İldırım insana necə təsir edir? (MARAQLI) Terror təkşilatının seks köləsinə çevirdiyi qadınlar - ŞOK ETİRAFLAR Azərbaycanlı oliqarxın İsmayıllıdakı milyonluq villası (VİDEO) İsrail vətəndaşının “Bakı sərgüzəştləri”: gömrükdə 35 min dolları əlindən alındı
 

“Aktyora cins və krassovka geyindirəndə tamaşa müasir olmur“ - MÜSAHİBƏ

Tarix 15.11.16, 13:40

Font ölçüsü : - / +
bitmap-img6

Rusiyanın Vaxtanqov adına teatrının 95 illiyi ərəfəsində Ria Novosti teatrın bədii rəhbəri, dünyaca məşhur teatr rejissoru Rimas Tuminasla müsahibə edib. Müsahibəni təqdim edirik.

 
- Rimas Vladimiroviç, siz Vaxtanqov teatrına böyük ənənələrlə, parlaq truppa ilə, amma teatr üçün çox çətin vaxtlarda gəldiniz. Amma indi Vaxtanqov teatrı ən tələb olunan, yerli və xarici miqyasda uğurlar qazanan teatrdı. Buna necə nail oldunuz siz?
 
- Ansambl anlayışından başladım. Ansambl olanda ailə, ev, ocaq yaranır. Bir də ölü teatra gəlməmişdim, teatr yaşayırdı, orada çoxlu sayda görkəmli aktyorlar çalışırdı. Onlar hazır idilər, gözləməkdə idilər, onları yalnız silkələmək və özünə inandırmaq lazım idi. Bəlkə də məyusluqdan etdilər, amma onlar mənə inandılar və arxamca gəldilər.
 
Mən gecikməyə və başqa hallara görə olan bütün cəzaları ləğv etdim-guya bu intizam teatrı irəli aparacaqdı ki? Heç kimi işdən də azad etmədim, sadəcə hamının şəxsi qorxularını aradan qaldırmağa çalışdım. O zaman onlarda özünəəminlik yarandı.
 
Bilirsiniz, teatr bizim üçün qorxularımızı yendiyimiz, amma tamaşaçı üçün ölümcül günahların yaxın qoyulduğu evdir. Hamısının yox, əlbəttə.... Bu gün biz hiss edirik, ki bu ev tikilib amma hələ tam başa çatmayıb, nəsə daxili bir düzən qalıb.
 
- 95 illik yubileyində Vaxtanqov teatrı gücünün parladığı bir vaxtındadır, şöhrətlidir, tamaşaçılar və tənqidçilər tərəfindən əzizlənir, yuxarıdan təriflənir. Daha nə lazımdır ki?
 
- Bu gün uğur var, amma onun ardınca uğurla vidalaşmaq həyəcanı da var: adama elə gəlir ki, hər şey əldə olunub, hər şey yaxşıdır onsuz da. Amma qələbəyə, həyatın bayramına çox var. Ola bilsin biz ona qədər gedib çatmayaq, ola da bilər ki bu, bizim təsəvvür etdiyimiz şey deyil. Amma bu elə bir yoldur ki, dayanmaq olmaz. Güc və azadlıq lazımdır, ən əsası da ideya gərək elə böyük olsun ki, həqiqətə doğru yol getmək arzusu səngiməsin.
 

 
Mən Lessinqin teatr haqqındakı bu sözlərini sitat gətirməyi sevirəm: “Teatr gözü və qulağı sığallayır”. Amma bunun zahiri gözəlliyə dəxli yoxdur. Lessinq insani gözəllikdən danışır, ona gedib çatmaqsa asan deyil. Və yalnız bu gözəllikdən keçən yol teatrı həqiqətə aparır. 
 
- İndi teatrda xoşbəxtlikdən yaşlı və görkəmli aktyorlar çalışmağa davam edirlər. Həmin korifeylərin çox mükəmməl oyun göstərdiyi “İskələ” tamaşanız da onlar üçün, sizin üçün vacib idi. Müsahibələrinizin birində onu özünüz üçün sınma nöqtəsi saymısınız. Amma yaşlılar gedir. Onları kim əvəz edəcək?
 
- Biz ağır itkilər verdik-Yuriy Vasilyeviç Yakovlevlə, Qalina Lvovna Konovalovla vidalaşdıq. Amma həyata davam etmək lazımdır... Kim əvəz edəcək? Bu, çətin sualdır. Bəzən düşünürəm ki, mənim yerimə kim gələcək? Axı bu nə vaxtsa baş verməlidir... Amma bir cavabım yoxdur, necə ki, bir çox yaşlı ustadların cavabı yoxdur.
 
Rejissorlarla bağlı bu gün problem var. Daha çox aktyor hazırlığına diqqət olunur. Əvvəllər bizi universitetdə necə sıxırdılar? – Bu əsəri niyə tamaşaya qoymaq istəyirsiniz? Bu günlə o, necə səsləşir? Bütün bunları teatr terminalogiyası ilə deməli idik, daha “istəyirəm, çünki belə hiss edirəm”-lə yox!
 
Biz o zaman öz yoldaşlarımızın etüdlərini müzakirə edəndə, hər kəs qiymətləndirməyə, işdə olan çatışmazlıqları deməyə çalışırdı. O zaman kurs rəhbərimiz eynən Stanislavski kimi ovcunu dişləyib deyirdi: “İndisə deyin görüm yaxşı nə gördünüz?” Bu onların bizə öyrətdiyi ən vacib şey idi-tamaşada, aktyorda yaxşı olanı görmək.
 
- Bəs indiki gənclik? Onlar necədir?
 
- İstedadlı, ağıllı nəsil gəlib. Onlar üslubu yaxşı duya bilirlər. Axı müasir teatr düşüncə deməkdir. Aktyora cins və krassovka geyindirəndə tamaşa müasir olmur. Müasir yanaşma müasir düşüncə deməkdir.
 
Düşünmək gənclərin xoşuna gəlir. Onlar ansamblın nə qədər vacib olduğunu hiss edirlər. Aktyorla işləməyin vacib olduğunu hiss edirlər. Mən həmişə deyirəm, aktyorla məşğul ol, onun necə çiçəklədiyini görəcəksən. Gənc rejissorlarsa özlərini ifadə etmək istəyirlər. Amma sən əvvəlcə müəllifi onun fəlsəfəsini anlamağa və ifadə etməyə çalış. Yalnız bunu öz baxışınla birləşdirəndə maraqlı bir şey ortaya çıxa bilər.
 
- Sizin rejissor kimi prioritetləriniz artıq bəllidir-dünya və rus klassikasını səhnəyə gətirirsiniz. Son zamanlarda isə antik dramaturgiyaya meyl etmisiniz.
 
- Yaş irəlilədikcə anladım ki, mən antik faciəyə, ya da o mənə yaxınlaşır. Gəncliyimdə antik ədəbiyyatın öhdəsindən güclə gəlirdim. Bu pərilər, ruhlar nədir, anlamırdım. Amma sən demə, onlar hamısı insan obrazları imiş, insan ruhu haqda imiş. İndi antik faciə mənim üçün anlaşılan, yaxın və dəyərli olub və deyəsən həm də ən yaxşı dramaturgiya odur.
 
- Bəs müasir pyeslər?
 
- Müasir pyeslərdə mən vacib olanı tapmıram-insan taleyi haqda söhbəti. Onlarda insana görə ağrı hissi yoxdur. Əsasən sarkazm, qəzəb, daha çox çirkinlik görmək arzusu. Nə qədər çox ləkə olsa o qədər yaxşıdır elə bil. Kimsə Rublevka (Moskva ətrafında varlı dövlət adamlarının və oliqarxların yaşadığı qəsəbə-A.) haqqında pyes yazmaq istəyib. Əlbəttə, 50 il sonra Rublevka onlarla heyrətamiz əhvalatlar bəxş edəcək, orada Dostoyevski, Çexov, Tolstoy da var... Amma onu anlamaq və dərk etmək vaxt istəyir. İndilikdə isə bu yalnızca maraqlı süjet olacaq, vəssalam.
 
- Teatrın 95 illiyinə Sofoklun “Şah Edip” faciəsini təqdim edirsiniz.
 
- Bu Vaxtanqov teatrı ilə Yunanıstan Milli teatrı arasındakı birgə layihə əsasında hazırlanıb. İlk tamaşa iyulda Epidavrda - qədim amfiteatrda baş tutdu. Mən bu məkandan elə qorxurdum ki, heç vaxt on minlərlə adam tutan meydançalarda işləməmişdim. Amma nəticədə yunan dünyası ilə bizim gerçəkliyimizin birləşməsi balaca bir möcüzə oldu.
 
İndi isə məhz orda oynamağı səbirsizliklə gözləyirəm. Teatr səhnələrindən qorxuram. Ümidvaram ki, Moskva tamaşasında olacaq yunan xoru bizə kömək edəcək və “Şah Edip”i oynadığımız hər yerdə bizimlə olacaq.
 

 
Sofoklun bu faciəsində məni narahat edən şərəf, qürur və səhvlərini etiraf etmə bacarığıdır. Edip günahkardır və həyatda çox səhvlər edib, amma o özündə bunu anlamağa və özünü amansızca cəzalandırmağa güc və cəsarət tapır. Bu şərəf və vicdan məsələsidir. Bu mənəvi bir hərəkətdir. İndi belə insanı hardan tapa bilərsən?
 
Edip kor olur, amma o daxilən yetkinləşir. Yetkinlik elə təmizlənmə deməkdir. Antik ədəbiyyatın mənası bundadır. Böyük mifdir. Bu gün bizim öz həyatımıza qaytarmaq istədiyimiz insan ləyaqəti, şərəfi haqqında söhbət çox vacibdir.
 
Edip məni bu il rahat buraxmır, qarşıda Aleksandr Titellə birgə arzumuz olan tamaşa var – İqor Stravinskiniun “Şah Edip” oratoriyasını Stanislavski və Nemiroviç Dançenko adına Musiqili teatrda qurmaq istəyirik.
 
- Doğma teatrınızda bu il təhvil verməyi planladığınız “Faust” var.
 
- İş hələ heç başlamayıb. Amma deyə bilərəm ki, bu yumorlu oyun-tamaşa olacaq. Faustun fikirləri ilə tamaşaçıya əngəl olmaq fikrim yoxdur. Bu anlaşılmaz dünyadakı həyatımızı oyun vasitəsilə, qrotesklə açmaq istəyirəm. Fəlsəfəçilik etmək istəmirəm, oynamaq istəyirəm. Hələ danışıqlar mərhələsindədir iş, amma ola bilər İngiltərədə Çexovun “Üç bacı” əsərinə quruluş verim.
 
- Sizə yuxarıdan hansısa maneələr olurmu? Hansısa senzura yükü hiss edirsinizmi? Ümumiyyətlə bizdə senzura varmı sizcə?
 
- Bilirsiniz, bir dəfə amerikalı jurnalistin “Rusiyada sənətkar necə yaşayır?” sualına belə cavab vermişdim: “Böyük sənətkara hər yerdə olduğu kimi həm çətin, həm asandır. Amma ortabablara həmişə çətindir, onlara həmişə nəsə vermirlər, mane olurlar, icazə vermirlər...”
 
Bir şey deyə bilərəm ki, Vaxtanqov teatrında işlədiyim müddət boyunca mən həmişə istədiyimi tamaşaya hazırladım. Heç kim də mənə repertuar və ya tamaşa məsələsində irad bildirməyib. Sənətkarın özündə daxili senzura olmalıdır. (Kulis.az)

MilliYol.Az



Xəbərin oxunma sayı : 133

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

27 MAY 2017

16:09 Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək

16:02 “Qarabağda tezliklə böyük sürpriz olacaq“

14:38 Astroloq Aynur Bağırova: “Ramazan ayı Rohani ulduzu ilə daha da bərəkətli olacaq“

14:31 Mühərriki dayanan “Мi-8“ helikopteri Çilov adasına məcburi eniş etdi

13:51 İldırım insana necə təsir edir? (MARAQLI)

13:42 Terror təkşilatının seks köləsinə çevirdiyi qadınlar - ŞOK ETİRAFLAR

12:26 “Kompüterinizə müdaxilə edə bilərlər“ (RƏSMİ)

12:06 “Sərkisyan savaşın başlayacağını bilir“

10:09 Generallar yürüşdə (FOTOLAR)

9:29 Mədət Quliyev tutulan hərbçi casuslardan danışdı

26 MAY 2017

17:50 Torpaq sürüşməsi 25 nəfərin həyatına son qoydu

17:28 Parisdə terror təhlükəsi: Aeroport boşaldılıb

17:10 Donald Tramp: “Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır“

17:01 Trampın smartfonundakı yeganə mobil əlavə hansıdır?

16:54 Autizmli uşaqlar üçün xeyriyyə aksiyası keçirilib (FOTOLAR)

16:17 Bərzani Rusiyaya getdi

15:51 Səlim Müslümovun kütləvi maxinasiyalardan xəbəri varmı: DSMF-də nə baş verir?

15:38 Azərbaycanlı sevgilisi evlilik verilişinə qatılan Əlini pərt etdi (VİDEO)

15:31 İlham Əliyev: “Mən Azərbaycan iqtisadiyyatında nə bu il, nə gələn il problem görmürəm”

15:16 Qazaxıstan OPEC qarşısında öhdəliklərinə yenidən baxacaq

14:53 İlham Əliyev: “Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq”

14:27 Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı

14:24 Prezident təqaüdü alanların sayı 57822 nəfərə çatıb

14:01 Milli Məclis qalmaqallı sənədin müzakirəsini təxirə saldı

13:52 Yazıçı olmağın üç şərti

13:47 AXCP sədrinin müavini saxlanıldı (RƏSMİ)

13:41 Prezident və birinci vitse-prezident rəsmi qəbulda

13:34 Ölkədəki atların sayı 71,6 min başa çatıb

13:19 Müəllimlərə pis xəbər: ixtisarlar olacaq (RƏSMİ)

13:12 Lapşinin istintaqı yekunlaşdı

13:00 Çin lideri Azərbaycan prezidentinə təbrik ünvanlayıb

12:45 Raul Kastrodan İlhamƏliyevə təbrik məktubu

12:14 Mikayıl Cabbarov tanınmış baş redaktoru işdən çıxartdırdı - QALMAQAL

11:55 İcra başçısının müavini: "Heç kim evakuasiya edilməyib"

11:41 NATO rəhbəri: “Rusiya ilə qarşıdurmaya can atmırıq”

11:28 Azərbaycanda tələbə 2 qardaşın yerinə qəbul imtahanı verdi

11:27 “ASAN xidmət” mayın 28-də işləməyəcək

11:04 AFFA 200 min avronu necə havaya sovurdu? (REPLİKA)

11:02 “Azərbaycan münaqişənin ən qısa müddətdə həllində əsas maraqlı tərəfdir”

10:48 Neft ucuzlaşır

10:23 Əflatun Amaşov: “Reket jurnalistika ilə mübarizəyə DTX cəlb edilib“

10:21 Atəşkəs 130 dəfə pozulub

10:15 İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

10:04 Qusarda 33 yaşlı kişi intihar etdi

10:04 Mehriban Əliyeva hansı modelyerin kolleksiyasından geyinib? (FOTOLAR)

25 MAY 2017

18:35 Prezident Aydın Əliyevlə bağlı sərəncam imzaladı

17:55 Tramp: “Terrorizm NATO görüşündə əsas mövzu olacaq”

17:21 Azərbaycanda işsizliyə görə sığorta ödənişi kimlərə veriləcək?

17:06 Amerika İrana sanksiyaları artırır

16:15 Dövlət Komissiyası əhaliyə müraciət etdi

15:58 Əli Abbasova niyə vəzifə verildi?

15:58 Savçenko prezidentliyə namizədliyini irəli sürəcək

15:52 Dünyanın ən cazibədar qadını (FOTOLAR)

15:46 Neftin qiyməti ilə bağlı çox gözəl xəbər: 100 dollar olacaq

15:41 Bu gün azərbaycanlı məşhurun toyudur: kiminlə evlənir?

15:36 “Qalatasaray”ın əfsanəsi öldü

15:11 Erməni kriminal avtoritetin oğlu öldürülüb

14:57 “Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı”

14:22 Güzəştli mənzil sisteminin əsasnaməsi təsdiqləndi

14:08 “ABB-dəki əmanətlərlə bağlı məhdudiyyət yoxdur”

13:55 Ərdoğan Brüsseldə 3 dünya lideriylə görüşəcək

13:24 Mosul İŞİD-dən azad edilir

13:01 II Avropa Oyunlarının tarixi açıqlandı

12:44 Məmmədyarov BMT-nin baş katibinə Qarabağdan danışdı

12:29 Özcan Deniz: “Bollivud filmimi oğurlayıb”

12:13 Bəzi siqaretlərin qiyməti ucuzlaşdı – Siyahı

11:55 Səhiyyə Nazirliyi: “Xaricdən həkim dəvət edilməsi azalıb”

11:37 Bakıda yol qəzası: 1 ölü

11:12 Bu gün müəllimlər imtahan verir

10:46 Hikmət Hacıyev: “Xocalı hava limanı Azərbaycanın mülkiyyətidir”

10:21 Atəşkəs 124 dəfə pozuldu

10:08 “2018-ci ildə neft bazarında tarazlıq yenidən pozulacaq”

24 MAY 2017

17:58 İdmançımız “Fənərbaxça” ilə müqavilə bağlayıb

17:26 NATO üzvlərinin sayı gələn ay 29-a çatacaq

17:02 Binəli Yıldırım yeni vəzifəyə seçildi

17:01 Yığmamızın “monqollaşdırılması”ndan kimlər qazanıb?

16:50 “Tədris həftələrinin sayına görə inkişaf etmiş ölkələrdən geridəyik”

16:23 “Aztelekom”:“Tariflərin azaldılması gözlənilir”

16:01 Ukrayna ordusunda kibermüdafiə üzrə bölmə yaradılır

15:42 “Makiyajsız, qorxulu haldayam”

15:28 İŞİD-in “müharibə naziri” öldürüldü

15:13 Azərbaycanda iki şirkətdən Respublika günü ilə bağlı fərqli addım

15:01 Bağlanış günü stadiona 22 mindən çox sərnişin daşınıb

14:45 Mübariz Qurbanlı: “Azərbaycanda dövlət-din münasibətləri modelini çökdürməyə çalışırlar”

14:21 Millət vəkili: “Bu, Bakı üçün çox önəmli idi”

14:07 İlham Əliyev Macarıstana səfər edəcək

13:58 Şəkidə məhbus intihar edib

13:51 Məleykə Əlizadə işdən çıxarıldı (FOTOLAR)

13:36 Fransada fövqəladə vəziyyət rejimi uzadıla bilər

13:12 Stalinin nəvəsi öldü

12:57 Əli Abbasova yeni vəzifə verildi

12:15 Bakıda mənzillərin qiyməti bahalaşa bilər

12:01 Ucarlılardan ölkə başçısına şikayət: "Bizi Ziya Məmmədovun zülmündən xilas edin"

11:47 Həmməruzəçilər Azərbaycana gəlir

11:25 Ramil Usubovdan yeni təyinat

11:05 Britaniyada terror təhlükəsi səviyyəsi kritik həddə qaldırılıb

11:03 Samir Şərifov Azərbaycanı beynəlxalq qalmaqala sürükləyir

10:47 Tramp: “Kim Çen In nüvə silahı olan dəlidir“

10:21 Biləcəri sakini 80 yaşlı anasını döyüb

10:04 Atəşkəs 120 dəfə pozulub

23 MAY 2017

20:33 Azərbaycanlı aktrisa Türkiyədə podyuma elə geyimdə çıxdı ki... (VİDEO)

20:22 Zaqatalda konsert verən cinsi azlıq danışdı (FOTO/VİDEO)

20:16 Tarif Şurası qiymətləri müəyyənləşdirdi

19:30 Avropa İttifaqından Qarabağ açıqlaması

19:16 Azərbaycanlı oliqarxın İsmayıllıdakı milyonluq villası (VİDEO)

19:09 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq etdi

19:00 İlham Əliyevə təbrik məktubları gəlir

17:00 Mogerini Qarabağ münaqişəsinin nizamlanması haqda

16:48 “İslam Oyunlarının keçirildiyi yer həmin ölkənin idmana hazırlığı ilə ölçülür”

16:21 “Azad Ticarət Zonası haqqında qanun hazırlanıb”

16:08 Bəstəkar məmuru məhkəməyə verdi

15:55 Dubayda “ağıllı” çimərliklər yaradıldı

15:32 Zakir Həsənov: “Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe nümayiş etdirir”

15:16 İlham Əliyev: “On gün ərzində bir daha gördük ki...”

15:10 Hülya Koçyiğit əməliyyat olunub

14:57 Qozun faydaları

14:36 “Fənərbağça”nın ulduz futbolçusu həbs edildi

14:12 Milli Məclis büdcənin icrasına baxacaq

12:58 Ruhanidən Trampın səfərinə reaksiya

12:34 Suriyada partlayış: yaralılar var



loading...
Əlişir Usmanov: Varissiz milyarder - FOTOLAR

“Bakı biznes üçün əlverişlidir…”
İşlədiyi reklam şirkətindən qovulub milyon dollarlıq biznes qurdu - FOTOLAR

“Ya evə gedib ağlayacaqdım, ya da hərəkətə keçərək, sevdiyim işi görəcəkdim"
Əflatun Amaşov: “Reket jurnalistika ilə mübarizəyə DTX cəlb edilib“

Azərbaycanda artıq internet resurslar da yazılı kütləvi informasiya vasitələri üçün nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.
Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq etdi

Qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılması davam etdiriləcəyi təqdirdə...
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016