Qiymətlər niyə qalxıb? - Nazirdən açıqlama Sumqayıt Məşğulluq Mərkəzinin direktoru 82 min manatı talayıb? - Nazirin İTTİHAMI ABŞ-da istehsalın artması nefti ucuzlaşdırır “Mətanət A”nın “saxta” dediyi sənəd həqiqi çıxdı?
 

“Əməliyyatla xəstələrimizə yeni bir həyat tərzi veririk“ - MÜSAHİBƏ

Tarix 29.09.16, 11:34

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının assistenti, tibb elmləri namizədi PhD.Op.Dr. Elçin Əhməd oğlu Abdinov, ölkəmizdə ilk bariatrik cərrahi əməliyyatlar icra edən ümumi cərrahlardan biridir.


Mədənin boylama boruvari kiçildilməsi (Boru mədə) əməliyyatı kimi tanınan “bariatrik cərrahiyyə” əməliyyatı barədə məlumat verən Dr. Abdinov məsələnin əməliyyat olunmaqla bitmədiyini vurğuladı və bir çox insanı maraqlandıran suallarla bağlı məlumat verdi.

- Elçin doktor, piylənmədən yaxa qurtarmaq üçün hansı əməliyyat məsləhət görülür?
- Piylənmənin müalicəsində istifadə olunan Bariatrik Cərrahi Əməliyyatların (BCƏ) yetərli miqdarda və qalıcı çəki itkisi təmin edən ən etibarlı üsul olduğu artıq bütün dünyada qəbul olunub və bu bir çox elmi məqalələrdə də göstərilib. Bu əməliyyatları düşünən xəstələrdən ən çox aldığımız suallardan bir də: “Hansı əməliyyatın mənim üçün daha uyğun olduğuna necə qərar vermək?” sualıdır. Mənim fikrimcə, bu gün ən çox Mədənin Laparoskopik Boylama Boruvari Kiçildilməsi (Boru mədə - Sleeve Gastrectomy) əməliyyatıdır. Xəstə hansı əməliyyat metodunu seçirsə seçsin, əməliyyatdan sonra həyat tərzində dəyişiklik etməlidir. Mövcud əməliyyatlardan hər biri həqiqətən də aclığı nəzarət etməyə köməkçi olan “vasitə”dir. 

- Mədənin boylama boruvari kiçildilməsi (Boru mədə) əməliyyatı nədir?
- Mədənin normal tutumu 1.5-2 litr həcmindədir. Bu əməliyyatla mədəyə müdaxilə olunur. Mədənin aşağı çıxacaq hissəsindən başlayıb, qida borusunun kənarına qədər, mədənin içinə əvvəlcədən salınmış silikon ölçü borusu boyunca kəsib tikərək artıq hissəni xaric edirik. Qalan mədənin görünüşü boruya bənzədiyi üçün əməliyyatın adı mədənin boylama boruvari kiçildilməsi əməliyyatı - “boru mədə əməliyyatı” olaraq adlanır. Günümüzdə bu əməliyyat laparoskopik üsulla həyata keçirilir. Bu üsulda qarın boşluğuna CO2 qazı yeridilərək şişirdilir və 4-5 ayrı-ayrı nöqtələrdən 1sm-lik kiçik kəsiklərdən xüsusi alətlər qarın boşluğuna daxil edilərək əməliyyat icra olunur. Bu zaman dəri üzərində kəsik izi olduqca kiçik, əməliyyatdan sonra isə ağrı çox az olur və xəstələr daha tez sağalır. Nəticədə xəstələrimiz işlərinin başına ve gündəlik hayat tərzinə çox qısa zamanda dönə bilirlər. 

- Yəni 1500-2000 ml böyüklüyündəki bir həcm 150-200 ml-dək azalır.
- Bəli, əməliyyatdan sonra mədə həcmi ciddi şəkildə azalır. Bununla bərabər qida qəbulu və bədənə daxil olan kalori də azalır. Əməliyyatın önəmli bir təsiri daha var. Mədədən çıxarılan parça, aclıq hissini verən hormonun ifrazının azalmasını təmin edir. Mədənin 80-85%-i çıxarıldığından, hormon səviyyəsində ciddi bir azalma meydana gəlir və əməliyyatdan sonra xəstə özünü tox hiss edir. Əvvəllər “çoxlu yemək yemə hissi” varkən, əməliyyatdan sonra “az aclıq hissi” olur. Eyni zamanda həmin insanların 1-2 il ərzində artıq çəkilərinin 70-80%-ni itirmələri mümkündür. Bəzi hallarda daha da yüksək nəticələr əldə olunur. Bu səbəbdən də həcm kiçiltmədən savayı, hormonlar üzərində də dəyişiklik olur. Bu da II tip şəkərli diabet kimi  xəstəliklərin də aradan qalxmasını təmin edir. 

- Bu əməliyyat həyatımıza necə daxil oldu?
- Ümumi olaraq “Bariatrik cərrahiyyə” adlanan bir çox əməliyyat növləri mövcuddur. Mədə kiçiltmə, mədə bandı, mədə balonu, mədə “by-pass”ı və s. 5-6 fərqli əməliyyat növü var. Lakin hal-hazırda ən çox tətbiq olunan mədənin boruvari kiçildilməsi əməliyyatıdır. Sadəcə bizim ölkəmizdə deyil, bütün dünyada ən çox icra olunan əməliyyat növüdür. Bariatrik əməliyyatların 60%-i mədənin boruvari kiçildilməsi əməliyyatının (boru mədə) payına düşür.

- Kimlərə mədənin boruvari kiçildilməsi (boru mədə) əməliyyatı icra olunmalıdır?
- Hər müalicədə olduğu kimi, piylənmənin cərrahi müalicəsində də xəstələrin bir sıra göstəricilərinin və meyarlarının dəqiq incələnməsi mütləq vacibdir. Cərrahiyyə əməliyyatı piylənmənin müalicəsində əl atılan ən son seçimdir. Daha doğrusu pəhriz, idman, digər tibbi yanaşmalar sınandıqda və qənaətbəxş nəticə əldə olunmadıqdan sonra əməliyyat haqqında düşünülməlidir. Cərrahi müalicəyə ən doğru namizədlər ən azı üç il davam edən piylənmə şikayəti, Bədən Kütlə İndeksi (BKİ) 40 kg/m2-dan yuxarı olması və ya 35-40 kg/m2 arasında olan, eyni zamanda (hipertoniya, II tip şəkərli diyabet, yuxu apnoesi,  artrit  və s.) kimi xəstəliyi olan insanlardır. Cərrahi müalicə üçün ümumi yaş intervalı 18-65 yaş arası qəbul edilsə də, bəzi istisna hallarda bu yaş həddi 18 yaşdan aşağı və 65 yaşdan yuxarı ola bilər. Bu məqamda ən önəmli meyarlardan biri anestezioloji risk və əməliyyat sonrası xəstələrin uyğunlaşa bilməsidir. 

- Əməliyyatdan sonra yenidən çəki artımı ola bilərmi?
- Bəli, bəzi hallarda xəstələrdə çəki artımı müşahidə oluna bilər. Bu əməliyyat olunmuş xəstələrin 15-20%-də baş verə bilər. Lakin bu artım heç vaxt əməliyyatdan əvvəlki həddə çata biməz. Xəstələrdə xüsusilə əməliyyatın 5-ci ilində çəki artımı başlaya bilər. Buna görə də xəstələrə qidalanma və gündəlik rejimlərinə diqqət yetirmələri tövsiyyə olunur. Biz də öz növbəmizdə əməliyyatdan sonrakı ilk aylarda xəstələrlə tez-tez əlaqə saxlayır və çəki itkisinin necə olduğuna nəzarət edirik. Biz əməliyyatla xəstələrimizə yeni bir həyat tərzi verir, doğru yolu göstəririk. Lakin o doğru yolu getmək insanın öz əlindədir.

- Bu əməliyatlarda ölüm riski varmı?
- İstənilən hər bir əməliyyatda olduğu kimi bu əməliyyatlarda da ölüm riski var.  Dünya statistikasında bu 0.1% faiz təşkil edir. Lakin əməliyyatlar daha təcrübəli, ixtisaslaşmış cərrahi briqada tərəfindən icra olunduqda belə arzuolunmaz halların qarşısı xeyli azalmış olur. Əməliyyat qərarı verdikdə bu faktora mütləq diqqət yetirmək lazımdı. 

- Ölkəmizdə piylənmə təhlükəli həddədirmi?
-Bəli, həm də çox. Hətta deyə bilərəm ki, bir sıra Avropa ölkələrindən daha öndə gedirik. Əhalinin təxminən yarıdan çoxu artıq çəki, bunların da yarısı piylənmə problemi ilə üzləşib. Lakin insanlar bu problemə o qədər də ciddi yanaşmırlar. Artıq çəki xəstəliklərin artmasına səbəb olur. Piylənmə isə qəfləti ölüm riskini artırmaqla, ömrü 30%-dək qısaldan ciddi faktorlardan biridir.

- Bəs bu sahədə insanların  maarifləndirilməsi nə yerdədir?
- Qeyd etdiyim kimi bu sahə ölkəmizdə cərrahiyyənin yeni bir istiqamətidir. Bu baxımdan əhali arasında geniş maariflənmdirmə işinin aparılması zəruridir. Çox xəstələr bizə sadəcə gözəl görünmək üçün müraciət edirlər və hər hansı digər bir problemlərini qeyd etmirlər. Daha doğrusu əziyyət çəkdikləri problemləri normal qəbul edirlər. Lakin bu xəstələrin müayinə olunduqdan sonra piylənmənin səbəb olduğu bir çox xəstəliklərin: II tip şəkərli diabet, arteriyal hipertoniya, yuxu apnoesi (yuxuda boğulma), qaraciyər piylənməsi və s. həyat üçün təhlükəli digər xəstəliklərin olduğu məlum olur. Ümid edirik ki, zaman keçdikdə bu yöndə maarifləndirmə işi daha da artacaq və insanlar öz sağlamlıqlarının qeydinə qalmaq üçün çalışacaqlar. 

MilliYol.Az



Xəbərin oxunma sayı : 745

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

25 MART 2017

18:05 Rusiyanın erotik modeli səfir ola bilər - FOTO

18:01 Professordan qız tələbəyə qarşı şok hərəkət - VİDEO

17:50 Sarkisyan Qarabağda

17:40 SSRİ nüvə qəzasını dünyadan necə gizlədib?

17:10 İranlı qızların bayram günlərində gecə klubu əyləncələri - VİDEO

15:53 Ölkəyə qaz verməyən “Azəriqaz” vəzifəliləri yüksək maaş alırmış - SİYAHI

15:13 Azərbaycanlı müğənninin atası arvadını və qohumunu qətlə yetirdi - FOTO

14:41 Vidadi Zeynalovun balıq tutduğu gizli məkan... - FOTOLAR

14:28 10 yaşlı azərbaycanlı münsiflərin qəlbini fəth etdi - VİDEO

14:18 AFFA bu futbolçuya 1 milyon dollar və ev verib - ŞOK İDDİA

14:00 Siqaretlərlə bağlı hər şey dəyişir: ən ucuzu 19 manat olacaq

13:06 DİM-in sınaq imtahanları baş tutmadı - SƏBƏB

13:00 AFFA-dan milliyə fantastik mükafat vədi: Almaniyanı udsalar...

12:48 “Bank of Baku“nun əməkdaşı jurnalisti “razborka“ya çağırdı

12:14 Mətanətin jurnalistin toyundakı rəqsi rekord qırır - VİDEO

11:33 Xalq artistinin səhnədə yıxılma anı - VİDEO

11:20 Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA

11:11 Futbolçunun ayağı qırıldı - VİDEO

11:05 Anar Məmmədovun əmlakına həbs qoyulub

24 MART 2017

16:44 Prezident bayramda belə oynadı - VİDEO

15:58 Hüsnü Mübarək azadlığa buraxıldı

15:15 Azərbaycanda ailə vəhşiliyi: gəlini hər gün döydülər

15:06 Vaxtsız vəfat edən azərbaycanlı jurnalistlər - SİYAHI

14:11 Azərbaycan ordusu döyüş hazırlığı vəziyyətinə gətirilir - FOTOLAR

13:28 Rusiyanın Azərbaycana satdığı tanklar - VİDEO

13:14 Deputat təyyarədə müdiri döydü - VİDEO

13:00 Aleksandr Lapşin anası ilə görüşdü

12:40 Amerikalı qız qusarlı oğlanla evləndi, toyda belə oynadı... - VİDEO

12:36 Röyadan həyəcanlandıran Röyadan həyəcanlandıran FOTOLAR

12:16 Azərbaycan vətəndaşı Monteneqroda bank rəhbəri oldu

11:30 Türkiyə daha bir düşmən qazandı - Şimali Koreya

11:19 Azərbaycanda hər gün 36 ailə dağılır - ŞOK STATİSTİKA

11:06 Azərbaycanlı gəlin namizəddən mini ətək şousu - FOTOLAR

10:45 Düşmən ordusunun 6 əsgərinin vəziyyəti ağırdır - VİDEO

10:37 Bakıda qəbirdən elə şey tapıldı ki... - VIDEO

10:31 Bakıda “Prado“ terror əsdirdi: Polis bu sürücünü axtarır - VIDEO

10:20 Qarabağ müharibəsindən ən çox pul qazananlar

23 MART 2017

16:55 Kişiləri bihuş edən 108 kq-lıq gözəlçə - FOTOLAR 18+

16:47 Bıçağı soxandan sonra… - “Qul bazarı”nda qanlı dava

16:40 Cennifer Lopez dekolteli və yarıqlı libasda - FOTOLAR

16:31 Keçmiş deputatı belə güllələdilər: arvadı huşunu itirdi - FOTO/VİDEO

16:20 Dilqəmin atası vəfat etdi

16:08 Manatla bağlı bədbin proqnoz: dollar 2.5 manat...

15:01 “Ziya Məmmədovla bağlı məndən heç nə soruşmayın“ - Qardaşı

14:56 Bacısına təcavüz edən şəxsi vəhşicəsinə... - ŞOK VİDEO

14:09 Gizli intim münasibətləri, “üçüncü cins”... - FOTOLAR

14:00 Nanə tanınmaz hala düşdü... - FOTO

13:34 Ermənistan malları Bakının brend mağazalarında - HƏRBİ PALTARLAR/ FOTOLAR

13:10 Rusiya Ermənistana hərbi texnika daşıyır... - ŞOK İDDİA/FOTOLAR

12:28 Quantanamo həbsxanası ilə bağlı dəhşətli kadrlar yayımlandı - VİDEO 18+

12:20 Nişanlısından ayrılan Aysun gözəlliyi ilə göz qamaşdırdı - FOTO

12:12 Bakıda həbsdə olan generalın hazırladığı qiyam

11:34 16 yaşında hamilə qalan, “moyka”da maşın yuyan azərbaycanlı qız - FOTO

11:08 İradə İsaq “Space“in aparıcısını biabır etdi

10:44 Londondakı terrordan dəhşətli FOTOLAR

10:20 Londonda terror: 5 ölü, 40 yaralı - VİDEO

22 MART 2017

19:14 İrəvanda səs-küylü həbs: “Müdafiə naziri” vuruldu

19:03 Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi - FOTO

18:54 Azərbaycanlı milyarderlərin xanımları - FOTOLAR

18:40 “Qarabağ problemini Rusiya ilə birgə həll etməyə çalışırıq“ - Çavuşoğlu

18:27 Əməkdar artistin dəbdəbəli villası - FOTOLAR

18:13 Naməlum şəxsdən inanılmaz yaxşılıq - 4 milyon borcu ödədi

18:00 Azərbaycanlı deputat həbs olundu

16:06 AZAL - tam sürətlə müflisləşməyə doğru

12:03 Şəhid Raquf Orucovun oğlundan atasına ürək parçalayan məktub - FOTO

11:07 Dünyanın 10 gizli bölgəsi - VİDEO

10:50 Safura Əlizadənin bacısından mini ətək şousu... - FOTOLAR

10:28 Azərbaycanın əməkdar artisti vəfat etdi

20 MART 2017

16:28 Azərbaycan Novruz bayramını qeyd edir

16:13 Lukaşenkodan Ermənistanla bağlı ŞOK AÇIQLAMA

10:52 Pakistan Azərbaycana erməniləri qorxuya salacaq silahı verəcək

10:09 Cəbhədə vəziyyət necədir? - Rəsmi məlumat

19 MART 2017

22:11 Bankdan şok fırıldaq: manat krediti dollar çevirib - VİDEO

22:01 İcra başçısı ilə stomatoloqlar arasında qarşıdurma

21:36 Sabiq məmur gözətçini niyə güllələdi?

21:10 Qiymətlər niyə qalxıb? - Nazirdən açıqlama

18 MART 2017

14:12 Zakir Həsənov tapşırıq verdi - Əsgər anaları sevindi

14:00 “Heydər Əliyev bizi Qarabağa görə möhkəm danladı“ - Keçmiş kəşfiyyat rəhbəri

13:50 Mövludun məzar daşına yazılan yazı ürək parçaladı: “Darıxanda zəng elə“

13:41 27 tonluq yük maşını 137 km/saat sürətlə radara düşdü - VİDEO

12:00 Sumqayıt Məşğulluq Mərkəzinin direktoru 82 min manatı talayıb? - Nazirin İTTİHAMI

11:22 “Mənə 30-dan çox iynə vurdular“ - Dilqəm ağır durumdadır

11:10 Leyla Əliyeva sərgidə – FOTOLAR

10:59 İlham Əliyev və Mehriban Əliyeva Novruz şənliyində

10:14 Bakıda gəlin anasını əri ilə yataqda tutdu - Anasını öldürdü (FOTO)

10:10 Vergi nazirinin həbsi: Nəsirov kimin güdazına gedib?

10:00 Cəbhədən XƏBƏR VAR

17 MART 2017

11:19 “28 Mall”da bomba həyəcanı – Təlim keçirilirmiş

10:46 Sabirabad rayonunda Novruz şənlikləri keçirilib

10:34 Baş redaktora qarşı cinayət işi açılıb - Korrupsiya faktını yaydığına görə

10:15 “28 Mall“da bomba həyacanı - Ticarət mərkəzi boşaldıldı

9:49 Sabirabadda Novruz şənlikləri - FOTOLAR

9:46 Ordumuzun mövqeləri atəşə tutulub - GƏRGİNLİK

16 MART 2017

18:45 Prezident bu 7 “siyasi məhbus”u əfv etdi - ADLAR

18:40 Prezident Zakir Nəsirovu əfv etdi

18:35 İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI

18:02 Banklara göstəriş verildi: kartdan pul çıxarmaq qadağan edildi

17:50 Baş redaktora yeni vəzifə verildi

17:18 İlham Əliyev prezidentlərlə görüşüb - FOTO

16:50 FES dolları qaldırdı: Mərkəzi Bank hərəkətə keçir

16:25 Ərəblər Azərbaycana axın edir: ova bahalı maşınlarla gedirlər - VİDEO

16:00 Bakı-Sumqayıt qatarı bu günlər işləməyəcək

15:37 Namiqin rusiyalı gözəllə çəkdirdiyi klip - VİDEO

15:19 Azərbaycanlı İŞİD-çi ailəsi ilə danışdığı yerdə öldürüldü

15:00 Özünü 12-ci mərtəbədən atdı, sağ qaldı - Bakıda möcüzə

14:45 Rza Zərrabın Ebru Gündəşə azərbaycanlı “hədiyyəsi“ - FOTO

14:16 Mehriban Əliyeva Vayra Vike-Freyberqa ilə görüşüb - FOTO

14:03 Bakı metrosunda nə baş verib? - RƏSMİ AÇIQLAMA

13:50 Aygün Kazımova qızının əməliyyatdan öncəki videosunu yaydı

13:39 İslamiada və “Formula 1“ zamanı Bakı məktəbləri bağlanacaq? - AÇIQLAMA

13:22 Mövludun kimsəsiz qoyduğu sonuncu iş masası - FOTOLAR

13:04 Yaralanan tələbələrə xəstəxanada baxan yoxdur? - Ailəsi narazıdır, nazirlik təkzib edir

12:50 FES-in dünənki qərarından sonra dollar bahalaşacaq?

12:34 Ramil Usubovdan yeni təyinat

12:20 Pensiyaçılara şad xəbər

12:05 “Hökumət və xalq arasında birlik olanda...“ - İlham Əliyev

11:55 Nuru Əliyevin klubu Azərbaycan çempionatından qovuldu Qumara görə

11:46 “Hamının günahı var, hamının!” - Mövlud Mövlud

11:35 “24 milyon insanı xəstəlik, 16 milyonu ölüm gözləyir“ - Azərbaycanlı professor

11:25 “Məndən heç nə soruşmayın” - İntihar edən yazarın xanımı



loading...
Bakılı qız dünyanın ən gənc milyarderinə necə çevrildi - FOTO
Azərbaycanlı gənc qadın Afrikanın ən gənc milyarderlərindən biri olub.
Dünyanı əlil arabası ilə idarə edən demokrat - FOTOLAR

Vədinə xilaf çıxan siyasətçi, yeriyə bilməyən “don juan”
İradə İsaq “Space“in aparıcısını biabır etdi

"Qulaqlara terrordur bu, azadlıq olar, belə də yox"
ANS-ə martın 23-dək vaxt verildi

Zoologiya İnstitutu ANS televiziyasına əmlakının binadan çıxarılması üçün vaxt verib. Şirkət bu ay ərzində öz əmlakını binadan çıxarmalıdır.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016