədiyim insanlarla işləmərəm. Fikirləşirəm ki, Azərbaycanda elə bir müğənni yoxdur ki, mahnıların bütün hüquqlarını alacaq dərəcədə qonorar təqdim etsin. Belə biri yoxdur, çox narahatam. Birdən gəlib inanılmaz bir qonorar təqdim etsələr belə işləmərəm. Amma heç vaxt “eləmərəm” demirəm. Həyatdır, hər şeyə məcbur ola bilərsən. Heç nədən sığortalanmamışıq. 

- Niyə adətən eyni müğənnilərlə işləyirsiz. Səbəb nədir?

- Pisdir bəyəm? Fikirləşirəm ki, mahnılarımı elə onlar oxusunlar. Düzdür, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan da bəstələrimi ifa edib. Yəni, bu insanlarla çalışmışam, onların sənətini qiymətləndirirəm. Amma mütəmadi olaraq çalışdıqlarım var. Mahnı yazarkən Nurlan Növrəslinin, Eyyub Yaqubovun, Ayaz Qasımovun səsini eşidirəm. Bu, məndən asılı deyil. Bütün dünyada belədir... Hər bir insanın müəyyən bir musiqi mühiti olur. Ola bilsin ki, mahnılarım gündəmdə olmur, amma hər zaman oxunur. İnsanlar sadəcə olaraq müəyyən vaxt üçün mahnı çıxarırlar, reklam edirlər. Təəssüf! 

- Son illər hit olan mahnılarınız azdır. Bunu nə ilə əlaqələndirə bilərsiz?

- Mən qarşıma belə məqsəd qoymamışam ki, mahnı yazım və hit olsun. Bilirəm ki, musiqini bilən, sevən şəxslər həmin mahnılarımı sevir. “Tut ağacı”, “Məktəb illəri” kimi mahnılar yarandı, sevildi. Sonradan yazdıqlarım daha gözəldir. Düşünürəm ki, hər kəs öz mahnılarını sevməlidir. Özümü doğrultmağa ehtiyacım yoxdur. Görürəm ki, İlqar Muradov, Eyyub Yaqubov, Elton Hüseynəliyev kimi ifaçıların mahnıları ən gözəlidir. Özüm musiqi tənqidçisiyəm, ortaya çıxardığım əsərə cavabdehəm. Mahnını zərgər kimi işləyirəm, təqdim edirəm. Bəstənin sonrakı taleyi müğənnidən asılıdır. Müğənni bunu qoyub başqasını oxuyur, baxırsan ki, həmin ifaçı ya özünə hörmət etmir, ya da zövqü dəyişib. Fikirləşirəm ki, mahnı sayəsində özümü kimlərinsə qarşısında təsdiq etməyə ehtiyacım yoxdur. Məndən yaxşı yazırlarsa, gətirib qoysunlar ortaya… Buna yenə sevinərəm. Hər şeyi normal qarşılamaq lazımdır. 

- Hansısa 1 müğənni ilə qalmaqal yaşamaq üçün sizə hansı səbəb lazımdır?

- Qalmaqal dava-dalaş, təhqirdir. Bizdə hər şeyin adını qalmaqal qoyublar. İnciklik başqa, tərbiyəsizcəsinə dava etmək başqa şeydir. Nə mən, nə də mənimlə çalışan müğənnilər bu tərbiyənin sahibi deyilik. İncikliyim olsa, başqa şəkildə həll edərəm. Ya üzbəüz görüşərəm, ya da qanun çərçivəsində işimi həll edərəm. 

- Ailənizdə kəskin peşə fərqləri var. Bacınız həkim, redaktor, qardaşınız iqtisadçı alim, atanız millət vəkilidir. İncəsənətə meyillilik haradan yaranıb? 

- Atamın musiqi təhsili olub, gözəl səsi var və tar ifaçısıdır. Nəslimizdə hamının musiqidən xəbəri var. Bacımla mən Bülbül adına Musiqi Məktəbini bitirmişik. O, anamın yolunu gedib həkim oldu. Anam deyirdi ki, mən həkim oldum, həmişə xəstə görürəm. İstəyirəm ki, övladlarım musiqi əhatəsində olsun. Qardaşım da iqtisadçıdır. Məndə onu görüblər, düzgün istiqamətləndiriblər. Düşünürəm ki, bütün uşaqlar musiqi dərsi almalıdır. Bütün problemlərin kökü məktəbdə onların düzgün musiqi təhsili almamasından irəli gəlir. Kiçik yaşlarından Üzeyir Hacıbəyov, Qara Qarayev, Emin Sabitoğlu və başqalarının əsərlərini eşitməlidirlər. Sabah baxsınlar ki, kim kimdən nəyi oğurlayır. Ramiz Mirişlinin hansı mahnısının o yan-bu yanını dəyişib təzə mahnı kimi təqdim etdiklərini anlasınlar. Əvvələr bu ənənə var idi, dinləyici səviyyəsi də fərqli idi. İnsanlar sonra bu ənənəni unutdular. Pianinonun üstünə kitab, qab qoydular, qonaqlar gələndə paltolarını qoymaq üçün qarderob kimi istifadə etdilər. Ən böyük hörmətsizlik bundan başladı. 

- Yutubda da dinləmişik, əksər bəstələrinizi özünüz də ifa edirsiz. Elə bir mahnı varmı ki, müğənnidən yaxşı ifa etdiyinizi düşünürsüz?

- Mahnı verdiyim 99 faiz müğənnidən daha yaxşı oxuyuram. Onlara deyirəm ki, məndən yaxşı ifa edəcəksənsə, oxu. Yox, mənim kimi olacaqsa, qalsın. Amma elə müğənnilər var ki, onlar kimi ifa etmək iddiam yoxdur. Səs diapazonum balacadır. Hər bir bəstəkar öz mahnısını üzdə olmasa da, ürəyində müğənnidən yaxşı oxuyur. Mahnılarımı müğənnilərə bişirib verirəm. Müğənni səmimidirsə, oxuduğu mahnı da səmimi qarşılanacaq. Eləsi var, nə oxusalar ona inanırlar. Məsələn, Röya. Onun səmimi ifasına hamı inanır. Amma elə ifaçı da var, deyirlər ki, hə, nə olsun?

- Sizin üçün millət vəkilinin qızı olmaq nə deməkdir? Bəzən sizi öz peşənizdən çox atanızın vəzifəsi ilə təqdim edirlər. Bundan narahat olmursuz?

- Əvvəl daha çox narahat olurdum. Məsələyə iki cür yanaşmaq olar. Birincisi, kaş hamının mənim kimi atası olsun. Elə ataların belə qızları olsun. Adlar yan-yana çəkiləndə insana başucalığı gətirsin. İkinci tərəfi ondan ibarətdir ki, belə şəxslər insanların öz sahələrində gördüyü xidmətləri görmürlər. Mahnı bəstələyirəm. Qeyd edirlər ki, “Ziyad Səmədzadənin qızı yazdı”. Daha fikirləşmirlər ki, onun qızı olduğuna görə Allah savad və istedad vermir. Əgər belədirsə, məşhur siyasi xadimlərin, vəzifəli şəxslərin hamısının qızları mahnı yazsın. İnsanın istedadını, qabiliyyətini valideynin vəzifəsi ilə ölçmək düzgün deyil. Mahnı yazsam, hansısa tədbirdə ifa edə bilməsəm, onda deyərlər ki, atasına görə tanınır. İlk mahnım 1996-cı ildə çıxıb. O zaman atam millət vəkili deyildi. Elə “Məktəb illəri”, “Tut ağacı” çıxan vaxtlarda da atam deputat olmamışdı. Niyə görə insanlar bunu unudur, bilmirəm. Belə neativ formalaşdırmaq üçün adları yan-yana qoyurlar. Bu, paxıl insanların işidir. Mənim atama da, mənə də paxıllıq edirlər. Bunu həmişə görmüşəm. Amma heç vaxt əhəmiyyət verməmişik. Təki həmişə atamın adı mənim üstümdə olsun. Biz bir-birimizlə fəxr edək. Mənim istirahət fotomdan xəbər hazırlamaq nəyə lazımdır?! Xəbər hazılamaq olar, amma onu qabartmaqla həmin şəxsi hörmətdən salırsız. 

- İnstaqramda daha şən görünürsüz, amma yolda sizi görsək eyni şeyi deyə bilmərik.

- Hər ikisi mənəm. Paylaşdığım fotoların altında hansısa bir izah yazıram. Rəqs edirəmsə, pis şərhlər yazanlar üçün şərh qeyd edirəm. Məsələn, deyilir ki, qadın çox rəqs etməməlidir. Bunu hardan çıxarıblar? Qadın niyə rəqs etməsin? Xanım əlində zənbil ağır işlər görəndə və onun həyat yoldaşı evdə oturub televizora baxanda heç demirlər ki, zərif məxluqdur, əziyyət vermək olmaz. Amma rəqs edəndə hamı görür. Mən gözəl rəqs görəndə sevinirəm. Məsələn, Pərvin Abıyeva, Günel Zeynalova və başqaları çox gözəl rəqs edirlər. Görürsən ki, şəklin altına ağır sözlər yazırlar. Belə olmaz. 

Bundan əlavə, mən selfi çəkdirməyi çox sevirəm. Nə qədər şən olsam da, musiqini, rəqsi sevsəm də, özüm həddimi aşmaram. Mənə qarşı kimsə həddini aşsa, onda olaram siz gördüyünüz Aygün Səmədzadə! İnsanlar xoş ab-havada olanda başqa cür qəbul edə bilirlər. Əslində mənim yazdığım musiqidə nə onu, nə də bu birini görərsiz. Hamısının qarışığıdır, düşünürəm ki, insan belə olmalıdır. İnsan həmişə eyni ola bilməz. O zaman özüm-özümə maraqsız olaram. 

- Övladlarınız haqda danışaq. Sizin arzuladığınız həyatı yaşayırlarmı?

- İki övladım var. Qızımın iki ixtisası var. Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, eyni zamanda Azərbaycanın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirir. Oğlum isə iqtisadçıdır. Amma mənə yaxın olan sahələrlə məşğuldur. İncəsənətdə varislik qanla keçir. Musiqidə nöqsanımı övladlarım deyə bilər. Elə insanlar var ki, övladı onun peşəsini davam etdirir, hər yana da yüzlərlə tələbəsi olmasına baxmayaraq öz övladını çıxarır. Belə şeylər mənim xoşuma gəlmir. Əgər sən müəllimsənsə, 5 dəfə öz övladınla, 5 dəfə də tələbələrinlə efirə çıxmalısan. Varisliyi gözəl və az bir şəkildə nümayiş etdirmək lazımdır.



Xəbərin oxunma sayı : 298

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

23 İYUL 2018

13:22 Çin və Amerika sürətlə ticarət savaşına yuvarlanır –Təhlil

13:17 Ögey oğlunu öldürən ata tutulub

13:13 “Azərbaycanın Naxçıvan istiqamətində qoşun cəmləşdirməsi bizi çox narahat edir...”

13:09 Bu ilin 6 ayı ərzində 1,5 tondan çox narkotik vasitə müsadirə edilib

13:05 Bakıda 17 yaşlı qız binanın damından özünü ataraq intihar edib

12:55 Mikroavtobus avtomobillə toqquşub – Ölən var

12:47 Sabahın hava proqnozu: Külək güclənəcək, arabir yağış yağacaq

12:42 “Real“dan daha bir transfer bombası: Messinin düşməni gəlir

12:36 Bu il Azərbaycanda 306 nəfər İİV-ə yoluxub

12:32 DİN Kürdəmirdə uşağın ögey atası tərəfindən öldürülməsi barədə rəsmi məlumat yaydı

12:24 Xalq şairinin Milli qəhrəman oğluna həsr etdiyi şeir

12:20 SOCAR Gürcüstanda yeni qaz kəmərləri alıb

12:16 ABŞ-da yaxalanan rus casusunun yeni əlaqələri üzə çıxıb –Maria Butina yüksək rütbəli məmurlarla görüşlərə qatılıb

12:12 Ərdoğan Putinlə görüşəcək –Cənubi Afrikada sammit keçiriləcək

12:05 Borca görə axtarışda olan 16 nəfər saxlanıldı

11:57 Abşeronda qız üstündə kütləvi dava: 1 ölü, 5 həbs

11:52 ABŞ Azərbaycan sərhədlərində dəhşətli planı işə salıb

11:47 Borca görə axtarışda olan 16 nəfər saxlanıldı

11:40 Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb

11:36 Transxəzər qaz kəmərinə yaşıl işıq? –Xəzərin statusu razılaşdırılsa belə, ortada yeni ciddi

11:32 “Kiminsə əriylə gəzmirəm “ - Nura

11:26 Tramp ABŞ-ın ünvanına təhlükələrlə bağlı Ruhaniyə xəbərdarlıq edib

11:22 Avropa ölkəsindən şok qərar: Cinsi əlaqə yaşı 14-ə endirildi

11:13 İstirahət günlərində 9 avtomobil qəzası olub - 5 ölü, 17 yaralı

11:09 Neft ucuzlaşıb

11:05 Rusiyanın Ermənistandakı hərbi bazasında genişmiqyaslı təlimlər başlayıb

10:58 Arzu Rəhimov haqqında şok iddialar...

10:55 MKİ analitikindən ABŞ prezidentinə məsləhətlər - TƏHLİL

10:48 “Röya yazdı ki, məni müzakirə etməyin“ - Afaq

10:44 Müdafiə Sənayesi Nazirliyində “Savaş çıxıb“...

10:38 Özildən almanlara türk cavabı– İrqçi münasibətə görə millidən getdi

10:34 NATO–nun sonu çatıb? – Blokun siyasi qərarlar almaq qabiliyyəti zəifləyib

10:30 İtkin düşmüş 3 yaşlı uşağın axtarışları davam etdirilir – FHN

10:26 Azərbaycanda qoyunların sayı azalıb –Dövlət Statistika Komitəsi

10:22 Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlanıb

10:17 ABŞ İsrailin keçirdiyi əməliyyatı alqışladı

10:13 Bakıda çökən yol bərpa edilərək sürücülərin istifadəsinə verilib –Dövlət Agentliyi

10:09 Azərbaycanda ilk dəfə bələdiyyə məxsus müntəzəm marşrut xətti açılıb

10:05 Ruhanidən Trampa sərt xəbərdarlıq – “Şirin quyruğu ilə oynama”

10:00 Ağdamsız 25 il...

22 İYUL 2018

21:32 Akşenerdən bəyanat: “Yenidən namizəd olacağam”

21:04 Azərbaycan cüdoçusu Praqada gümüş medal qazanıb

20:44 “Rusiya hərbi bazası Ermənistan üçün həyati əhəmiyyət kəsb edir”

20:33 “AB ilə ABŞ müharibədədir” – Fransa

20:12 Bakı bazarlarında xiyar bahalaşdı

19:55 Gəncə hadisələrilə bağlı daha 8 nəfər həbs olundu – 1 nəfər öldürülüb

19:05 Əfqanıstanın vitse-prezidenti 14 aydan sonra Kabilə qayıtdı və... partlayışla qarşılandı

18:40 ABŞ İrana qarşı total informasiya hucumuna start verib

18:20 İranda gün ərzində daha üç zəlzələ oldu: 20 nəfər xəsarət alıb

17:50 Britaniya Brexitlə əlaqədar Aİ-yə pul ödəməkdən imtina edə bilər

17:33 Kılıçdaroğlu CHP-dən gedəcəkmi? – Sirlər açılır

17:12 Dünya birjalarında kənd təssərrüfatı məhsulları neçəyədir?

16:50 “Rusiya Qarabağdakı hərbi hərəkətləri sakitcə müşahidə edə bilər”

16:33 750 min Suriya vətəndaşı evinə qayıdıb –BMT hesabat açıqladı

15:06 Kürdəmirdə qanlı faciə – Ögey ata 5 yaşlı uşağı döyüb öldürdü

14:24 Göyçayda toy mərasimində 14 nəfər zəhərlənib

14:20 Beynəlxalq Valyuta Fondunun rəhbəri: “Tramp dünya iqtisadiyyatına zərbə vuracaq“

14:00 Şamaxıda kütləvi dava baş verib, 4 nəfər ağır xəsarət alıb

13:41 Sabah hava necə olacaq?

11:43 Cəlilabadda dəhşət: 2 qardaş öldü

11:37 Fatimə Xatunu məhkəməyə verdi: “Qızıma söyüb...“

11:10 Çilidə zəlzələ olub – 5,2 bal

10:30 Ermənistan silahlı bölmələri atəşkəsi 93 dəfə pozub

10:10 Bu gün Azərbaycan milli mətbuatının 143-cü ildönümüdür

0:00 Azərbaycanda Milli Mətbuat Günü - 143 il

21 İYUL 2018

19:07 Acarıstanın yeni hökumət başçısı təsdiq olunub

18:17 Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı

18:03 “Putinin mövqeyi ciddidir, Moskvadan yenə təhlükə var”

17:49 Şəmkirdə ağır qəza: ölən var

17:33 Çimərliklərə gedənlərə xəbərdarlıq olundu

17:12 Prezident İlham Əliyev misirli həmkarını təbrik edib

16:44 “Qarabağ”ın albanlara qarşı oyununu norveçli hakimlər idarə edəcək

16:15 Zakir Həsənov döyüş hazırlığının artırılması üzrə tapşırıq verdi

16:00 Azərbaycanın şəhid olan əsgəri dəfn edilib - FOTO

15:50 Havanın temperaturu düşəcək, yağış yağacaq- Nazirlik

15:37 Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib

14:57 Merkel Azərbaycana səfər edəcək

14:50 “Rusdilli təbəqə Damlaya qulaq asmır“ - Elşad Xose

14:25 Merkel Azərbaycana səfər edəcək

14:05 Azərbaycan Ordusunun əsgəri şəhid olub

13:05 5 min tələbə təhsilini yarımçıq qoyub – Təhsil haqları yenə bahalaşdırılıb

12:38 Abşeronda ağır yol qəzası:1 nəfər faciəvi şəkildə ölüb, yaralananlar var

11:40 “Azərenenerji” açıqlama verib- Ötən gecə baş vermiş qəza ilə bağlı

10:50 Bakı-Quba yolu ilə hərəkət edən sürücülərə xəbərdarlıq edilib- Dövlət Agentliyi

10:20 Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib

10:12 Sarkisyanın şəxsi cangüdəni azadlığa buraxılacaq

20 İYUL 2018

23:59 Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatdı

23:47 Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli oldu

23:31 İsrail aviasiyası və tankları Qəzzaya zərbə endirdi

23:15 Bakıda yolu çökdürən zirzəmi sökülür - Video

22:53 Paşinyan: “Ermənistandakı korrupsiyanın həcmindən şoka düşmüşəm”

22:40 Şəkidə qəssablar tətil etdi – Yeni qaydalara etiraz edirlər

22:28 İlham Əliyevin Fransaya səfəri başa çatdı

22:14 İranın neft anbarında partlayış: ölənlər var

21:57 “Kamran Quliyev niyə istefa vermir?” - Aqil Abbas

21:44 Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”

21:30 Emmanuel Makronun adından Azərbaycan prezidentinin şərəfinə nahar verilib - Video

21:12 ABŞ Çindən gələn bütün mallara gömrük rüsumu tətbiq edə bilər

20:51 700 bal toplayan abituriyent: “Bir saata bütün sualları cavablandırdım”

20:39 Erməni çağırışçılar kütləvi dava saldılar

20:27 IV ixtisas qrup üzrə 700 bal toplayan gəncin FOTOsu

20:13 Bakıda ərəblərdən daha bir biabırçılıq – Video

19:57 Gürcüstanda fövqəladə hallar xidmətinin rəhbəri istefa verib

19:45 “BakuBus” avtobusları niyə gecikir?

19:31 Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib

19:15 Bakıda bağ sahəsində ağaclar yandı

18:51 Almaniyada piyadalara bıçaqla hücum edilib: 14 yaralı

18:39 Prezident kralı təbrik etdi

18:21 Taliblər əfqan polisinə hücum etdi: 12 ölü

18:09 Bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub

17:55 Saatlıda 54 yaşlı kişinin meyiti aşkarlanıb

17:48 Nazir: “Təhsil sistemində hər il 3-5% yenilənməyə nail olunur“

17:44 Rihanna milyarder sevgilisindən ayrıldı

17:36 “51 azərbaycanlı Almaniyadan Azərbaycana deportasiya edilib”

17:32 Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

17:27 OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyyətə başlaya bilər

17:22 I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

17:17 Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb

17:13 Dolların iyulun 23-nə olan məzənnəsi

17:13 İtaliyalı nazir bank dələduzluğunda ittiham olunur



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016