İş adamı Anar Əliyev Moskvada güllələndi (YENİLƏNİB/VİDEO) “Veteks-2017“ MMC-nin Beyləqanda gördüyü işlər niyə araşdırılmır? “AtaBank”da qalmaqal davam edir: Etibar Babaşlı təftiş edilir? İcra başçısının “Veteks -2017” əməliyyatı: Beyləqanda büdcə vəsaitlərinin talan mexanizmi
 

"Atam məni 17 yaşımda 800 manata satdı"- Gecələri küçədə keçirən Günelin Dəhşətli həyatı

Tarix 02.02.18, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


Hər gün sevgilisi, nişanlısı, həyat yoldaşı tərəfindən döyülən, zorakılığa məruz qalan, hətta öldürülən qadınlar haqqında xəbərləri oxuduqca insan dəhşətə gəlir


Qadınların əksəriyyəti xoşbəxtlik üçün, sevgisi naminə hər şeydən keçib, ailə qurur. Bəzən isə qızların nə istədiyini düşünmədən onların həyatı ilə bağlı qərarlar verilir.

Cəmi bir dəqiqə sonra başına nələrin gələcəyini heç kim bilmir. Hələ bir də ailə qurub ana olandan sonra qadınların hansı əziyyətlərə sinə gərdiyini hər adam anlaya bilməz. Budəfəki həmsöhbətimiz də məhz belə qadınlardandır.

Günel deyir ki, həyat ona bəzən insanı bədbəxt edənlərin, uçurumdan itələyənlərin elə öz dogma valideynləri olduğunu sübut edib.

Publika.az-ın yolu yenə "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyindən düşdü.

Əvvəlcə ağlıma ilk gələn Ayşən oldu. Görən hələ də burdadırmı? O dəfəki söhbətimizdən sonra nə düşünür, nə edir? İçəri girəndə mənzərə eyni oldu. Yenə hər kəs bir işin qulpundan yapışıb başını qatırdı. Keçən dəfə bizi qarşılayan xanım məni görən kimi “o dəfə gələn jurnalist qız gəlib” - deyə, içəriyə xəbər verdi. Oturub bir neçə dəqiqə gözlədik. Elə bu an içəriyə bir xanım gəldi. Əlində sini, üzərində 3 stəkan çay, yanında da konfetlər. Əvvəlcə sığınacağın işçisi zənn edib, ona əziyyət çəkməməsini deyərək, təşəkkür etdim. Amma o, oturacağı yaxına çəkib, yanımda əyləşdi. Sözü olduğunu dedi.

“Adımı başqa cür qeyd etsəniz olar? Qorxuram atam məni tapıb, öldürər…"

Öyrəşmişik axı, qız övladları hər zaman ataya meyilli olar. Ataları tərəfindən daha çox sevilib, əzizlənər. Atanı özlərinə dağ bilib, ona sığınar… Amma bir çoxumuzun ümid yeri bildiyimiz o dağ Günelin başına yıxılmış qaya parçasından başqa bir şey olmayıb…

İlk cümləsi də belə oldu: “Atam öz xoşbəxtliyi üçün məni bədbəxt elədi”.

“Adım Güneldir. Kənddə böyümüşəm. Özümdən kiçik bir qardaşım var Ailəmizdə atam bizi çox incidirdi. Bəlkə də, çalışırdı bizim üçün ən yaxşısını etsin, amma hər şey tam əksinə olurdu. Mənim 15 yaşım tamam olandan qapımıza elçilər gəlməyə başladı. Mən isə hər dəfə bu yaşda ailə qurmaq istədiyimi, təhsil almaq arzusunda olduğumu deyirdim. Başa düşürdüm ki, bu kənddə adətdir. Qızları erkən yaşda ərə verirlər. Amma anamın mənə dəstək olacağına ümid edirdim. Hər evdə söz-söhbət olur. Hər dəfə atamla anam mübahisə edəndə, anam deyirdi “çıxıb gedəcəm”, atam da “get, qapı açıqdı” cavabı verirdi. Amma inanmırdım ki, anam övladlarını atıb gedər. Çox əziyyət çəkirdi, bilirəm, amma bizi də özü ilə aparaydı. Sonradan bilmədim nə oldu, nə olmadı, bir gün səhər oyandıq gördük ki, anam yoxdur. Üstündən bir həftə keçmədi ki, atam evə başqa qadın gətirdi. Axşam hər zamanki kimi süfrə açıb atamın evə gəlməsini gözləyirdik. Süfrə başına keçəndə bizə dedi ki, tanış olun bu sizin yeni “ananızdı”. Heç nə demədim, sakit durdum. Bir neçə gün sonra Qobustandan olan bir nəfərə məni məsləhət görüblər. Deyiblər ki, bəs belə bir qız var, dindardı, təmiz adamdı və s. Heç 1 ay deyildi o qadının bizim evə gəldiyi, amma atama deyirdi ki, qızı ərə ver, getsin. Həmin ərəfələrdə də bu oğlanın ailəsi qapımıza gəldi. Oturub danışdılar, atam dedi, namaz qılan ailədilər, pis olmazlar, səni o oğlana verəcəm. Nə qədər yalvar-yaxar etdimsə, məni eşitmədi. Mənə dedi ki, “ögey ananla bir evdə, sən yaşda qız alınmır. Biz də təzə birlikdə yaşamağa başlayırıq, bir az başa düş. Axır-əvvəl ailə qurmalısan, 1 ay tez, 3 ay gec, nə fərqi var?”

Günel danışdıqca barmaqlarını bir-birinə dolayır, dişlərini qıcayırdı. Sanki onu qışın bu günü buz dolu vannaya qoyub küçədə saxlamısan. Sonradan danışdıqlarını eşitdikcə, bu titrəmənin əslində heç də sıradan bir həyəcan olmadığını anladım. Danışdıqca ağlayır, peşmançılıq çəkirdi. Canının yandığı gözlərindən oxunsa da, onu bu həyata sürgün edən öz ağılsızlığı olmamışdı axı. Bəlkə də, onu da yandıran məhz bu məqam idi. Bir az toxdayıb, davam elədi:

“Məni bu oğlana ərə verdilər. Gəlin köçəndə də heç bir xəyalım yerinə yetməmişdi. Bizim kənddə bəzi atalar qızlarını başlıq puluna satırlar. Məni də atam 800 manata bu oğlana “satdı”. Bəlkə də atam mənə imkan versəydi, təhsil alıb, bir işə girib işləsəydim, hər ay evə 800 manat qazandıracaqdım, kim bilir ki? Həyatımın 7 ili "bəlkə", "bəlkə" deməklə keçdi. 17 yaşımda atamın təzyiqi ilə məcbur ailə qurdum. Elə toydan 2 gün sonra qara günlərim başladı. Qayınanamla birlikdə yaşayırdıq. Evdə mən, yoldaşım, kiçik baldızım qalırdıq. Tezdən durduq yemək yeməyə, süfrəni hazırladım, amma məni süfrəyə oturmağa qoymadılar. Qayınanam dedi ki, süfrədən qalx. Elə bildim zarafat edir. Birdən özü durdu ayağa başladı başını divara çırpmağa ki, mənim sözümü eşitmirsən, sən kimsən, nəçisən? Təhqir ardınca təhqir eşitdim. Yoldaşım isə məni müdafiə etmədi. Dedi, anam düz deyir, söz eşit, yoxsa sənin üçün pis olacaq. Hər günüm bax belə keçirdi. Sonradan baldızlarım mənə dedi ki, anamıza çox fikir vermə, özündən asılı deyil. Xəstə düşmüşdü. Bir az da kök qadın idi. Hər dəfə onu tək qaldırırdım. Gücüm çatmırdı. 2 dəqiqədən bir deyirdi gəl, mənim yerimi dəyiş. Bir neçə ay sonra hamilə qaldım. Onun ucbatından az qala uşağımı itirəcəkdim”.

Günelin bu evlilikdən bir qızı, bir oğlu var. Hər dəfə danışdıqları onu göz yaşlarına boğanda, gözünü əlləri ilə silib mənə deyirdi ki, “Könül, bilirsən, hər şeyə rəğmən mənim bir qızım, bir oğlum var. Mən anayam…” Qeyri-ixtiyari hiss etdim ki, gözlərim dolur. Mən Güneli tam başa düşə bilmərəm, amma mənə elə gəlir ki, oxucularımız arasında ana olan xanımlarımız onun nə demək istədiyini anladı. Beləcə, söhbətimiz daha ağrılı-acılı hadisələrə doğru davam etdi:

"Üzr istəyirəm, hamilə olduğum vaxtlarda, yoldaşım evdə olmayanda, üstümə şər atırdı. Mənə hədə-qorxu gəlirdi ki, qoy gəlsin, gör səni necə döydürəcəm. Yoldaşım evə gələndə deyirdi ki, arvadın pəncərədən ona-buna baxır, telefonda saatlarla kiminləsə danışır. Bunların heç birini etməmişdim, bir Allah şahiddir. Yoldaşım isə heç nə soruşmadan, üstəlik hamilə olduğumu bilə-bilə məni döyürdü. Bir onu düşünürdüm ki, uşağımı qoruyum. Əlinin altından qaçırdım ki, ağır zərbələr almayım. Yoldaşım məndən 8 yaş böyük idi. Sevib ailə qurmamışdım, amma adətimiz var, ata evindən çıxdınsa, getdiyin evdən meyidin çıxmalıdır. Ata evinə qayıda bilməzsən. Qonşuluqda olan gəlinlər məni görəndə halıma yanırdılar. 7 qat el mənə acıdı, amma atam acımadı”.

Hıçqıra-hıçqıra ağlamağa başladı. Sonra anidən dayandı. Hərdən onun bu hərəkətləri məni qorxudurdu, amma sonra anladım ki, uşaqlarına görə səsini boğur. İstəsə də, uşaqları onun səsini eşidə bilməzdilər, çünki onlar yuxarıda, Günelə verilən balaca otaqda yatırdılar. Amma yəqin ki, bu da analıq instinktindən irəli gələn davranışlardan biri idi:

“Bilirsiz, mən ürək rahatlığı ilə ağlaya da bilmirəm. Uşaqlarım gözümdə yaş görən kimi, mənə qoşulub ağlamağa başlayırlar. Onun dərdindən istəmirəm səsimi eşitsinlər. Yoldaşım məni döyəndə birinci heç kimə, heç nə demədim ki, hər ailədə belə söz-söhbətlər olur. Sonra hər gün daha da möhkəm döyməyə başladı. Evə girən kimi, kəmərini belindən çıxardıb başlayırdı məni döyməyə. Heç bir səbəb tapa bilmirdim. Yemək vaxtında hazır olurdu, əyin-başına diqqət edirdim, ev-eşiyi silib-süpürürdüm, anasının nazı ilə oynayırdım. Mən də insanam, 5 dəqiqə bir kənarda dincəlməyə qoymurdular. Sonra övladım dünyaya gəldi. Düşündüm ki, insandı, övlad sevgisi dəyişər. Hər şey yaxşı olar. Amma lap betər oldu. Məni qışın soyuğunda qucağımda 1 aylıq uşaqla küçəyə atdı. Nə qədər yalvardım ki, heç olmasa, uşağı götür, hava soyuqdu. Götürmədi. Balamı yun paltarımın altına salıb, sinəmə sıxdım ki, donmasın. Özüm də həyətdə kiçik anbar kimi bir yer vardı, küləkdən qorunmaq üçün ora qısıldım. Səhərə qədər çöldə qaldım. Tezdən yoldaşım işə gedəndə baldızım bizi içəri çağırdı. Soyuqdan əlim-ayağım tutmurdu. Mənə etdiklərinə dözərdim, amma uşağıma qarşı belə davranmasına dözə bilmədim. Atamın yanına getdim, başıma gətirdikləri oyunları bir-bir danışdım. Atam mənə dedi ki, getmisən, dözməlisən. Axı məni sən zorla o adama verdin, mən başqaları kimi qaçmamışam, ağılsızlıq etməmişəm. Tək günahım valideynimin sözünü yerə salmamağımdır. Sən də mənə sahib çıxmırsan. O qədər yalvarmağıma baxmayaraq, atam mənə bircə bunu dedi: "Uşaqlarınla bu evə gəlməyi ağlının ucundan da keçirmə. Ögey anan hamilədi, başı səs götürmür”.

Yenə kor-peşman ər evinə qayıdan Günel ailəsindən əlinə üzüb həyatına davam edir:

“Atam məni evdən qovandan sonra, gedəcək yerim yox idi. Evə qayıtdım və 7 il bu zülmə dözdüm. İkinci övladım da dünyaya gəldi. Uşaqlarımı gözümün qabağında kəmərlə döyürdü, ac-susuz saxlayırdı. İnanın, bədənim yara-bərə içərisində idi. Heç bilmirdim ki, özümü qızımın qabağına atım, yoxsa oğlumun. Bu dəfə dedim konkret bitdi. Uşaqlarımı da götürüb çıxdım evdən. Bir müddət ana tərəfdən uzaq qohum var, onların evində qaldım. Sonra da eşitdim ki, belə bir yer var. Gəldim bura. Bura ilk dəfə müraciət edəndə yer olmadığı üçün məni götürməmişdilər. Amma bir neçə aydan sonra məni çağırdılar ki, gələ bilərsən, bir neçə nəfərlik yerimiz boşalıb. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şeyə sevinim. Amma çox sevindim ki, başımın üstündə bir dam olacaq. Atam və qardaşım burda olduğumu bilmir. Atam özü dövlət işində işləyir, bilsə məni öldürər”.

Günel deyir ki, yoldaşı onunla evli ola-ola ikinci dəfə ailə qurub:

“Mənimlə boşanmamış eşitdim ki, ikinci dəfə ailə qurub. Mən də boşanma üçün ərizə vermişdim. Oğlumun 4, qızımın isə 6 yaşı var. O qadın da həmin evdə dözə bilmədi, ayrıldı, aliment kəsdirdi. Məhkəmə mənə də aliment kəsmişdi. O qadının pulunu ödəyirdi, amma mənə bir qəpik də vermirdi. Sonra başladı ayaqlarıma düşdü, yalvardı-yaxardı ki, sənin qədrini bilmədim, nə eləmişəmsə, bağışla, ailəmizi dağıtmayaq. Mən də övladlarıma görə, yenə dedim evimdi, qayıtdım. İstəmədim sabah mənə deyilən “atan-anan boşanıb, sən belə həyata layiqsən” sözlərini kimsə qızıma desin. Birinci məhkəmədən aliment müraciətimi geri aldırdı. Həmin gün evə gələncə məni huşumu itirənə qədər döydü ki, sən kimsən mənə aliment davası açırsan. Burdaca səni öldürərəm, itirib-axtaran olmaz. Uşaqları çağırırdı, 5 dəqiqə gec eşidəndə, gec cavab verəndə, gözlərinin yaşına baxmırdı, kəmərlı döyürdü. Bir dəfə də uşaqları döyməyə başladı, əlindən almaq istəyəndə məni qoydu otaqda uşaqlarımı götürüb qaçdı. Neçə ay səssiz-səmirsiz evdə oturdum. Anası mənə zülm elədi. 4 ay hər gün mən balalarımın yolunu gözlədim. Qorxdum polisə deməyə ki, uşaqlarıma ziyan verər. Cəmiyyətimiz də həmişə günahı qadınlarda görür. Qorxdum ki, deyərlər cavan gəlin qalıb polis məntəqələrində. Sonra çarəsiz qalıb, hər şeyi gözə alıb polisə müraciət etdim ki, 4 aydı övladlarımı aparıb, nə danışmağa qoyur, nə görüşməyə. Polis gücü ilə uşaqlarımı geri aldım və birdəfəlik əlaqəni kəsdim. Görən dedi ki, sən 2 uşağa bu halda necə baxacaqsan, at üstlərinə özləri baxsınlar. Elə o gün, bu gündür buradayam”.

Başına gələnləri bizimlə bölüşdükcə, yüngülləşirdi Günel. Gözlərinin yaşı qurumuşdu. Qorxa-qorxa ondan yenidən ailə qurmaq fikrinin olub-olmadığını soruşdum. Cavabı aşağı-yuxarı təxmin etdiyim kimi oldu:

“Mən Allaha inanan adamam. Bilmirəm qədərimdə məni daha nələr gözləyir. Amma bu dəqiqə ailə qurmaq niyyətim yoxdur. Tək istəyim, bir iş tapıb, uşaqlarımı da götürüb balaca bir evə köçüm. Onları böyüdüm. Özlərini tək hiss etməsinlər. İndi mənə çox ağır gəlir yaşadıqlarım, amma nə bilim, bəlkə elə xeyirlisi bu imiş? Bəlkə qalsaydım, öləcəkdim, övladlarım da kim bilir kimlərin əlində qalacaqdı. Allah buyurub ki, hər bir çətinlikdən sonra mütləq asanlıq gəlir. Qızımın artıq 6 yaşı var. Gələn il məktəbə başlayacaq. İstəmirəm əskiklik hiss etsin. Paltarını, çantasını, qələmini, nə bilim, bütün ləvazimatları hazır olsun istərdim. Mən özüm-öz ayaqlarım üstündə dayanıb, uşaqlarıma baxacam, hər kəsə sübut edəcəm ki, uşaqlarıma baxa bilirəm. Atamı da heç vaxt bağışlamayacam. Çünki mənim başıma gələnlərin tək səbəbkarı odur. 800 manat pula mənim və günahsız uşaqlarımın həyatını satdı”.

Söhbətimiz demək olar ki, yekunlaşırdı. Günel bir söz işlətdi. Sonra tez də əlavə etdi ki, bunu yazmayın, ürəyim yandığından dedim. Amma düşünürəm ki, bu söz çox insanın gözünü açacaq. Günel deyir ki, iş üçün hara müraciət edirsə, onu tanımadan-bilmədən, təkcə sığınacaqda yaşadığına görə, oğru, əxlaqsız qadın gözü ilə baxırlar. Bunu isə heç cür qəbul edə bilmir.

Qeyd: Materialda istifadə etdiyimiz şəkillər sığınacaqdakı qadınlara aiddir.

MilliYol.Az



Xəbərin oxunma sayı : 3718

loading...

Hadisə

Önəmli

Son xəbərlər

24 FEVRAL 2018

20:13 Prezidentdən təhsillə bağlı - Sərəncam

19:50 ABŞ İsraildəki səfirliyini 2018-ci ilin may ayında Qüdsə köçürməyi planlaşdırır

19:36 Azərbaycanda 27 yaşayış yerinin adı dəyişdirilə bilər

19:12 “Vəziyyət elə gərgindir ki, birdən hansısa artilleriya yaylım atəşi açılsa...”

19:04 Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırıldı

18:55 Prezidentliyə namizədlərin sayı 15-ə çatdı

18:33 Birinci siniflərə qəbul üzrə 30 mindən çox sorğu daxil olub

18:11 Yeganə boşanma xəbərindən danışdı: “Qanuni ərimdir”

17:51 Yaxın 20 ildə Rusiya enerji ixracında lider qalacaq

17:30 Bakı məktəblərində “açıq dərslər”ə başlanılıb

17:15 “Zeytun budağı”: 1931 terrorçu məhv edilib

16:57 Ağdamda ər-arvad qazdan zəhərlənib

16:34 Şövkət Mirziyayev Özbəkistanda Xruşşovsayağı “inqilab” edir

16:30 Azərbaycan XİN və Baş Prokurorluq: Xocalı soyqırımına görə Ermənistan məsuliyyət daşıyır

16:11 Özbəkistanın keçmiş baş prokuroru həbs olundu

16:00 Azərbaycan nefti bahalaşdı

15:44 Xızıda sürücünü öz maşını ilə 200 metr sürüdülər

15:23 Türkiyə Afrində daha iki kəndi terrorçulardan təmizlədi

15:08 Bakıda gənc oğlan bıçaqlanıb

15:00 Deputat: “Separatçıların “seçki şoularını” tanımırıq”

14:46 Böyük Britaniyadan İŞİD xəbərdarlığı

14:21 Neft bahalaşıb

14:04 ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb

13:49 Polis maşını qəzaya düşdü: xəsarət alanlar var

13:31 Ekspert: “ABŞ Rusiya və Türkiyəyə mane ola bilməyəcək”

13:07 Bakı aeroportunda İsrail vətəndaşı olan qadın saxlanıldı

12:55 Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı

12:45 Füzuli Məmmədovun (Frenk Elkapone) yalanı və ayıbı

12:38 Birdəfəlik kağız batareya təbiəti qoruyacaq

12:16 Tovuzda yanğın: 2 ölü

12:10 Sumqayıtda yaşıllıqları məhv edənin kimliyi məlum oldu

12:01 Əhəd Abıyev Gültəkin Hacıbəylini niyə döydü? - İcra başçısı o günləri niyə xatırlamaq istəmir?

11:53 Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

11:29 BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək

11:08 Azərbaycan çempionatında növbəti oyunlar başlayır

10:46 Somalidə partlayış: azı 20 ölü

10:21 Atəşkəs 120 dəfə pozulub

10:08 Alpinistlərin itkin düşməsindən 2 ay ötdü

23 FEVRAL 2018

17:55 Moldova prezidenti Azərbaycana səfər edəcək

17:47 Buzovnada qeyri-qanuni ibadət yeri aşkarlanıb

17:42 Rusiya yeni “varis planı“na əl atacaq, yoxsa ömürlük prezidentə hazırlaşacaq? - Təhlil

17:37 Axtarışda olan biznesmen məhkəmə zalında qandallandı –Qohumunun şikayəti əsasında

17:32 Fərdi və fəxri adlara görə Prezident təqaüdünün artırılmasına 1,8 mln. manata yaxın əlavə vəsait ayrılacaq

17:27 Türkiyəyə kriptovalyuta aparatı keçirmək istəyən azərbaycanlı saxlanıldı

17:22 Aşıq Ələsərlə bağlı qalmaqal bir az da böyüdü

17:17 “Bayramqabağı süni bahalaşmanın qarşısı alınmalıdır” – Deputat

17:09 Nazir və generala ağır itki

17:05 Könül Kərimova komunal borcları ödəmir - 172 manat borcu var

16:55 Bakıda 16 avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir

16:42 Aida Qəmbər: “İsa Qəmbərin səhhəti qaydasındadır”

16:32 Mehriban Əliyeva: “Biz bu tarixi irsə çox diqqətlə yanaşırıq”

16:22 Niderland səfirliyinin müşaviri Türkiyə XİN-ə çağırıldı

16:15 Azərbaycanın Milli Qəhrəmanları xalqa müraciət etdilər:“Hücum əmrinə hazırıq!“

16:05 Bakıda kişini öldürmək üçün havalandırma qurğusunun içərisinə atdılar

15:50 Türkmən qadınlara maşın sürmək qadağan olundu

15:44 İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirilib

15:38 “Öz oyunu”nu oynayan Almaniya –Avropa niyə həmrəy ola bilmir?

15:33 Gerhard Şröder: “Rusiya və Türkiyəni Çinin qucağına buraxmaq olmaz”

14:35 “Əməkdaşlıq etdiyimiz bəzi qüvvələrin Afrinə getdiyini görürük”

14:18 Azərbaycanda standartlaşdırma üzrə milli proqram hazırlanacaq

14:13 Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalanıb

14:05 Rusiyalı jurnalistin adı XİN-in “qara siyahı“sından çıxarılıb

13:55 "Xocalı XX əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biridir"

13:22 Mehriban Əliyeva İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

13:18 “Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi aktualdır”

13:13 Niderland parlamentinin qərarı qərəzli və qeyri-obyektivdir

13:09 “Bizim əsas məqsədimiz…” – Ərdoğan

13:05 Oqtay Əsədov: “Böyük əfv gözlənilir”

12:55 Yağmursuz hava davam edəcək

12:47 “Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”

12:42 “Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”

12:37 “Mən varam” deyən və insanları etiraza təhrik edən “şeytan” –Əhmədinejad ev həbsinin bir addımlığında

12:31 Siyavuş Novruzov: "Azərbaycanda siyasi məhbus yoxdur"

12:26 Polis Eldar Mahmudovun pullarını offşorlara ötürən bank barədə təhqiqata başladı

12:22 "Fədayənin arxasına düşüb onu izləməyəcəkdim ki.."

12:13 Şəmkirdə gediş haqqına görə sürücü öldürüldü –Qətl

12:09 Azərbaycan və Türkiyə milli valyuta ilə ticarətə başlayır –Rəsmi açıqlama

12:05 Azərbaycanın 2017-ci il üçün cinayət statistikası

11:56 Ölümlə nətəcələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü həbs edilib

11:42 Xocalı soyqırımına həsr olunmuş film Kaliforniyada nümayiş etdirilib

11:32 Afrinə girmək istəyən 40 avtomobildən ibarət karvan vurulub – Video

11:29 Dövlət qulluğuna qəbul üçün müsahibəyə qeydiyyat başa çatır

11:24 Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edəcək

11:17 YAP imzaları MSK-ya təqdim edib

11:13 Avroliqa oyunu öncəsi faciə - polis öldü

11:05 Arif Əsgərovun qohumuna hökm oxundu– 9 il

10:55 Dünyanın ilk rəssamları neandertal insanlar olub

10:46 Rəsulzadənin Stalinə məktubu: “Mənim xilas olmağım...“

10:42 "Onu yaxınlarının yalvarışlarına görə bağışlayıram" - Xoşqədəm

10:38 İnterpol qətl törədən şəxsi axtarışa verdi

10:32 Deputatlar bu gün toplaşır – 19 məsələ müzakirə ediləcək

10:27 Prezident İlham Əliyev “Boeing” şirkətinin nümayəndə heyətini qəbul edib

22 FEVRAL 2018

21:05 Sankt Peterburqda terror aktının qarşısı alındı

20:50 “Qarabağ” ilk “onluq”da

20:33 MTN GENERALLARINA AĞIR CƏZALAR İSTƏNİLDİ

20:15 Nəsimi və Yasamala içməli suyun verilməsində məhdudiyyət olacaq

19:35 Fəxri adlara görə aylıq təqaüd artırılıb

19:23 Dövlət hesabına göstərilən xidmət üçün vəkillərə ödəniş 3 dəfə artırılacaq

19:11 Bakıda iki avtomobil toqquşub

18:49 İş adamı Anar Əliyev Moskvada güllələndi - Sifarişli qətl

18:30 Sumqayıt sakini Şirvanda heroinlə tutuldu

18:10 Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb

17:55 DİN-in sabiq polkovniki məhkəmə zalından azadlığa buraxılıb

17:47 Bu gün “Fəlakət“in toyudur

17:42 İŞİD liderinin müavini öldürüldü –İraqda

17:38 Dolların rəsmi məzənəsi dəyişmədi –Mərkəzi Bank

17:27 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”

17:22 Sarkisyan Livan prezidentinə Qarabağdan danışdı

17:17 Prokuror MTN generallarının rütbələrinin alınmasını istəyib

17:13 Nəm salfet istifadə edənlərə həkim xəbərdarlığı: “Tərkibindəki maddə...”

17:09 “Ölkəyə ərzaq mallarının idxalı dəfələrlə artıb, ixrac isə azalıb”-Ekspertdən diqqətçəkən Şərh

17:05 “ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv olunmalıdır“

16:38 Qaxda “Hazıra-nazir” əməliyyatı– Əhmədzadənin oğlu 30 hektar ərazini necə ələ keçirib?

16:32 Dəməşq Suriya kürdlərini güdaza verir – Təhlil

16:27 Ədalət Şükürovun qızı butik açıb

16:26 İş adamı Anar Əliyev Moskvada güllələndi (YENİLƏNİB/VİDEO)

16:22 52 faiz Avropa İttifaqına, 43 faiz NATO-ya hə deyir

16:16 Prokuror Sübahir Qurbanova 16 il iş istəyib

16:05 Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlara başlayır

15:58 Düşmən Tərtər-Ağdərə istiqamətində yenə itki verdi



loading...
Musavatçıların “əl tulası“, Əhməd Cavadın “quyruğu“ - Mikayıl Müşfiq


30 ilə sığan dahi ömrü
Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (MARAQLI)

Gənc yaşlarında yaşadığı uğursuzluqlara baxmayaraq heç zaman ruhdan düşmür və çalışaraq dünyanın ən zəngin adamlarından biri olur.
Azərbaycanda baş redaktor istefa verdi

Oxu.az saytının baş redaktoru Seymur Teymurov istefa verib.
Qadağan olunmuş xəbərlərə görə cərimə və bloklanma - Məcəlləyə dəyişiklik

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016