ABŞ prezidenti Donald Tramp Rusiyadan xaric olunan amerikalı diplomatların sayını öyrənəndə özündən çıxıb və köməkçilərinin üstünə bağırıb, onları söyüb
Virtualaz.org xəbər verir ki, bu barədə “The Washington Post” Ağ evdəki mənbələrə istinadən yazır.
Qəzetə məlumat verən mənbə deyib ki, ABŞ prezidenti Fransa və Almaniyanın “Skripal işi”nə görə hərəyə cəmi 4 rus diplomatı ölkədən xaric etdiyini, ABŞ-ın isə 60 Rusiya diplomatını geri qaytardığını öyrənəndə “quduzlaşıb” və köməkçilərini söyməyə başlayıb. “Söyüş söyüldü, olduqca çox söyüş oldu”-mənbə bildirib.
Trampı qəzəbləndirən bu olub ki, Vaşinqton Skripal işinə görə Rusiyaya qarşı ən sərt tədbir görən ölkəyə çevrilib. Hansı ki, prezident bunu etməyə hazırlaşmırdı. O, hər Avropa ölkəsi ayrılıqda nə qədər diplomat xaric etsə bu qədər rus diplomatını ölkədən çıxarmağı tapşırmışdı. “Onlar nə qədər çıxarsalar bizə də bu qədər çıxardacağıq. Üzərimizə baş rolu götürməyə hazırlaşmırıq”-Tramp tapşırıb.
Lakin administrasiyada onun sözlərini nəsə düzgün başa düşməyiblər və 60 Rusiya diplomatını geri göndərməyi qərar veriblər. Bu, Böyük Britaniyanın xaric etdiyi rus diplomatların sayından üç dəfə çoxdur.
Donald Trampın Ağ evdə bundan əvvəl də dəfələrlə köməkçiləri və müşavirləri ilə sərt davrandığı, onları söyüb təhqir etdiyi haqda xəbərlər mətbuata sızıb.
MilliYol.Az
Digər xəbərlər
loading...