Müğənni Levent Yüksel “Sabah” qəzetinə şəxsi həyatı haqda maraqlı açıqlamalar verib
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı anasını 7 yaşında, atasını 35 yaşında olarkən tanıdığını bildirib:
“Mən nənəm və onun ikinci həyat yoldaşı böyüdüb. Onları özümə ana-ata bilmişəm. Xala dediyim birinin isə anam olduğunu 7 yaşında öyrənmişəm. Əsl atamı 35 yaşında. Həyatımda qəribə hadisələr çox olub”.
Sənətçi “İkinci dəfə ailə qurmaq istərdinizmi” sualına belə cavab verib:
“Ailə qurmaq asandır, onun sonadək yaşatmaq lazımdır. Ailə qurulursa, uşağın olmasını istəyirsən. Bunun üçün gərək heç vaxt ayrılmayasan. Mən anasız və atasızlığın nə demək olduğunu bilirəm. Övladımın da elə böyüməyini istəmirəm. Özümə uyğun, bir ömür boyu yanımda olacaq birini tapanda evlənəcəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...