Çərşənbə, 17 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

“Ağ Evi tərk edəndə 16 milyon dollar borcum var idi”



pravda.ru, 25.07.2018


ABŞ-ın keçmiş prezidenti Bill Klinton bu yaxınlardakı müsahibəsində bildirib ki, Ağ Evin keçmiş stajçısı, bütün dünyanın diqqətini cəlb edən cinsi qalmaqal nəticəsində həyatı kəskin dəyişilən Monika Levinski qarşısında şəxsən üzr istəməməlidir.

Klinton NBC-yə müsahibədə bunun yetərli olduğunu aşkarca nəzərdə tutmaqla deyib: “Xeyr, mən etməməliyəm… Mən onunla heç vaxt danışmamışam. Amma dəfələrlə açıq demişəm ki, heyf. Mən bütün dünyada hamının qarşısında üzr istəmişəm”.

Siyasi uğurlarındansa özünün sevgi macəralarilə daha çox ad çıxran keçmiş prezident, Levinskinin deyil, özünü ziyan çəkən tərəf rolunda göstərib.

“Xeyli faktın üstündən keçilib ki, bütün bu əhvalat işə keçsin, – o deyib. – Düşünürəm, qismən ona görə ki, prezidentə qarşı bütün bu ciddi ittihamları əldə etmişdilər, amma bütün bunların onun seçicilərinə heç bir dəxli yox idi”.

Bill Klinton gileylənib ki, hərəkətinin hüquqi nəticələrilə bağlı xərclər üzündən maliyyəcə müflis olmaqla prezident postunu tərk edib.

Bill Klinton deyib: “Heç kim inanmır ki, mən bundan havayı çıxmışam. 16 milyon dollar borc sahibi olmaqla Ağ Evi tərk etmişəm”.

Bill Klintonun sərvəti bu gün, haradasa, 80 milyon dollar dəyərləndirilir. O bu pulu ABŞ-ın keçmiş prezidenti kimi altırəqəmli qonorar aldığı mühazirələrə görə qazanıb.

Monika Levinski “Vanity Fair” dərgisinin mart essesində yazıb ki, “Bill Klintonla mənim aramda vaş verənlər cinsi zorakılıq deyildi, amma indi etiraf edirik ki, bu, hakimiyyətdən sui-istifadənin kobud halıydı”.

Böyük qalmaqaldan xeyli illər keçib, amma Monika Levinskini indiyə kimi Birləşmiş Ştatlar prezidentinin öz həzzi üçün istifadə etdiyi qadın kimi qəbul edirlər.

Bill Klinton indi özünün yeni “Prezident xəbər-ətərsiz itkin düşdü” kitabını irəlilətməklə məşğul olur. Bu onun məşhur müəllif Ceyms Pattersonla birgə yazdığı uydurma siyasi trillerdir.

Klinton NBC-ə müsahibə zamanı habelə deyib ki, indi yenidən ABŞ prezidenti seçilsəydi, Levinskiylə qalmaqal onun üçün problemə çevrilməzdi. Studiyada olan Patterson da Klintonu müdafiə edərək deyib ki, Levinskiylə qalmaqal anından bəri 20 il ötüb.

“Bu, iyirmi il qabaq olub, artıq yetər, – o, jurnalistin üstünə düşüb. – Gəlin, hələ bir Con Kennedidən, ya da Lindon Consondan danışaq”.

Klinton bu arqumentdən yapışıb. O, sanki özünə bəraət qazandırmaqla sual edib: “Düşünürsünüz ki, prezident Kennedi istefaya getməliydi? Hesab edirsinizmi ki, prezident Conson istefa verməliydi?”



Monika Levinskiylə qalmaqal 1998-də bütün dünyaya guruldayıb.  Klinton əvvəlcə hər şeyi inkar etməyə çalışıb və deyib ki, o və Monika Oval kabinetdə heç vaxt ikilikdə qalmayıblar. Klinton o an bilmirdi ki, Levinski artıq hər şeyi Linda Trippə nağıl etməyə macal tapıb. Levinski ona xəbər verib ki, 1997-nin martında prezident Klintonla doqquz dəfə əlaqəsi olub…

Tripp və Levinski Pentaqonda tanış olublar – Ağ Evin köməkçiləri onun Oval kabinetə girişlərinə şübhəylə yanaşmağa başlayandan sonra Levinskini ora keçirmişdilər.

Hazırda 71 yaşı olan Klintonu o vaxtdan bəri, ən azı, dörd qadınla cinsi kələkdə ittiham ediblər. Onlardan biri iddia edir ki, o, Arkanzasda qubernator işlərkən onu otel nömrəsində zorlayıb.

MilliYol.Az
Etiket:

loading...