Koray Aydın Meral Akşenerin quracağı partiyada təmsil olunacaq
Türkiyə siyasətinin tanınmış simalarından biri olan Koray Aydın Milliyyətçi Hərəkat Partiyasından (MHP) istefa verib.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu o, avqustun 22-də rəsmən açıqlayıb.
K.Aydın bildirib ki, MHP-dən bir müddət əvvəl istefa vermiş Meral Akşenerin quracağı partiyada təmsil olunacaq.
Qeyd edək ki, Koray Aydın Türkiyə Böyük Millət Məclisinə 19, 21, 24 və 25-ci çağırışlarda millət vəkili seçilib. 2015-ci il iyunun 9-dan 2015-ci il noyabrın 1-dək Türkiyə Böyük Millət Məclisi sədrinin müavini olub.
MilliYol.Az
Digər xəbərlər
loading...